Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 3(069)-1/2024 08.01.2024 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, xx.xx.1992-ci il tarixdə Cəbrayıl rayonu, Çaxırlı kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, Cəbrayıl rayonu, Çaxırlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:10 radələrində idarə etdiyi “X1 Prado” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, “göy qırmızı sayrışan” işıq siqnallarından istifadə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:10 radələrində idarə etdiyi “X1 Prado” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz olaraq “göy qırmızı sayrışan” işıq siqnallarından istifadə etmişdir. Onun bu hərəkətləri iş materialları və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatı ilə öz təsdiqini tapmışdır. Ona görə də, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsinin tərkibi olduğundan onun həmin maddə ilə təqsirli bilib cəzalandırılmasını qanuna müvafiq hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, əməlindən peşimançılıq hissi keçirməsini və əməlini səmimi etiraf etməsini nəzərə alaraq hesab hesab edirəm ki, inzibati xəta törədən Şəxs xəta törətdiyi maddənin sanksiyası çərçivəsində inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9- cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, sayrışan işıq siqnalları müsadirə edilməklə, 500 (beş yüz) manat inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №3(069)-1/2024
Xocavənd Rayon Məhkəməsi Qərar — İş №3(069)-1/2024
08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver