Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 3(069)-14/2025 13.02.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Xocavənd Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Ağcabədi rayonu, Minəxorlu kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, işləməyən, Ağcabədi rayonu, Minəxorlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 22 radələrində Xocavənd rayonu, Qarakənd kəndi ərazisində polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, axşam saatlarında əvvəlcədən tanıdığı İlkin, Elmir və Qənimət adlı şəxslərlə sözləşib işğaldan azad olunmuş Xocavənd rayonunun, Qarakənd kəndi ərazisinə getməyə qərar vermişlər. Həmin gün axşam saatlarında adları qeyd olunan şəxslərlə yola çıxmış və elektron icazə portalları olmadan alternativ yollardan istifadə edərək gecə saatlarında işğaldan azad olunmuş Xocavənd rayonunun, Qarakənd kəndi ərazisinə daxil olmuş və sahibsiz evləri gəzməyə başlamışlar. İlkin, Elmir və Qənimətlə birlikdə sahibsiz evlərdən 3 ədəd tozsoran, 2 ədəd ət çəkən, 1 ədəd blendr, 1 ədəd kompyuter monitoru, 1 ədəd klaviatura, 1 ədəd rəsm tablosu, 2 ədəd kofe dəmləyən, 2 ədəd səs gücləndirici, 1 ədəd elektrik isidici, 4 ədəd lampa, 1 ədəd fen, 1 ədəd elektrik piltəsi, 4 ədəd idman çantası, 1 ədəd su qızdırıcı, 1 ədəd çadır, 1 ədəd bağ qayçısı, 1 ədəd masaj aparatı, 3 ədəd banka bağlayan, 1 ədəd mişar, 1 ədəd kəlbətin, 1 ədəd çəkic, 1 ədəd elektrik paylayıcı, 1 ədəd mətbəx baltası, 4 ədəd bıçaq, 20 litr spirtli içki, müxtəlif sayda geyim və yatacaq dəstləri topladıqdan sonra sahibsiz evlərin birində gecələmişlər. Səhər açıldıqdan sonra yenə bir qədər sahibsiz evləri gəzdikdən sonra yığdıqları əmlakları toplayıb yaşadıqları ünvana doğru hərəkətə başlamışlar. Bir qədər getdikdən sonra polis əməkdaşları qarşılarını kəsərək onlara dayanmalarını və özlərini tədqim etməyi tələb etmiş, lakin onlar polis əməkdaşlarının qanuni əmrlərinə tabe olmayaraq topladıqları əşya və əmlakları ataraq oradan mina təhlükəsi olan ərazilərə doğru qaçmağa başlamışlar. Polis əməkdaşları onlara çataraq araşdırma məqsədilə polis şöbəsinə dəvət edərkən onlara qarşı müqavimət göstərərək təkrar qaçmağa başlamış, lakin qaça bilməmişlər. Polis əməkdaşları onları saxlamış, bundan sonra əraziyə əlavə polis əməkdaşları cəlb olunmuş və araşdırma aparılması üçün polis əməkdaşları tərəfindən Xocavənd RPŞ-nə dəvət edilmişlər. O, bundan əvvələrdə 1 dəfə qanunsuz olaraq portal icazəsi olmadan işğaldan azad edilmiş ərazilərə daxil olmuşdur. Odur ki, barəsində qanuni qərar qəbul edilərək, yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Xocavənd Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X10 inzibati xəta haqqında protokolu müdafiə edib izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 22 radələrində Xocavənd rayonu, Qarakənd kəndi ərazisində polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib, barəsində inzibati qaydada həbs verilməsini xahiş etmişdir. Belə ki, protokola əlavə edilmiş Xocavənd RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı İlhamin Ağamalıyevin raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 15 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Qarakənd kəndi ərazisində xidmətdə olan zaman tərəfindən sahibsiz evlərə daxil olaraq qənimət əşya toplayan 8 nəfər müəyyən edilmiş, müvafiq yoxlamalar aparılan zaman həmin şəxslər onun qanuni tələbinə tabesizlik göstərərək qaçmış, onlar sonradan RPŞ-nin əməkdaşları ilə birlikdə tərəflərindən saxlanılaraq RPŞ-nə gətirilmişlər. Həmin şəxslərin Ağcabədi rayonu, Minəxorlu kənd sakinləri X5, X8, X11, X4, X12, Şəxs, X13 və Ağcabədi rayonu, Hacıbədəlli kənd sakini X2 olmaları müəyyən edilmiş, əllərində olan idman çantalarının içərisindən 3 ədəd tozsoran, 2 ədəd ətçəkən maşını, 1 ədəd blender, 1 ədəd komputer dəsti, 20 litr spirtli içki (araq), 1 ədəd rəsm tablosu, 2 ədəd kofe dəmləyən, 2 ədəd səs gücləndirici, 1 ədəd elektrik isidicisi, 4 ədəd lampa, 1 ədəd saç qurutmaq üçün fen, 1 komplekt fincan dəsti, 1 ədəd elektrik piltəsi, 1 ədəd su isidicisi, 1 ədəd çadır, 1 ədəd saç qırxan, 1 ədəd bağ qayçısı, 1 ədəd masaj aparatı, 3 ədəd banka bağlayan, 1 ədəd təzyiq ölçən aparat, 1 ədəd mişar, 1 ədəd kəlbətin, 1 ədəd çəkic, 1 ədəd elektrik paylayıcısı, 1 ədəd mətbəx baltası, təmizləyici vasitələr, müxtəlif sayda dəsmal, döşək ağları və geyim əşyaları aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 22 radələrində Xocavənd rayonu, Qarakənd kəndi ərazisində polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli, AZA seriyalı 019373 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xocavənd RPŞ-nin İTB-nin sahə rəisi, poiis leytenantı X9, Xocavənd RPŞ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis kiçik leytenantı X16, Xocavənd RPŞ-in Növbətçi Hissəsinin növbətçi köməkçisi, polis baş serjantı X14, X13, X12, Şəxs və X2 iştirakı ilə xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən X13, X8, Şəxs, X2 işğaldan azad olunmuş Xocavənd rayonunun, Qarakənd kəndi ərazisində yerləşən sahibsiz evlərdən topladığı 3 ədəd tozsoran, 2 ədəd ət çəkən, 1 ədəd blendr, 1 ədəd kompyuter monitoru, 1 ədəd klaviatura, 1 ədəd rəsm tablosu, 2 ədəd kofe dəmləyən, 2 ədəd səs gücləndiri, 1 ədəd elektrik isidici, 4 ədəd lampa, 1 ədəd fen, 1 ədəd elektrik plitəsi, 4 ədəd idman çantası, 1 ədəd su qızdırıcı, 1 ədəd çadır, 1 ədəd bağ qayçısı, 1 ədəd masaj aparatı, 3 ədəd banka bağlayan, 1 ədəd mişar, 1 ədəd kəlbətin, 1 ədəd çəkic, 1 ədəd elektrik paylayıcı, 1 ədəd mətbəx baltası, 4 ədəd bıçaq, 20 litr spirtli içki, müxtəlif sayda geyim və yatacaq dəstləri Xocavəd Rayon Polis Şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən, barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Məhkəmə, Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati həbs növündə cəza tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 106, 110, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 11 fevral 2025-ci il tarixdən, saat 22:00-dən hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Həsənov X6 RPŞ-nin X7 saxlanılsın. Qərarın icrası Beyləqan RPŞ-nə və Xocavənd RPŞ-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №3(069)-14/2025
Xocavənd Rayon Məhkəməsi Qərar — İş №3(069)-14/2025
13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver