Məhkəmə qərarları › İş №3(068)-94/2025

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-94/2025

07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-94/2025 07.10.2025 XIZI RAYON MƏHKƏMƏSİ X12 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs - Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şı̇ rı̇ nov Emı̇ n Rəşadət oğlunun iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsində sürücü işləyən, Xızı rayonu, Yeni Yaşma kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şı̇ rı̇ nov Emı̇ n Rəşadət oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Xızı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən 02 oktyabr 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şı̇ rı̇ nov Emı̇ n Rəşadət oğlu 20 sentyabr 2025-ci il tarixdə, saat 12:00 radələrində Xızı rayonunun Yeni Yaşma kəndi ərazisində Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər işlətməklə, xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib edən şəxs - Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şı̇ rı̇ nov Emı̇ n Rəşadət oğlu izahatında göstərdi ki, Zərərçəkmiş şəxs ilə aralarında olan münaqişə pulu xırdalamaq üstündə başlamışdır. Əvvəllər də, aralarında bəzi mübahisələr olmuşdur. Belə ki, ödəmə terminalı kəndlərində ancaq Zərərçəkmiş şəxs məxsus mağazada yerləşir. Bu səbəbdən o, tez-tez mağazadan ödəmələri həyata keçirir. Müəyyən vaxtlarda aparat işləməmiş, bununla bağlı xidmətə zəng etmiş və ona aparatı elektrikdən ayırıb, yenilənməsini gözləməsini bildirmişlər. Hadisə baş verən gün yenə həmin mağazaya gələrək ödəniş etmək istəmiş, lakin üzərində bütöv 100 manatlıq pul əskinası olmuşdur. O, satıcı Əzizə Səfərovadan pulu xırdalamağı xahiş etmiş, sonuncu isə aqressiv halda “siz də başa düşmürsünüz ki, xırda pul yoxdur” demişdir. O isə cavabında “bacı, başa düşdüm, sadəcə dedim ki, heç olmasa əlli manat olsun” bildirmişdir. Bu zaman Validə xala ona “deyəsən sənin evdə problemin var, gəlib hirsini bizim üstümüzə tökmə” deyə kənardan cavab vermişdir. Həmin gün iki övladı xəstəxanada müalicə aldığından o, əsəbi halda olmuş, evdə problemin olub-olmadığını elə formada demək düzgün olmadığından, onlara “siz çətin adamlarsınız” demişdir. Bu sözə çox əsəbiləşdiyindən mağazadan çıxmış və təxminən 100 metr uzaqlaşandan sonra Zərərçəkmiş şəxs onun arxasınca rəhmətə getmiş atasının qəbrinə çox biədəb söyüşlər söymüş və ona “sən kişi deyilsən? Niyə qorxub qaçırsan” deyə qışqırmışdır. O da, Zərərçəkmiş şəxs “sənə ayıb olsun” demiş, təbii ki, onun söyüşlərinə cavab vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs üzr istəmişdir. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirir və bir daha belə əmələ yol verməyəcəyinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, hadisə baş verən gün Emı̇ n Şı̇ rı̇ nov Xatirə adlı tibb bacısı ilə birlikdə mağazaya girmiş, Xatirə 50 manatı xırdalamaq üçün vermiş, o da, xırdası olmadığını bildirmişdir. Lakin Xatirənin həmişə ona köməyi dəydiyindən kassadan 20 manat ona vermiş və sonra qaytaracağını demişdir. Bundan sonra, Emin də pul xırdalamaq istəmiş, sonuncuya “başa düşmədin? xırda yoxdur” bildirmişdir. Bundan sonra Emı̇ n Şı̇ rı̇ nov ödəniş aparatının qarşısına keçmiş və aparatı söndürüb-yandırmağa başlamışdır. Lakin şirkət onlara ödəniş aparatını söndürməyə icazə verməmişdir. Emin əvvələr də, qızının yanında ona “bura xaraba qalsın” sözünü demiş, onunla mübahisə etmiş, ona görə də Emindən xoşu gəlməmişdir. Daha sonra Emin yenidən satıcı qıza pulu xırdala demiş, qız isə “sən xırda olmadığını başa düşmədin” cavabını vermişdir. Bundan sonra Emı̇ n Şı̇ rı̇ nov qızın yanında onların ailəsi haqqında pis sözlər demiş və mağazadan çıxmışdır. Qız bu barədə ona deyəndə Eminin arxasınca “ay tərbiyəsiz, sözün varsa qayıt gəl üzümə de” deyə qışqırmışdır. Ancaq Eminə başqa küçə söyüşləri söyməmişdir. Emin isə ona kənd sakinlərinin yanında çox biədəb söyüşlər söymüş, hadisədən 17 gün keçməsinə baxmayaraq söydüyü insanların yanında ondan üzr də istəməmişdir. Tək bu dəfə deyil, dəfələrlə onun ailəsi haqqında kənar yerlərdə çox pis sözlər danışmış, hətta onun üstünə hücuma da keçməyə çalışmışdır. Bu səbəbdən də, Şı̇ rı̇ nov Emı̇ n Rəşadət oğlundan şikayətçi olduğunu və onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X5 izahatında göstərdi ki, həmin günü Xatirə adlı xanımla Emı̇ n Şı̇ rı̇ nov bir yerdə mağazaya daxil olmuş və Xatirə xırda pul istəmişdir. Validə xala Xatirənin uşağı hazırlığa gedirdi deyə onun əvəzinə 20 manat pul vermişdir. Emin də xırda pul istədikdə “yoxdur” deyə cavab vermişlər. Emin yenə ardıcıl üç-dörd dəfə pul istəmiş, o da, sonunda cavab olaraq “yoxdur, dirəşmə, başım götürmür” demişdir. Bundan sonra mağazadan çölə çıxmış, həmin vaxt Emin “bunların hamısı, həyasız və davakardılar” demişdir. Daha sonra qayıdanda içəridə hay-küy olduğun görmüş, Eminə “danışığınıza fikir verin və çölə çıxın” bildirmiş, sonuncu isə yenə qapıdan çıxanda söyüş söymüşdür. Bundan sonra Validə xala da Eminin dalınca çıxıb söymüşdür. Daha sonra Emin dayanmadan ağıza gətirilə bilməyən söyüşlər söymüş, o, söyüşləri eşidib dəhşətə gəlmişdir. O, Eminə “ananız yaşında qadındır” demiş, sonuncu geri qayıdıb Valid xalaya hücum çəkmək istəyəndə o, aralarına girmişdir. İşdə olan Xızı RPŞ-nin rəisinı ünvanlanmış raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 12:13 radələrində Azərbaycan Respublikası DİN-nin “102” xidməti zəng mərkəzindən daxil olmuş məlumata əsasən vətəndaş Xızı rayonu, Yeni Yaşma kənd sakini Zərərçəkmiş şəxs vətəndaş Emin adlı şəxsin onu təhqir etməsi və münaqişə olması barədə məlumat verilmişdir. İşdə olan Xızı rayonu Yeni Yaşma kəndində yaşayan Zərərçəkmiş şəxs Xızı RPŞ-yə ünvanlandığı ərizədən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 12 radələrində Xızı rayonu, Yeni Yaşma kəndində işlədiyi marketdə Şəxs onu söyüb, nalayiq sözlərlə təhqir etmişdir. Bu səbəbdən Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. İşdə olan Şəxs Xızı RPŞ-də yazdığı izahatından görünür ki, ailəsi ilə birlikdə Xızı rayonu Yeni Yaşma kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə əlində olan 100 manatı ödəmək üçün kənddə yerləşən mağazaya daxil olmuşdur. Orada satıcı işləyən qıza 100 manatın xırdalanmasını xahiş etmişdir. Cavabında Əzizə onun xırdasının olmadığını bildirmişdir. O, ikinci dəfə pulun xırdalanmasını xahiş etdikdə mağazada olan Validə onun üstünə qışqıraraq acılamışdır. Belə olan halda onunla Validə arasında mübahisə yaranmışdır. Validə onun mərhum atasını söyüb təhqir edəndən sonra o, da ona cavab olaraq eyni formada söymüşdür. Sonra mağazadan çıxıb evə getmişdir. Etdiyi əməldən peşmandır. Düşünür ki, hisslərinə hakim olmalı idi. İşdə olan Zərərçəkmiş şəxs Xızı RPŞ-də yazdığı izahatından görünür ki, Xızı rayonu Yeni Yaşma kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə, günorta saat təxminən 12:00 radələrində mağazada olmuş, əvvəllər tanıdığı Şəxs adlı həmkəndlisi gələrək 100 manatı xırdalamaq istəmişdir. O, bildirmişdir ki, xırda pul yoxdur. Onun mağazasında satıcı işləyən Əzizəyə yenidən pulu xırdalamq istəyəndə Əzizə xırdasının olmadığını bildirmişdir. Yenidən Emin pulu xırdalamaq istəyəndə Əzizə demişdir ki, xırda yoxdur. Belə olduğu halda Emin nalayiq küçə söyüşü ilə söyüş söyməyə başlamışdır. O, da sakit dura bilməyib Eminə söyməyə başlamışdır. Emin ona tərəf yaxınlaşanda Əzizə ilə Xatirə onu sakitləşdirməyə başlamışdır. Belə olanda Emin çıxıb getmişdir. Ondan sonra o da evə gəlmişdir. İşdə olan sənədlərdən, o cümlədən müvafiq raportdan, inzibati xəta haqqında protokoldan görünür ki, Şı̇ rı̇ nov Emı̇ n Rəşadət oğlu 20 sentyabr 2025-ci il tarixdə, saat 12:00 radələrində Xızı rayonunun Yeni Yaşma kəndi ərazisində Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər işlətməklə, xırda xuliqanlıq hərəkətləri etmişdir. İşdə olan Xızı Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(068)-6/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X4 ilə cavabdeh Şəxs arasında 25 iyun 2007-ci il tarixində, Xızı rayonu Yeni-Yaşma kənd icra nümayəndəliyində bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X8 iddiaçı X2 himayəsində və yanında saxlanmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemində olan əmək müqaviləsi məlumatlarından görünür ki, cavabdeh Şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsində sürücü işləyir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Həmçinin qeyd olunur ki, əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs yalnız müstəsna hallarda tətbiq edilir. 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alaraq, Şı̇ rı̇ nov Emı̇ n Rəşadət oğluna İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin aşağı həddə təyin edilməsini məqsədəmüvafiq hesab edir. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şı̇ rı̇ nov Emı̇ n Rəşadət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 05 (beş) gün müddətində inzibati həbs təyin olunsun. Həbs etmənin əvvəli 07 oktyabr 2025-ci il tarixdən, saat 10:45-dən hesablansın. Şı̇ rı̇ nov Emı̇ n Rəşadət oğlu qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar