Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 3(069)-40/2023 04.10.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Xocavənd Rayon Polis X5 Bölməsinin polis sahə rəisi polis kapitanı X11, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxxx 1958-ci ildə Xocavənd rayonu, Əmirallar kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, Xocavənd rayonu, Əmirallar kəndində qeydiyyatda olmaqla, Yeni Xocavənd qəsəbəsi ev 127-də yaşayan Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus avtomobilə qəsdən 53 manat dəyərində ziyan vurmuşdur. Bununla da, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı oğludur, onunla heç bır ədavəti və düşmənçiliyi olmamışdır. X2 danışıq qüsurludur və 3-cü qrup əlildir. Təxminən 4 ildir ki, “Lexus” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobili almış və 2023-cü ildə onu satmaq qərarına gəlmişdir. 01 may 2023-cü ıl tarixdə avtomobili bacısı oğlu Zərərçəkmiş şəxs satmış və aralarında 8.500 manata razılaşmışlar. Zərərçəkmiş şəxs 6.000 manat ilkin ödəniş etmiş, 2.500 manat və həmçinin yenicə kreditlə aldığı 4 ədəd təkərin pulun sonradan ödəyəcəyi şərti ilə razılaşmışlar. Təxminən hadisədən 4 gün əvvəl həmin avtomobilin satdığını eşitmiş və xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs günorta təxminən saat 13 radələrındə zəng vurmuş və təkərin pulunun ödənilməsi vaxtının onun növbəsi olduğunu bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs ona avtomobili satdığını bildirərək, təkərin pulunu ödəməyəcəyini bildirmiş və Zərərçəkmiş şəxs razılaşmaları bu cür olmadığını demişdir. Zərərçəkmiş şəxs isə avtomobilin problemləri olduğu üçün ucuz qiymətə satdığını və o, təkərin pulun ödəməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs öz evinə dəvət edərək, söhbət etməyə çağırmış, lakin o, gəlməyəcəyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs yaşadığı RTS adlanan əraziyə getmək üçün evdən çıxmış və bu zaman qarşıdan bir avtomobilin gəldiyini görmüşdür. Avtomobil onların qapısına yaxınlaşaraq, dayanmış və Mercedes markalı avtomobildən Zərərçəkmiş şəxs düşdüyün görmüşdür. Evin həyətinə daxil olmuş və Zərərçəkmiş şəxs də onunla birgə evə daxıl olmuşdur. Həyətdə Zərərçəkmiş şəxs nə üçün təkərlərin pulun ödəmədiyini soruşduqda o, avtomobili ucuz qiymətə satdığını və təkərlərin pulunu ödəməyəcəyini bildirmişdir. Onlar həyətdə mübahisə etmiş və satdığı avtomobili geri qaytarmağı tələb etmiş və 4 gün ərzində qalıq pulu geri qaytaracağını bildirmişdir. Daha sonra Mercedes markalı avtomobili evin həyətinə qoyub getməyi və avtomobili geri qaytardıqda pulu verəcəyini bildirmişdir. Azər isə avtomobilə doğru qaçdığını görmüş və danışıq qüsuru olan oğlu Nəriman Bəhrəmov onun getməyinə mane olmuşdur. Zərərçəkmiş şəxs avtomobildən Nəriman Bəhrəmovla mübahisə etmiş, daha sonra oğlu X17 Fərzəliyevi şillə ilə vurmuş, Zərərçəkmiş şəxs oradan getmiş və avtomobili orada qalmışdır. Dava zamanı X15 Fərzəliyevi sağ əli ilə üz nahiyəsindən vurmuş və Zərərçəkmiş şəxs üzərinə bıçaq çıxartmamışdır. Zərərçəkmiş şəxs avtomobilinə dəymiş ziyan barədə məlumatının olmadığını, dava zamanı ictimai qayda pozulmamış və heç bir əmlaka ziyan dəyməmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, aralarında heç bir mübahisə yoxdur. Ona görə də, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs onun dayısı, Nəriman Bəhrəmov isə onun dayısı oğludur, onlarla heç bir ədavət və düşmənçiliyi yoxdur. 01 may 2023-cü ıl tarixdə dayısı Şəxs “Lexus RX 300” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobili 8.500 manat məbləğində razılaşmış, ilkin olaraq Şəxs 6.000 manat ödəniş etmiş və yerdə qalan 2.500 manat pulu 2023-cü ilin sentyabr-oktyabr aylarında qaytarmağı bildirmiş və onunla razılaşmışdır. Şəxs ilə razılaşan zaman avtomobilə kreditlə alınan 4 komplekt təkərin pulunu şərikli ödəmək qərarına gəlmiş və onun payına 3 ay ödəmək düşmüşdür. 14 iyul 2023-cü ıl tarixdə “Lexus” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobildə problemləri olduğu üçün ucuz qiymətə başqa şəxsə satmışdır. Avtomobili alan zaman dayısı Şəxs problemlərin olmasını bildirməmişdir. xx.xx.2023-cü il tarixdə, saat təxminən 13 radələrində dayısı Şəxs ona zəng edərək, avtomobilə məxsus olan təkərlərin kreditin vaxtı olduğunu demiş, o isə Şəxs avtomobili aldığı qiymətdən ucuz satdığını və təkərlərin pulunu ödəməyəcəyini bildirmişdir. Daha sonra dayısı onu evlərinə dəvət edərək, söhbət edəcəyini bildirərək oraya çağırmış və o, oraya özünə məxsus “Mercedes” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə getmişdir. Oraya gedən zaman evin həyətinə daxil olmuş və dayısı Rəfail ona nə üçün avtomobilin təkərinin pulunu vermədiyini bildirdikdə, o avtomobildə nasazlıqların çox olduğu üçün avtomobili dəyərindən ucuz qiymətə satdığını bildirmişdir. Söhbət zamanı səs-küy yaranmış və darvazanın çöl hissəsində oğlu Nəriman Bəhrəmov baş nahiyəsindən yumruq zərbəsi vurmuş və o, avtomobilə doğru qaçıb getmək istəyərkən Şəxs və Nəriman Bəhrəmov avtomobilə doğru gələrək onun getməyinə mane olmuşdur. Bu zaman dayısı Rəfail cibindən bıçaq çıxartmış, lakin ona xəsarət yetirməmişdir. Daha sonra o, özünü qorumaq üçün oradan qaçıb evə doğru getmiş və özünə məxsus “Mercedes” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobili dayısı Rəfailin qapısında qalmışdır. Bu barədə 102 xidməti zəng mərkəzinə məlumat vermiş və səhhəti ilə əlaqədar X18 müraciət etmiş və o, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına aparılaraq ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Nəriman Bəhrəmovun onu yumruq və təpik zərbələri ilə bədənin müxtəlif nahiyələrindən zərbələrlə vurması nəticəsində sifətinin sol nahiyəsində çapıq, yıxılması nəticəsində diz və ayaq nahiyələrində sıyrıqlar əmələ gəlmişdir. Dava zamanı ictimai qayda pozulmamış və təxminən 5-10 dəqiqə davam etmiş, dava bitdikdən sonra ona məxsus “Mercedes” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobili dayısının həyətində qalmış, sonradan avtomobili oradan götürən zaman bardaçokunun qapağı, avtomobilin şitinin üzərində olan 20 manat dəyərində olan oyuncaq və avtomobilin ön buferin sağ küncü çatlamasını müəyyən etmişdir. Hazırda barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ilə barışmış, aralarında heç bir mübahisə yoxdur. Ona görə də, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Xocavənd Rayon Polis X5 Bölməsinin polis sahə rəisi polis kapitanı X14 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus avtomoibilə qəsdən 53 manat dəyərində ziyan vurmuşdur. Bununla da, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və barəsində inzibati xəta törətməsi haqqında protokol tərtib edilmişdir. Ona görə də, Şəxs ilk dəfə inzibati xəta törətməsini, Qarabağ müharibəsi veteranı olmasını nəzərə alıb, barəsində tərtib olunmuş protokola baxılaraq, ona inzibati qaydada cərimə verilməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün və Xocavənd Rayon Polis X5 Bölməsinin polis sahə rəisi polis kapitanı X11, Zərərçəkmiş şəxs izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, iş materiallarında olan 18 sentyabr 2023cü il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Xocavənd Rayon Polis X10 müstəntiqi, polis leytenantı X9 06 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, X6 və X3 barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 157 və X3 barəsində isə 232-1-ci maddəsi ilə inzibati icraat başlanılması üçün qərarın surəti Xocavənd Rayon Polis X5 bölməsinə verilmişdir. Hesab edirəm ki, X3 həmin hərəkətlərində İXM-nin 232-1-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə görə, özgənin əmlakını qəsdən məhvetməyə və zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İnzibati xəta əməlini törətmiş X3 törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində vurulmuş ziyanın bir misli məbləğində inzibati cərimə tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.1, 38.3, 53.0.6, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə adından QƏRARA ALDİM: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib vurulmuş ziyanın bir misli məbləğində, yəni 53 (əlli üç) manat məbləğində inzibati qaydada cərimə edilsin. X3 hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs məxsus avtomoibilə dəymiş 53 (əlli üç) manat məbləğində maddi zərər X1 alınaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №3(069)-40/2023
Xocavənd Rayon Məhkəməsi Qərar — İş №3(069)-40/2023
04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver