Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 3(069)-12/2025 13.02.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Xocavənd Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Ağcabədi rayonu, Minəxorlu kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, işləməyən, Ağcabədi rayonu, Minəxorlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, təxminən saat 15 radələrində Xocavənd rayonu, Qarakənd kəndi ərazisində polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində həmkəndliləri Firidun, Təbriz və Xəyyam adlı şəxslər ilə birlikdə qənimət əşyalar toplamaq məqsədi ilə piyada Ağcabədi rayonu, Minaxorlu kəndi ərazisindən çıxaraq alternativ yollarla Xocavənd rayonu, Qarakənd kəndi ərazisinə yola düşmüş və xx.xx.2025-ci il tarixdə, gecə saat 01 radələrində həmin kənd ərazisinə çatmışlar. Bundan sonra Qarakənd kəndi ərazisində sahibsiz evləri gəzməyə və qənimət əşyaları toplamağa başlamışlar. xx.xx.2025-ci il tarixdə, saat 15 radələrində kənd ərazisində sahibsiz evləri gəzən zaman polis əməkdaşları onları saxlamış və əməkdaşlar tərəfindən yoxlama aparılan zaman saxlanıldığına narazılıq və etiraz bildirərkən onların qanuni tələbinə tabesizlik göstərərək qaçmışlar. Daha sonra polis əməkdaşları onları yenidən saxlamış və araşdırma aparılması məqsədi ilə rayon polis şöbəsinə aparılmışlar. Odur ki, barəsində qanuni qərar qəbul edilərək, yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Xocavənd Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X9 inzibati xəta haqqında protokolu müdafiə edib izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, təxminən saat 15 radələrində Xocavənd rayonu, Qarakənd kəndi ərazisində polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib, barəsində inzibati qaydada həbs verilməsini xahiş etmişdir. Belə ki, protokola əlavə edilmiş Xocavənd RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı İlhamin Ağamalıyevin raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 15 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Qarakənd kəndi ərazisində xidmətdə olan zaman tərəfindən sahibsiz evlərə daxil olaraq qənimət əşya toplayan 8 nəfər müəyyən edilmiş, müvafiq yoxlamalar aparılan zaman həmin şəxslər onun qanuni tələbinə tabesizlik göstərərək qaçmış, onlar sonradan RPŞ-nin əməkdaşları ilə birlikdə tərəflərindən saxlanılaraq RPŞ-nə gətirilmişlər. Həmin şəxslərin Ağcabədi rayonu, Minəxorlu kənd sakinləri X5, X8, Şəxs, X4, X10, X11, X12 və Ağcabədi rayonu, Hacıbədəlli kənd sakini X2 olmaları müəyyən edilmiş, əllərində olan idman çantalarının içərisindən 3 ədəd tozsoran, 2 ədəd ətçəkən maşını, 1 ədəd blender, 1 ədəd komputer dəsti, 20 litr spirtli içki (araq), 1 ədəd rəsm tablosu, 2 ədəd kofe dəmləyən, 2 ədəd səs gücləndirici, 1 ədəd elektrik isidicisi, 4 ədəd lampa, 1 ədəd saç qurutmaq üçün fen, 1 komplekt fincan dəsti, 1 ədəd elektrik plitəsi, 1 ədəd su isidicisi, 1 ədəd çadır, 1 ədəd saç qırxan, 1 ədəd bağ qayçısı, 1 ədəd masaj aparatı, 3 ədəd banka bağlayan, 1 ədəd təzyiq ölçən aparat, 1 ədəd mişar, 1 ədəd kəlbətin, 1 ədəd çəkic, 1 ədəd elektrik paylayıcısı, 1 ədəd mətbəx baltası, təmizləyici vasitələr, müxtəlif sayda dəsmal, döşək ağları və geyim əşyaları aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, təxminən saat 15 radələrində Xocavənd rayonu, Qarakənd kəndi ərazisində polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli, AZA seriyalı 019374 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən, barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Məhkəmə, Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati həbs növündə cəza tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 106, 110, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 11 fevral 2025-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Hacıyev X6 RPŞ-nin X7 saxlanılsın. Qərarın icrası Beyləqan RPŞ-nə və Xocavənd RPŞ-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №3(069)-12/2025
Xocavənd Rayon Məhkəməsi Qərar — İş №3(069)-12/2025
13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver