Məhkəmə qərarları › İş №3(068)-8/2022

Xızı Rayon Məhkəməsi Qərardad — İş №3(068)-8/2022

23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 3(068)-8/2022 23.02.2022 XIZI RAYON MƏHKƏMƏSİ Mən, Xızı Rayon Məhkəməsinin hakimi X1, Şabran rayon Polis Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1, 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şabran rayon Polis Şöbəsi tərəfindən Şəxs barədə Azərbaycan Respublikası İXM-nin 329.1, 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, Şabran rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiallar aidiyyəti üzrə düzgün göndərilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması və ya inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılması haqqında vəsatət verməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1, 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə tərtib edilmiş 18 dekabr 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə Xızı Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından həmin inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1 və 112.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şabran rayon Polis Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-in 329.1, 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə tərtib edilmiş 18 dekabr 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilsin. Hakim : Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar