Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 3(069)-41/2023 04.10.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Xocavənd Rayon Polis X2 Bölməsinin polis sahə rəisi polis kapitanı X5, Müdafiəçi Quliyev Vəkil Yelmar oğlunun, Barəsində inzibati xəta haqqında icraatı aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Xocavənd rayonu, Əmirallar kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, yaşıllaşdırma idarəsində fəhlə işləyən, orta təhsilli, Xocavənd rayonu, Əmirallar kəndində qeydiyyatda olmaqla, Xocavənd rayonu, Yeni Xocavənd qəsəbəsi ev 127də yaşayan Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs barəsində Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs döymüşdür. Bununla da, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, 2000-ci ildən Yeni Xocavənd qəsəbəsində yaşayır, 3-cü qrup əlil və nitq qüsurludur. Hadisə baş verən gün ərzində yaşadığı evdə olmuş, bibisi oğlu Zərərçəkmiş şəxs saat 14 radələrində yaşadığı ünvana gəlmiş, orada atası ilə mübahisə etmişdir. Daha sonra Zərərçəkmiş şəxs atasına olan borcu verməyəcəyini bildirdikdə o, Zərərçəkmiş şəxs yaxınlaşmış, Azər avtomobilə minib getmək istəyən zaman aralarında mübahisə yaranmışdır. İlk öncə Azər onu üz nahiyəsindən şillə ilə vurmuş, lakin heç bır xəsarət olmamış və daha sonra o, Zərərçəkmiş şəxs şillə ilə vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs özünə məxsus olan Mercedes markalı avtomobili evin qarşısına qoyub getmişdir. Azəri yumruq və təpik zərbələri ilə vurmamış, sadəcə şillə ilə vurmuşdur. X8 Zərərçəkmiş şəxs üzərinə bıçaq çıxartmamış və Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, aralarında heç bir mübahisə yoxdur. Ona görə də, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Rəfail Bəhrəmov onun dayısı, Şəxs isə onun dayısı oğludur, onlarla heç bir ədavət və düşmənçiliyi yoxdur. 01 may 2023-cü ıl tarixdə dayısı Rəfail Bəhrəmovdan “Lexus RX 300” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobili 8.500 manat məbləğində razılaşmış, ilkin olaraq Rəfail Bəhrəmova 6.000 manat ödəniş etmiş və yerdə qalan 2.500 manat pulu 2023-cü ilin sentyabr-oktyabr aylarında qaytarmağı bildirmiş və onunla razılaşmışdır. Rəfail Bəhrəmov ilə razılaşan zaman avtomobilə kreditlə alınan 4 komplekt təkərin pulunu şərikli ödəmək qərarına gəlmiş və onun payına 3 ay ödəmək düşmüşdür. 14 iyul 2023-cü ıl tarixdə “Lexus” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobildə problemləri olduğu üçün ucuz qiymətə başqa şəxsə satmışdır. Avtomobili alan zaman dayısı Rəfail Bəhrəmov problemlərin olmasını bildirməmişdir. xx.xx.2023-cü il tarixdə, saat təxminən 13 radələrində dayısı Rəfail Bəhrəmov ona zəng edərək, avtomobilə məxsus olan təkərlərin kreditin vaxtı olduğunu demiş, o isə Rəfail Bəhrəmova avtomobili aldığı qiymətdən ucuz satdığını və təkərlərin pulunu ödəməyəcəyini bildirmişdir. Daha sonra dayısı onu evlərinə dəvət edərək, söhbət edəcəyini bildirərək oraya çağırmış və o, oraya özünə məxsus “Mercedes” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə getmişdir. Oraya gedən zaman evin həyətinə daxil olmuş və dayısı Rəfail ona nə üçün avtomobilin təkərinin pulunu vermədiyini bildirdikdə, o avtomobildə nasazlıqların çox olduğu üçün avtomobili dəyərindən ucuz qiymətə satdığını bildirmişdir. Söhbət zamanı səs-küy yaranmış və darvazanın çöl hissəsində oğlu Şəxs baş nahiyəsindən yumruq zərbəsi vurmuş və o, avtomobilə doğru qaçıb getmək istəyərkən Rəfail Bəhrəmov və Şəxs avtomobilə doğru gələrək onun getməyinə mane olmuşdur. Bu zaman dayısı Rəfail cibindən bıçaq çıxartmış, lakin ona xəsarət yetirməmişdir. Daha sonra o, özünü qorumaq üçün oradan qaçıb evə doğru getmiş və özünə məxsus “Mercedes” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobili dayısı Rəfailin qapısında qalmışdır. Bu barədə 102 xidməti zəng mərkəzinə məlumat vermiş və səhhəti ilə əlaqədar X9 müraciət etmiş və o, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına aparılaraq ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Şəxs onu yumruq və təpik zərbələri ilə bədənin müxtəlif nahiyələrindən zərbələrlə vurması nəticəsində sifətinin sol nahiyəsində çapıq, yıxılması nəticəsində diz və ayaq nahiyələrində sıyrıqlar əmələ gəlmişdir. Dava zamanı ictimai qayda pozulmamış və təxminən 5-10 dəqiqə davam etmiş, dava bitdikdən sonra ona məxsus “Mercedes” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobili dayısının həyətində qalmış, sonradan avtomobili oradan götürən zaman bardaçokunun qapağı, avtomobilin şitinin üzərində olan 20 manat dəyərində olan oyuncaq və avtomobilin ön buferin sağ küncü çatlamasını müəyyən etmişdir. Hazırda barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ilə barışmış, aralarında heç bir mübahisə yoxdur. Ona görə də, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Xocavənd Rayon Polis X2 Bölməsinin polis sahə rəisi polis kapitanı X7 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs döymüşdür. Bununla da, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və barəsində inzibati xəta törətməsi haqqında protokol tərtib edilmişdir. Ona görə də, Şəxs Rəfail oğlunun ilk dəfə inzibati xəta törətməsini, məcburi köçkün olmasını, 3-cü qrup əlil və nitq qüsurlu olmasını nəzərə alıb, barəsində tərtib olunmuş protokola baxılaraq, ona inzibati qaydada cərimə verilməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün və Xocavənd Rayon Polis X2 Bölməsinin polis sahə rəisi polis kapitanı X5, Zərərçəkmiş şəxs izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, iş materiallarında olan 18 sentyabr 2023cü il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Xocavənd Rayon Polis X4 müstəntiqi, polis leytenantı X3 06 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Şəxs və X1 barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157 və X1 barəsində isə 232-1-ci maddəsi ilə inzibati icraat başlanılması üçün qərarın surəti Xocavənd Rayon Polis X2 bölməsinə verilmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 157, 106, 110, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №3(069)-41/2023
Xocavənd Rayon Məhkəməsi Qərar — İş №3(069)-41/2023
04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver