Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-9/2025 13.02.2025 XIZI RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25407658 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25407658 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət ərizəsində göstərilmişdir ki, Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25407658 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə qanunsuz və əsassız olaraq, İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. Əsas kimi isə xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25407658 nömrəli protokol və inzibati xəta haqqında işin digər materialları götürülmüşdür. Tərtib olunan protokola və inzibati xəta haqqında işin digər iş materiallarına görə, 06 yanvar 2025-ci il tarixində idarə etdiyi “MAN TGX 18.480 4X2 BLS yük” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Quba-Bakı yolunda Bakı istiqamətində hərəkətdə olarkən, iri qabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi nəticəsində Azərbaycan Respublikası İXP-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 600 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Bildirmək istəyir ki, yazılmış cərimə əsassızdır. Belə ki, ərizəyə əlavə etdiyi sənəddən də görsəndiyi kimi avtomobili yüklədiyi ərazidən 40 ton 620 kq, çəki ilə xx.xx.2025-ci il tarixdə, saat 18:57 radələrində çıxmış, yükü boşaltdığı əraziyə isə 40 ton 780 kq, çəki ilə xx.xx.2025-ci il tarixində, saat 22:26 radələrində çatmışdır. Kamera görüntülərində limit 40 ton qeyd edilmiş, idarə etdiyi avtomobilin yükü isə 43 ton, 060 kq kimi qeyd edilmişdir. İdarə etdiyi yük avtomobili hərəkətdə olan zaman saxlanılmamış və yük avtomobillər üçün nəzərdə tutulmuş tərəziyə çıxardılmamışdır. Əsassız olaraq belə bir cərimə tətbiq edilmişdir. Bu səbəbdən hesab edir ki, qərar ləğv edilməli və əsassız olaraq yazılmış cərimə silinməlidir. Məhkəmənin əvvəlki iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək, Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25407658 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibat tənbeh vermə haqqında qərarından şikayət verilmiş orqana məhkəmə iclasının keçirilmə vaxtı və yeri barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilsə də, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, nümayəndəsinin hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə işə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25407658 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 3C:E4:B0:F0:8C:F1 nömrəli kamera vasitəsi ilə çəkilmiş fotoşəkillərdən və elektron tərəzi göstəricilərindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 21:07:11-də, M-1, 65.1-ci km, Xızı rayonu, Giləzi kəndi, Bakı istiqamətində hərəkətdə olan “MAN TGX 18.480 4X2 BLS yük” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 43060 (Limit 40000 kq) kiloqram təşkil etmişdir. - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatın təqdim edilməsi barədə cavab məktubundan və “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi tərəfindən verilmiş “Ölçmə vasitələrinin yoxlanılması haqqında Şəhadətnamə”dən görünür ki, Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65.1 - ci km-də (Bakı istiqaməti) quraşdırılmış hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin müvafiq sertifikatı, metroloji sınaqdan keçməsinin tarixi və təmir olunub-olunmaması barədə məlumatların təqdim edilməsinə dair 24 yanvar 2025-ci il tarixli 5-128/2-9/2025 nömrəli məktuba Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində baxılmışdır. Sözügedən ərazidə qurulmuş iriqabaritli və ya ağırçəkili X3 verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini ölçən elektron tərəzinin hərəkət halında çəki ölçmə nəzarət sistemi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Metrologiya İnstitutu tərəfindən 13 sentyabr 2024-cü il tarixində yoxlanılmış və “Ölçmə vasitələrinin yoxlanılması haqqında Şəhadətnamə” (əlavə olunur) təqdim edilmişdir. Hazırkı vaxtadək elektron tərəzidə təmir işləri aparılmamışdır. Elektron tərəzilərin Azərbaycan Metrologiya İnstitutu tərəfindən növbəti yoxlama tarixi 13 sentyabr 2025-ci il tarixində həyata keçiriləcəkdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25407658 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 21:07:11-də, M-1, 65.1-ci km, Xızı rayonu, Giləzi kəndi, Bakı istiqamətində hərəkətdə olan “MAN TGX 18.480 4X2 BLS yük” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkətdə olduğu zaman yəhərli dartıcını icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi səbəbi ilə X4 barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - BB seriyalı, 562682 nömrəli və BB seriyalı, 575508 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin surətindən görünür ki, “MAN TGX 18.480 4X2 BLS yük” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüksüz kütləsi 7505 kiloqram, maksimal kütləsi isə 44000 kiloqram, özüboşaldan yarımqoşqusunun yüksüz kütləsi 4900 kiloqram, maksimal kütləsi isə 35000 kiloqram təşkil edir. - Səlahiyyətli şəxs tərəfindən imzalanmayan, hansı orqan və ya təşkilat tərəfindən verilməsi qeyd olunmayan tərəzi məlumat vərəqindən görünür ki, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi daşıdığı yüklə birlikdə 40620 kq-dır. - "xxxx" MMC-nin Elit filialı tərəfindən verilmiş, lakin səlahiyyətli şəxs tərəfindən imzalanmayan tərəzi məlumat vərəqindən görünür ki, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi daşıdığı yüklə birlikdə 40780 kq-dır. - “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin Yasamal və Elit filiallarında, eləcə də Quba rayonunda fəaliyyət göstərən “Yüksək Ticarət" MMC-də quraşdırılmış elektron tərəzilər ilə əlaqədar sözügedən müəssisələr tərəfindən AzMİ-yə heç bir müraciət daxil olmamış və buna uyğun olaraq metroloji xidmət göstərilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydasının 3-cü hissəsindəki (X3 X6) 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə və üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə olan yük avtomobilləri üçün X3 X6 40 tonu aşmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 ağırçəkili nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla, yəni 40 tondan artıq çəkidə olmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə etmişdir. Bu səbəbdən də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25407658 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X4 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25407658 nömrəli inzibati xəta haqqında qərarın əsassız olmasını maşında olan yükün idarə etdiyi yük maşını üçün normadan artıq olmayan yük hesab etməsi ilə əlaqələndirsə də, bu hallar onun hazırki inzibati xətanın törədilməsində təqsirli olmamasına dair şübhələrin yaranması üçün əsas deyildir. Çünki, şikayətçi X4 idarə etdiyi yük maşınında daşıdığı yükün icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini təsdiq edən 40000 kiloqramlıq yükdən az olmasına dair sübutları (səlahiyyətli şəxs tərəfindən imzalanmayan və Azərbaycan Metrologiya İnstitutu tərəfindən yoxlanılmamış elektron tərəzilərin tərəzi qəbzləri) reallığa uyğun olmadığından sübut kimi qəbul edilə bilməz. Belə ki, şikayətçinin yük vurduğu yerin tərəzi məlumatlarından görünür ki, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi daşıdığı yüklə birlikdə 40620 kq-dır. Lakin yükü boşaltdığı yerin tərəzi məlumatlarından görünür ki, həmin nəqliyyat vasitəsinin ümumi çəkisi daşıdığı yüklə birlikdə 40780 kq-dır. Halbuki yükün vurulduğu yerdə həm sulu olmaqla, yolda müəyyən miqdarda suyunun axması, həm də nəqliyyat vasitəsinin yanacaq yandırması nəticəsində benzin çəninin çəkisinin aşağı düşməsi nəzərə alınarsa, doldurulan yerin yükünün çəkisi boşaldılan yerin çəkisindən daha çox olmalı idi. Buradan görünür ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X1 şikayətinin mahiyyəti onun baş vermiş inzibati xətadan özünü müdafiə və ya ona tətbiq edilən inzibati cərimədən yayınmaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.2 – 135.1.5ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə X2 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X1 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25407658 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunidir, işin faktiki hallarına uyğundur və iş üçün əhəmiyyətli hallar sübuta yetirilmişdir, inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Bu səbəbdən də, X1 şikayət təmin edilməməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25407658 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130, 134 və 135-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25407658 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №3(068)-9/2025
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-9/2025
13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver