Məhkəmə qərarları › İş №3(069)-4/2025

Xocavənd Rayon Məhkəməsi Qərar — İş №3(069)-4/2025

13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 3(069)-4/2025 13.01.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Xocavənd Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Ağcabədi rayonu, Kürdlər kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, işləməyən, Ağcabədi rayonu, Kürdlər kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, təxminən saat 19 radələrində Xocavənd rayonu, Qarakənd kəndi ərazisində polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 18 radələrində həmkəndliləri X4, X10, X8 və tanışı X5 ilə birlikdə atla Ağcabədi rayonu ərazisindən alternativ yollarla qənimət əmlak aparmaq məqsədilə Xocavənd rayonunun işğaldan azad edilmiş Qarakənd kəndi ərazisinə daxil olmuşlar. Həmin kənd ərazisində sahibsiz evlərin birinin tövləsində atları bağlayaq, piyada halda evləri gəzməyə başlamışlar. Bir qədər gəzdikdən sonra həmin gün gecə saat 19 radələrində Xocavənd RPŞ-nın əməkdaşları onları saxlamışlar. Xocavənd RPŞ-nın əməkdaşları müvafiq yoxlamalar aparan zaman onlar polisin qanuni tələbinə tabesizlik göstərərək, qaçmağa başlamış, həmin ərazidə bir qədər gizləndikdən sonra polis əməkdaşları tərəfindən həmin gün 23 radələrində saxlanılaraq, rayon polis şöbəsinə aparılmışlar. Odur ki, barəsində qanuni qərar qəbul edilərək, yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Xocavənd Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis kapitanı X9 inzibati xəta haqqında protokolu müdafiə edib izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, təxminən saat 19 radələrində Xocavənd rayonu, Qarakənd kəndi ərazisində polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib, barəsində inzibati qaydada həbs verilməsini xahiş etmişdir. Belə ki, protokola əlavə edilmiş Xocavənd RPŞ-nin CAQ-nun əməliyyat müvəkkili polis, baş leytenantı İsmayıl Şirinovun raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə, gecə saatlarında daxil olmuş məlumat əsasında tərəflərindən Xocavənd rayonunun işğaldan azad edilmiş Qarakənd kəndi ərazisində qənimət qismində əmlakların əldə edilməsi məqsədi ilə əraziyə qanunsuz yollarla daxil olan 5 nəfər atlı şəxs saxlanılmış, həmin şəxsləri dəfələrlə RPŞ-nə dəvət etmələrinə baxmayaraq, onlar polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərərək qaçmışlar. Daha sonra həmin şəxslərdən adları sonradan onlara məlum olan Ağcabədi rayonu, Kürdlər kənd sakini X4 və Ağcabədi rayonu, Qiyaməddinli kənd sakini X1 RPŞ-nə gətirilmişdir. Digər şəxslərin isə Ağcabədi rayonu, Kürdlər kənd sakini X10, X8 və Şəxs olmaları müəyyən edilmişdir. Odur ki, tərtib olunmuş raportun araşdırılması üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, təxminən saat 19 radələrində Xocavənd rayonu, Qarakənd kəndi ərazisində polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli, AZA seriyalı 019366 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xocavənd Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən hal-şahidlərinin iştirakı ilə tərtib edilmiş şəxsi axtarış və fiziki şəxsdə olan əşyaların yoxlama haqqında 11 yanvar 2025-ci il tarixli, AZA seriyalı 008051 nömrəli protokoldan görünür ki, Xocavənd rayonunun işğaldan azad olunmuş Qarakənd kəndi ərazisində tutulmuş Şəxs üzərində heç bir əşya aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən, barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Məhkəmə, Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati həbs növündə cəza tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 106, 110, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 11 yanvar 2025-ci il tarixdən, saat 23:40-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Sultanov X6 RPŞ-nin X7 saxlanılsın. Qərarın icrası Beyləqan RPŞ-nə və Xocavənd RPŞ-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar