Məhkəmə qərarları › İş №3(069)-2/2024

Xocavənd Rayon Məhkəməsi Qərar — İş №3(069)-2/2024

08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 3(069)-2/2024 08.01.2024 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, xx.xx.1998-ci il tarixdə Beyləqan şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, Xocavənd rayonu, Salakətin kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM: Xocavənd Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və protokol ətrafında toplanmış materiallar daxil olmuşdur. Daxil olmuş materialdan görünür ki, Xocavənd rayonu, Salakətin kəndində yaşayan Şəxs yol hərəkəti qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Nəticədə onun ödəyəcəyi məbləğ hazırda 128 manat təşkil edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qayadada məlumat verilməsinə baxmayaraq, tərəflər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, belə vəziyyətdə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-nin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon X1 Şöbəsinin inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən, 80 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Lakin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə İXP ******* nömrəli inzibati protokol tərtib edimişdir. Nəticədə onun ödəyəcəyi məbləğ 128 manata çatmışdır. Məhkəmə iclası zamanı müəyyən olundu ki, Şəxs inzibati cəriməsi bu günə kimi ödənilməmiş qalmışdır. İş materiallarını nəzərdən keçirib, Şəxs inzibati cəriməni ödəməməsini əsas tutaraq, onun nəqliyyat vasitələrini idarə etmə hüququ Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada 08 (səkkiz) ay müddətinə məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 08 (səkkiz) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar