Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 3(069)-35/2023 12.09.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, xx.xx.1986-cı il tarixdə Xocavənd rayonu, Kuropatkino kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, Xocavənd rayonu, Kuropatkino kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında Beyləqan Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM: Xocavənd Rayon Məhkəməsinə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Beyləqan Rayon Polis Şöbəsindən xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və protokol ətrafında toplanmış materiallar daxil olmuşdur. Daxil olmuş materialdan görünür ki, Xocavənd rayonu, Kuropatkino kəndində yaşayan X3 yol hərəkəti qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Nəticədə onun ödəyəcəyi məbləğ hazırda 64 manat təşkil edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qayadada məlumat verilməsinə baxmayaraq, tərəflər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, belə vəziyyətdə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta törətmiş X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-nin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarından görünür ki, Beyləqan Rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 329.1ci maddəsinə əsasən, 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Lakin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə İXP ******* nömrəli inzibati protokol tərtib edimişdir. Nəticədə onun ödəyəcəyi məbləğ 64 manata çatmışdır. Məhkəmə iclası zamanı müəyyən olundu ki, X1 inzibati cəriməsi bu günə kimi ödənilməmiş qalmışdır. İş materiallarını nəzərdən keçirib, X1 inzibati cəriməni ödəməməsini əsas tutaraq, onun nəqliyyat vasitələrini idarə etmə hüququ Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada 08 (səkkiz) ay müddətinə məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: X3 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 08 (səkkiz) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №3(069)-35/2023
Xocavənd Rayon Məhkəməsi Qərar — İş №3(069)-35/2023
12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver