Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 3(069)-3/2023 08.02.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə barəsində qərar qəbul edilmiş Şəxs Xocavənd Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 3(069)-3/2023 saylı qərarının icrasına xitam verilməsinə dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş materialları Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsindən baxılması üçün məhkəmənin icraatına daxil olmuşdur. Xocavənd Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 3(069)-3/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 08 (səkkiz) ay müddətinə məhdudlaşdırılmışdır. Şəxs vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində göstərilən inzibati xətanı törətdiyi üçün barəsində inzibati protokol tərtib edilərək məhkəməyə verilmişdir. Belə ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin inzibati xətalar haqqında İXP ******* saylı protokoluna əsasən, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. Lakin cəriməni 3 (üç) ay müddətinə ödəmədiyi üçün ödəyəcəyi məbləğə 36 manat dəbbə əlavə olunmuş və ödəyəcəyi məbləğ 96 manata çatmışdır. Hazırda cəriməni ödəmiş və bunu sübut edən ödəniş qəbzi də var. Onun artıq həmin cərimə üzrə heç bir borcu yoxdur. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək məhkəməyə verildiyindən xəbəri olmamışdır. Məhkəmə iclasında iştirak etmədiyi üçün, həmçinin inzibati cəriməni vaxtında ödəmədiyi üçün məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Ona görə də, cəriməni ödəməyini nəzərə alaraq və onun nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə məhkəmənin xx.xx.2023-cü il tarixli qərarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs və Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə belə vəziyyətdə işə Şəxs və Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan Xocavənd Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 3(069)-3/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə huququ 08 (səkkiz) ay müddətinə məhdudlaşdırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs barəsində tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə 60 manat cərimə və hesablanmış 36 manat dəbbə pulu tamamilə ödənilmişdir. Azərbaycan Respublikası İXM-nin 152.5-ci maddəsində göstərilir ki, barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. İş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs barəsində tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə və müvafiq olaraq hesablanmış dəbbə pulu tamamilə ödənildiyi üçün məhkəmə tərəfindən Şəxs barəsində çıxarılmış nəqliyyat vasitərəlini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Xocavənd Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 3(069)-3/2023saylı qərarına xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azəbaycan Respublikası İXM-nin 152.5-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Vəsatət təmin edilsin. Şəxs barəsində qəbul olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Xocavənd Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 3(069)-3/2023 saylı qərarına xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən, 10 (on) gün müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Əliyev
Məhkəmə qərarları › İş №3(069)-3/2023
Xocavənd Rayon Məhkəməsi Qərar — İş №3(069)-3/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver