Məhkəmə qərarları › İş №3(069)-4/2024

Xocavənd Rayon Məhkəməsi Qərar — İş №3(069)-4/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 3(069)-4/2024 30.01.2024 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Ağdam rayonu, Seyidli kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olmaqla, Xocavənd rayonu 146 ailəlik qəsəbə ev 117-də yaşayan. Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 01 radələrində 50 manat pul qarşılığında qanunsuz olaraq narkotik vasitə əldə etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs təqsirli bilərək izahatında göstərmişdir ki, o, 2021-ci ildən Xocavənd rayonu 146 ailəlik qəsəbədə yerləşən 117 nömrəli evdə müvəqqəti olaraq məskunlaşmış, həmin tarixdən qəsəbə ərazisində yaşayan bir çox şəxslə münasibəti yaramış və 2021-ci ildən özünə məxsus olan “Mitsubshi Artirek” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qəsəbə ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Həmin müddət ərzində qəsəbə ərazisində yaşayan Rəşad adı ilə tanıdığı şəxslə münasibəti yaranmış və aralarında dostluq münasibət yaranmışdır. Rəşadın əvvəldən narkotik vasitə istifadə etdiyini bildiyindən, son zamanlar onda da narkotikə maraq yarandığından, 07 avqust 2023-cü il tarixdə, saat 22 radələrində istifadəsində olan ***-***-**-** mobil telefonla Rəşadın istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə yaratmış, ona narkotik lazım olduğunu bildirmiş və Rəşad ona gözləməyəni, maraqlanıb ona xəbər edəcəyini demişdir. Təxminən saat 23 radələrində Rəşad ona zəng edərək, malın hazır olduğunu və pulu verib götürməyini demişdir. O, isə Rəşada hazırda gələ bilmədiyini, kart atmasını və pulu karta vuraraq Beyləqan rayonundan qəsəbəyə qayıdanda götürəcəyini demişdir. Bundan sonra təxminən saat 01 radələrində Rəşadla Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində görüşmüş, Rəşad avtomobilin qarşı oturcağında əyləşmiş və Rəşad avtomobilə əyləşən zaman üzərində olan şalvarın cibindən çıxardığı sellofan torbya bükülü vəziyyətdə olan narkotik vasitəni ona vermişdir. O, isə həmin narkotik vasitəni üzərində olan şalvarın ön sağ cibində saxlamışdır. Xocavənd rayonu 320 ailəlik qəsəbə ərazisinə hərəkətdə olarkən polis əməkdaşları onları saxlayıb polis şöbəsinə gətirmiş və polis şöbəsində ona şübhəli şəxs qismində tutulduqdan sonra vəkil təyin olunmuş və həmin vaxt polis əməkdaşları üzərində olan qara rəngli şalvarın ön sağ yan cibindən Rəşaddan 50 manat pul qaqrşılığında aldığı narkotik vasitəni aşkar etmişdirlər. Həmin narkotik vasitə sellofan bağlamada idi həmin narkotik vasitələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1,22 qram olmuşdur. Əməlini səmimi etiraf edir, əməlindən peşmandır, bir daha belə hərəktələrə yol verməyəcəkdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, inzibati xəta haqqında işə əlavə edilmiş, Xocavənd RPŞ-nin istintaq qrupunun baş müstəntiqi polis baş leytenantı Xəyyam Vəliyevin 13 oktyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərarından görünür ki, Şəxs, X6, X2 və X3 barəsində Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, X5, X6 və X1 barəsində Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş və Şəxs və X3 barəsində Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati icraat başlanması üçün material ayrılıb Xocavənd RPŞ-nin İTB-cə göndərilmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, ilk dəfə olaraq inzibati xəta əməli törətməsini nəzərə alıb, ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati cərimə tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə adından QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar