Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 3(068)-73/2025 04.08.2025 XIZI RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, İsayeva Kəmalə Zakir qızının katibliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29161123 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayət ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29161123 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 vəsatət verərək, şıkayətin baxılması üçün yaşadığı yer üzrə Laçın Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. İnzibat tənbeh vermə haqqında qərarından şikayət verilmiş orqana məhkəmə iclasının keçirilmə vaxtı və yeri barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilsə də, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmiş, nümayəndəsinin hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə işə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə X3 tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli və şikayəti aidiyyəti üzrə baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, şəxsiyyət vəsiqəsinin surətindən və Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, X1 rayonu, Hocaz kəndində qeydiyyatdadır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səalhiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətin və protestin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1 və 129.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29161123 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti ona əlavə edilən sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilsin. X6
Məhkəmə qərarları › İş №3(068)-73/2025
Xızı Rayon Məhkəməsi Qərardad — İş №3(068)-73/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver