Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 3(069)-37/2023 18.09.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Laçın rayonu, Kalafalıq kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Ramiz Musayev adına 1 nömrəli orta məktəbdə hərbi müəllim işləyən, Laçın rayonu, Kalafalıq kəndində qeydiyyatda olmaqla, Ağcabədi rayonu ərazisində Laçın rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş Taxta-Körpü qəsəbəsi, ev 148-də yaşayan Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, Xocavənd rayonu, Böyük Tağlar kəndi ərazisində xüsusi icazəsi olmadan, mülki silahın daşınma qaydasını pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.1995-ci ildə Laçın rayonu, Vağazin ərazi dairəsi, Kalafalıq kəndində anadan olmuş, Laçın rayonu, Kalafalıq kəndində qeydiyyatda olmaqla, Ağcabədi rayonu ərazisində Laçın rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş Taxta-Körpü qəsbəsi, ev 148-də yaşayır. Həmkəndliləri Laçın rayonu, Kalafalıq kəndində iri buynuzlu mal-qara saxlayırlar. xx.xx.2023-cü il tarixdə onların yanına getmiş və xx.xx.2023-cü il tarixdə Laçın rayonundan Şuşa rayonu istiqamətində yaşadığı Ağcabədi rayonu Taxta-körpü qəsəbəsinə gedərkən, Xocavənd rayonu, Böyük Tağlar kəndində yerləşən stasionar polis postunda özünə məxsus idarə etdiyi “Sayfa” markalı, **-BO-*** dövlət nömrə nişanlı avtomaşına baxış zamanı babasından qalma lüləsi və qundağı kəsik olan bir ədəd yivsiz ov tüfəngini və 11 ədəd tüfəngə aid patron polis əməktdaşları tərəfindən aşkar edilmiş və bundan sonra onu Xocavənd rayonu, Hadrut qəsəsbəsində yerləşən polis şöbəsinə dəvət etmişlər. Qeyd etdiklərini nəzərə alıb, barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Xocavənd Rayon Polis Şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Xocavənd Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Xocavənd Rayon Polis Şöbəsinin CAQ-nun əməliyyat müvəkkili, polis leytenantı İsmayıl Şirinovun xx.xx.2023-cü tarixli raportundan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Böyük Tağlar kəndində yerləşən stasionar polis postunda “Saipa 132 SE” markalı **-BO-*** dövlət nömrə nişanlı avtomobil saxlanılaraq, müvafiq qaydada yoxlama aparılarkən, xx.xx.1995-ci il təvəllüdlü, Laçın rayonu, Kalafalıq kənd sakini, hazırda Ağcabədi rayonu ərazisində yerləşən Laçın obaları qəsəbəsində 256 saylı qəsəbədə, 148 nömrəli evdə yaşayan Şəxs məxsus avtomobilin salonunda oturacağın alt hissəsindən sənədi olmayan Toz-16 markalı, H-46678 nömrəli, qoşa lülə, qundağı və lüləsi kəsilmiş ov tüfəngi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş baxış keçirilmə və götürmə haqqında 14 avqust 2023cü il tarixli protokolun surətindən görünür ki, baxış süni işıqlandırma ilə Xocavənd rayonu, Böyük Tağlar kəndi ərazisində yerləşən stasionar polis postunda həyata keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, tüfəng 16 kalibrdır, “Toz 16” markalı, H-46678 nömrəli ov tüfəngidir. Taxta və dəmir materialdan hazırlanmış, tutacaq hissəsi və lüləsi kəsilmişdir. Patronların sayı 11 ədəddir, 4 ədədi qırmızı rəngdə, 6 ədədi ağ rəngdə və 1 ədədi yaşıl rəngdədir. Baxış zamanı gələcəkdə iş üçün əhəmiyyət kəsb etdiyindən 1 ədəd tüfəng, 11 ədəd patron və qoyulması üçün nəzərdə tutulan parça torba götürülmüşdür. İş materiallarına əlavə edilmiş 15 avqust 2023-cü il tarixli, 23/659R nömrəli ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd H-46678 nömrəli silah ilkin variantda keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda 1951-ci ildə istehsal olunmuş 16 kalibirli, İJ-49 modelli, çaxmaqsız, hamar qoşa lüləli odlu yivsiz ov tüfəngi olub. Lakin sonradan həmin silahın lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və hal-hazırda lüləsinin uzunluğu 217 mm, ümumi uzunluğu 423 mm olan silah öz ilkin təyinatını itirmiş 16 kalibirli, İJ-49 modelli çaxmaqsız, hamar qoşa lülləli odlu yivsiz ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və hər iki lülədən atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 11 ədəd patron zavod üsulu ilə Türkiyə Respublikasında istehsal olunmuş 16x70 kalibirli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Patronların gövdəsində və dib hissəsində istehsal ili müşahidə edilmir, yoxdur. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 avqust 2023-cü il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, HK-1/113 nömrəli araşdırma materialı üzrə Şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsi ilə Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Xocavənd RPŞ-nin İTB-nə gödərilmişdir. Beləliklə də, Şəxs ov silahını müvafiq icazə sənədləri olmadan saxlaması və daşıması onun özünün etirafı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmaqla, Şəxs xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə təyin edilməli, aşkar edilmiş ov tüfəngi və ov patronları müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, bir ədəd 1951-ci ildə İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibirli, İJ-49 modelli, H-46678 nömrəli, çaxmaqsız, hamar qoşa lüləli, odlu yivsiz, lüləsi və qundağı kəsik ov tüfəngi və Türkiyə Respublikasında istehsal olunmuş 16x70 kalibirli 11 ədəd ov patronları müsadirə edilməklə, 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №3(069)-37/2023
Xocavənd Rayon Məhkəməsi Qərar — İş №3(069)-37/2023
18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver