Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 3(069)-20/2023 06.10.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi X13, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ Regional Şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ Regional Şöbəsinin 22 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X16 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ Regional Ərazi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 3(069)-20/2023 saylı qərarı ilə şikayət təmin edilmiş, şikayətçi “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ Regional Şöbəsi tərəfindən qəbul edilmiş 22 may 2023-cü il tarixli, MN ******* №-li inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında işin icraata xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ Regional Şöbəsinin rəisi Akif Baxşəliyev şikayət verərək, Xocavənd Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 3(069)-20/2023 saylı qərarının ləğv edilməsini və X9 barəsində İXM-nin 192.6-cı maddəsinə müvafiq olaraq X17 Xidmətinin Qarabağ Regional Şöbəsinin 22 may 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qüvvədə qalmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 3(106)-321/2023 saylı qərarı ilə Azərbaycan Respublikası ƏƏSMN yanında X17 Xidmətinin Qarabağ Regional Şöbəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, Xocavənd Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 3(069)-20/2023 saylı qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş və “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X9 barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə olan inzibati xəta haqqında iş yenidən baxılması üçün Xocavənd Rayon Məhkəməsinə göndərilmişdir. “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X16 şikayətini onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ Regional Ərazi İdarəsi əvvəlcə xx.xx.2023-cü il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol qəbul emişdir. Daha sonra xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6cü maddəsinə əsasən, “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X11 inzibati tənbeh tətbiq edilmiş və 1.500 manat məbləğində cərimə olunmuşdur. Qərarın surəti xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə onun adına gəlmiş və xx.xx.2023-cü il tarixdə imza edilərək qəbul etməsini nəzərə alsaq, qərardan şikayət verilməsi müddəti keçməmişdir. Belə ki, X14 xx.xx.2009-cu ildən Xocavənd RMX-də diş texniki vəzifəsində işləmiş, işlədiyi 2010-2022-ci illər ərzində məzuniyyət hüququndan tam istifadə etmiş və sonuncu dəfə xx.xx.2022-ci il tarixdən - xx.xx.2022-ci il tarixə kimi məzuniyyətdə olmuşdur. Onun əmək haqqı 398 manat olmuş və sonuncuya 2022-ci ilin noyabr ayı üçün 398 manat əmək haqqı ödənilmişdir. A.İbrahimov xx.xx.2022 xx.xx.2022-ci il tarixlərdə heç bir məlumat vermədən və heç bir üzürlü səbəb gətirmədən tam iş günü ərzində işə gəlməmişdir. Bu hal xəstəxana tərəfindən aktlaşdırılmış, bu barədə Xocavənd rayon X8 İttifaqı şurasına məlumat verilmişdir. Adil İbrahimov özü xx.xx.2022-ci il tarixdə xəstəxanaya yaxınlaşaraq, öz istəyi ilə işdən azad olunmasını xahiş etmişdir. Göründüyü kimi sonuncu ayı faktiki olaraq işləmədiyinə görə ona əmək haqqı hesablanmamışdır. Adil İbrahimov işdən azad edilərkən, heç bir pozuntuya yol verilməmişdir. Belə ki, onun tərəfindən əmək intizamı pozulmuş, o, uzun müddət əmək vəzifələrini kobud şəkildə pozmuşdur. İşçinin işdən azad olunması xahişini nəzərə alaraq, xəstəxana uzun müddət əməkdaşı olan Adil İbrahimovun əmək fəaliyyətinə hörmətlə yanaşmış, onu kobud əmək intizamı pozuntusuna görə intizam məsuliyyətinə cəlb etməmiş və onu işdən azad etmişdir. Göründüyü kimi ərizəçinin işdən azad olunma tələbi olan xx.xx.2022-ci il tarixli ərizəsi xəbərdarlıq ərizəsi deyildir. Bu ərizə xəbərdarlıq ərizəsi kimi qəbul edilsə, bəs niyə işçi bu ərizəni yazandan sonra 1 (bir) aylıq müddəti işə çıxmamış, əmək fəaliyyəti göstərməmişdir. İşçi bu davranışı ilə bəyan etmişdir ki, onun işdən azad olunmasını istədiyi tarix ərizənin verilmə günüdür. Təsadüfi deyildir ki, xx.xx.2022-ci il tarixdən 1 ay ərzində işçinin öz ərizəsini geri götürmək və ya etibarsız hesab edilməsi tələbi barədə heç bir müraciəti daxil olmamışdır. Qarabağ Regional Ərazi İdarəsi tərəfindən qərar qəbul edilərkən İnzibati Xətalar Məcəlləsinin ümumi hissəsində nəzərdə tutulan normalar açıq şəkildə pozulmuşdur. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ Regional Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 11 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol qanunvericiliyə zidd olaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs kimi onun tərəfindən deyil qanunla heç bir imza səlahiyyəti verilməmiş Xocavənd Rayon Mərkəzi Xəstəxanasının hüquqşünası X18 tərəfindən imza edilmişdir. Göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Qarabağ Regional Ərazi İdarəsi tərəfindən qəbul edilmiş 22 may 2023-cü il tarixli qərar əsassız və qanunsuzdur. Ona görə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ Regional Ərazi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi X18 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ Regional Şöbəsi tərəfindən protokol tərtib edilərkən, X9 izahatı alınmamış, etirazlar və vəsatətlər vermək, müdafiəçinin yardımından istifadə etmək və sair hüquqları pozulmuş, bütün bunların əksi olaraq inzibati protokol tərtib edilərkən qanunla heç bir imza səlahiyyəti verilməmiş Xocavənd Rayon Mərkəzi Xəstəxanasının hüquqşünası tərəfindən imza edilmişdir. Belə ki, təlimata əsasən, diş texniki vəzifəsinə qəbul Təbibin səlahiyyətinə aid edilmişdir. Bütün bunlara baxmayaraq, X14 dəvət edilmiş, ona “tibb qardaşı” vəzifəsi təklif edilmiş, lakin o razılaşmamış və ərizə verməkdən imtina etmişdir. Bu hal “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin əməkdaşlarının iştirakı aktlaşdırılmışdır. Göründüyü kimi X14 19 dekabr 2022-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuş, onunla son haqq hesab aparılmış, əmrin və əmək kitiabçasının surətləri müvafiq qeydiyyat kitablarına imza etdirməklə ona təhvil verilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 elektron sisteminə yerləşdirilmişdir. Lakin bütün qeyd olunan hallar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 tərəfindən araşdırılmamış, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması təmin edilməmişdir. Ona görə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ Regional Ərazi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ Regional Şöbəsinin nümayəndəsi Nümayəndə şikayəti qəbul etməyərək izahatında göstərmişdir ki, X1 bölməsinin diş texniki vəzifəsindən işdən azad edilərkən, “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X16 tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bununla bağlı X16 rəsmi qaydada şöbəyə dəvət olunmuş, ona rəsmi bildirişlər göndərilmiş, lakin o, gəlməmişdir. Göründüyü kimi “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X11 qanunla müəyyən edilmiş müddətdə vaxt verilməsinə baxmayaraq, X10 öz vəzifəsinə bərpa etməmişdir. Ona görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ Regional Şöbəsinin 22 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ilə “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 1.500 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Qeyd etdiklərini nəzərə alıb, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ Regional Şöbəsinin 22 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının surətindən görünür ki, “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X2 işçi X7 əmək müqaviləsinə xitam verərkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.5-ci maddəsinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə barəsində 1.500 manat məbləğində inzibati cərimə şərti olaraq tərtib edilmişdir. İş materiallarında olan 01 iyul 2009-cu il tarixli 48 nömrəli əmrin çıxarışının surətindən görünür ki, X3 Rayon Mərkəzi Xəstəxanasına 1,0 ştat diş texniki vəzifəsinə təyin edilmişdir. İş materialarında olan “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli aktların surətlərindən görünür ki, “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində diş texniki vəzifəsində çalışan əməkdaşı X14 işəgötürənə heç bir məlumat vermədən və üzürlü səbəb göstərmədən tam iş günü ərzində işə gəlməmişdir. İş materiallarında olan Xocavənd rayon X8 İttifaqı şurasının 09 dekabr 2022-ci il tarixli protokolunun surətindən görünür ki, “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Xocavənd rayon X8 İttifaqı şurası rəhbərliyinin və üzvlərinin Xocavənd RMX PHŞ-də diş texniki vəzifəsində çalışan X7 işə gəlməməsi iclasın gündəliyində müzakirə olunmuşdur. İş materialarında olan “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Xocavənd Rayon Mərkəzi Xəstəxanasının Stomatologiya bölməsində diş texniki vəzifəsində çalışan X14 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işəgötürənə heç bir məlumat vermədən və heç bir üzürlü səbəb göstərmədən tam iş günü ərzində işə gəlməmişdir. Ona işə gəlməməsinin səbəbini izahat şəklində yazmalı olduğu bildirilsədə o, izahat yazmaqdan imtina etmiş və öz ərizəsi ilə işdən çıxmaq istədiyini bildirmişdir. İş materiallarında olan X7 19 dekabr 2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, öz istəyi ilə tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. İş materiallarında olan 19 dekabr 2022-ci il tarixli, 471 nömrəli əmrin surətindən görünür ki, “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Stomatologiya bölməsinin diş texniki vəzifəsində işləyən X14 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “2”-ci bəndinin “a” yarımbəndinə əsasən, işçinin öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin təqdim etdiyi sənədlərin surətlərindən görünür ki, X14 əmək kitabçasının əslini və əmrin surətini 19 dekabr 2022-ci il tarixdə təhvil almışdır. İş materiallarında olan “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin təqdim etdiyi sənədlərin surətlərindən görünür ki, X14 ilə son haqq hesab aparılmış, son maaşı 398 manat noyabr ayında ödənilmiş və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdə olmadığına görə əmək haqqı ödənilməmişdir. İş materiallarında olan X7 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ Regional Şöbəsinə 27 aprel 2023-cü il tarixdə daxil olmuş ərizəsindən görünür ki, işsiz, aztəminatlı ailə olduğuna görə 5 ay müddətində son haqq-hesabının ödənilməməsinə görə müəssisə barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Azərpoçtun paylanma kitabından çıxarışın surətindən görünür ki, X16 xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın surətini poçt sənədinə imza etməklə xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ Regional Şöbəsinin 11 may 2023-cü il tarixli, 3-17- 5/2-16489/2023 saylı bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ Regional Şöbəsinin 11 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması 22 may 2023-cü il tarixdə, saat 11:00 təyin edilmişdir. İş materiallarında olan MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, MN ******* nömrəli protokol X11 rəsmi qayda göndərilmiş və protokolda hər hansı yazı qeydi olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ Regional Şöbəsinin 22 may 2023-cü il tarixli, 3-17- 5/2-18174/2023 saylı məktubun surətindən görünür ki, şikayətçi X7 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. Yol verilmiş nöqsana görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə müvafiq 11 may 2023-cü il tarixli, ******* nömrəli protokol tərtib olunmuşdur. Barənizdə müvafiq qərarın qəbul olunmasında iştirak etməniz üçün xx.xx.2023-cü il tarixli 3-17-5/2-16489/2023 saylı məktubla şöbəyə dəvət olunmuş, lakin iştirak etməmisiniz. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Hüquqi şəxsin kadr məsələlərinin tənzimlənməsi haqqında 22 iyul 2022ci il tarixli, PHŞ/6-2-2022-515 nömrəli məktubunun surətindən görünür ki, Həkim və orta tibb işçilərinin işə qəbulu və başqa vəzifəyə keçirilməsi qanunvericiliyin tələbləri və vakant vəzifənin tutulma şərtlərinə (Sertifikasiya şəhadətnaməsinin bitmə müddətinə nəzarət, ali təhsil haqqında və ya sertifikat üzrə ixtisasın ştat cədvəlində vakant vəzifələrə uyğunluğu, Səhiyyə Nazirliyinin 1 sentyabr 2008-ci il tarixli 119 nömrəli və 03 iyun 2015-ci il tarixli 42 nömrəli əmrləri nəzərə alınmaqla) uyğun şəkildə həkim (həkim-stamotoloq istisna olmaqla) orta tibb heyəti, bütün tibbi şöbə və tibbi bölmə müdirlərinin işə qəbulu tibb müəssisəsinin rəhbəri tərəfindən müstəqil həyata keçirilir. İş materiallarında olan 05 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, Beyləqan şəhər sakini, Xocavənd Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə diş texniki vəzifəsində işləmiş və sonradan öz ərizəsi ilə işdən azad edilmiş X6 yenidən Xocavənd RMX-da işə bərpa olunması ilə bağlı yuxarı instansiyalara etdiyi müraciətlərlə əlaqədar həmin şəxsin yenidən işə qəbul olunması məsələsinə xx.xx.2023-cü il tarixdə Adil İbrahimovun özünün iştirakı ilə Xocavənd RMX-da baxılmış, Adil İbrahimova izah edilmişdir ki, “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Hüquqi şəxsdən daxil olmuş “kadr məsələlərinin tənzimlənməsi haqqında” 22 iyul 2022-ci il tarixli, PHŞ/6-2-2022-515 nömrəli sənədinə əsasən, “diş texniki” kimi onun işə qəbul edilməsi xəstəxana rəhbərliyinin səlahiyyəti xaricindədir. Bütün bunlar nəzərə alınaraq, Adil İbrahimova xəstəxanada “tibb qardaşı” vəzifəsinə işə qəbul edilməsinin mümkün olduğu bildirilmişdir. Adil İbrahimov isə ona təklif edilmiş “tibb qardaşı” vəzifəsində işləmək istəmədiyini bildirərək ona təklif edilmiş bu işdən imtina edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X16 tərəfindən “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Stomatologiya bölməsinin diş texniki vəzifəsində işləyən X7 ərizəsinə əsasən, əmək müqaviləsinə xitam verilmişdir. X7 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ Regional Şöbəsinə 27 aprel 2023-cü il tarixdə daxil olmuş ərizəsinə əsasən araşdırma aparılmış, “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X16 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ Regional Şöbəsinin 22 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 1.500 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Eyni məhkəmə iclasında müəyyən edilmişdir ki, həkim və orta tibb işçilərinin işə qəbulu və başqa vəzifəyə keçirilməsi (həkim-stamotoloq istisna olmaqla) orta tibb heyəti, bütün tibbi şöbə və tibbi bölmə müdirlərinin işə qəbulu tibb müəssisəsinin rəhbəri tərəfindən müstəqil həyata keçirilir. Qeyd olunanlarla bağlı X6 yenidən Xocavənd RMX-da işə bərpa olunması ilə bağlı Xocavənd RMX-na dəvət olunaraq özünün iştirakı ilə baxılmış, xəstəxanada “tibb qardaşı” vəzifəsinə işə qəbul edilməsi təklif edilmiş, lakin Adil İbrahimov ona təklif edilmiş “tibb qardaşı” vəzifəsində işləmək istəmədiyini bildirərək imtina etmişdir. Lakin bütün bu hallar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ Regional Şöbəsi tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci və 100.2-ci maddələrinə görə, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulur ki, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Qanunvericiliyin mənasına görə işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X16 tərəfindən işçinin əmək müqaviləsinə xitam verilməsi 12 dekabr 2022-ci il tarixdə baş vermişdir. X17 isə həmin əmrə münasibətdə 22 may 2023-cü il tarixli inzibati xəta haqında qərar qəbul etmişdir. Lakin “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinməsinə dair qərar qəbul edilərkən, X9 Xocavənd Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Stomatologiya bölməsinin diş texniki vəzifəsində işləyən X10 hansı səbəblərə görə işdən azad edilməsi tam araşdırılmamış, inzibati xəta haqqında protokol tərtib olunarkən qanunvericiliyin tələblərinə əməl olunmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquq və vəzifələri izah edilmədən və protokolda müvafiq qeyd aparılmadan, eyni zamanda şikayətçiyə inzibati xəta haqqında protokolla tanış olmaq imkanı yaradılmamışdır. Belə ki, diş texniki vəzifəsinə qəbul kimin səlahiyyətinə aid edilib-edilməməsi araşdırılmadan, X9 barəsində inzibati protokol tərtib edilmiş və inzibati protokol tərtib edilərkən X16 tərəfindən protokol imzalanmamış və X11 MN ******* nömrəli boş protokol göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, barəsində icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraat zamanı iştirakının təmin edilməsinin mümkünlüyü, ehtimal edilən inzibati xətanın törədildiyi vaxt, Canəli Nəbiyevin vəzifəli şəxs kimi həmin inzibati xətaya aidiyyatı, həmin inzibati xətanın məhz Canəli Nəbiyev tərəfindən törədilməsinə dəlalət edən hallar, həmçinin düzgün hüquqi nəticəyə gəlinməsini təmin edəcək işin faktiki halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ Regional Şöbəsi tərəfindən araşdırılmamışdır. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, Canəli Nəbiyev barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, həm inzibati xəta haqqında protokol tərtib edilməsi, həm də inzibati xəta haqqında işə baxılması zamanı yuxarıda göstərildiyi kimi qanun tələblərinə əməl edlməmiş, inzibati tənbeh vermə haqqında qərar qanunun tələbləri pozulmaqla qəbul edilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bu səbəbdən də, inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, barəsində icraat aparılan şəxsin iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, həmin Məcəllənin 135.1.6-cı maddəsinə görə isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ Regional Şöbəsi tərəfindən “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X11 inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar Azərbaycan Respublikası İXM-nin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə qəbul edildiyindən, həmin inzibati qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin idarəyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət qismən təmin edilsin. “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ Regional Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 22 may 2023-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin. “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X9 barəsində olan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qarabağ Regional Şöbəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə Apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №3(069)-20/2023
Xocavənd Rayon Məhkəməsi Qərar — İş №3(069)-20/2023
06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver