Məhkəmə qərarları › İş №3(069)-22/2025

Xocavənd Rayon Məhkəməsi Qərar — İş №3(069)-22/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 3(069)-22/2025 10.03.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Xocavənd Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Füzuli rayonu, Dilağarda kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, müharibə veteranı, işləməyən, Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatda olmaqla, Beyləqan rayonunda yaşayan Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Çartar kəndi ərazisində polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində həmkəndlisi Emin adlı şəxslə birlikdə Xocavənd rayonunun işğaldan azad edilmiş Çartar kəndi ərazisində olan dəmir boruları kəsərək ərazidən çıxarmaq məqsədi ilə əvvəlcədən tanıdığı İslam adlı şəxsin idarə etdiyi Niva markalı avtomobil ilə alternativ yollarla minalanmış ərazidən keçərək, Çartar kəndi ərazisinə daxil olmuş, İslam adlı şəxs onları həmin ərazidə düşürdükdən sonra geri qayıtmışdır. Onlar isə planlaşdırdıqları kimi özləri ilə apardıqları elektrik generatoru və laqonda ilə birlikdə ərazidə olan dəmir boruları kəsməyə başlamışlar. Həmin gün saat 17 radələrində polis əməkdaşları onlara yaxınlaşmış, bu zaman həmkəndlisi Emin və o, polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərərək qaçmışlar. Lakin çox keçmədən polis əməkdaşları tərəfindən saxlanılaraq, araşdırma aparılması məqsədi ilə Xocavənd RPŞ-nə aparılmışdır. Odur ki, barəsində qanuni qərar qəbul edilərək, yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Xocavənd Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X4 inzibati xəta haqqında protokolu müdafiə edib izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Çartar kəndi ərazisində polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib, barəsində inzibati qaydada həbs verilməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün, iş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, protokola əlavə edilmiş Xocavənd RPŞ-nin PPXB-nin bölük komandirinin müavini polis baş leytenantı Sultan Sultanovun raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Çartar kəndi ərazisində xidmətdə olan zaman tərəfindən Füzuli rayon sakinləri Şəxs və X2 Çartar kəndi ərazisində dəmir boruları kəsmələri müəyyən edilmiş, həmin şəxslərə yaxınlaşan zaman onlar onun qanuni tələbinə tabesizlik göstərərək qaçmış, daha sonra tərəfindən saxlanılaraq RPŞ-nə gətirilmişlər. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Çartar kəndi ərazisində polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli, AZA seriyalı 019383 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarına olan elektron məhkəmə portalından edilmiş çıxarışdan görünür ki, Şəxs Vətən Müharibəsi iştirakçısıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən, barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Məhkəmə, Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, Vətən Müharibəsi iştirakçısı olmasını, habelə məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb, ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 106, 110, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar