Məhkəmə qərarları › İş №3(069)-45/2023

Xocavənd Rayon Məhkəməsi Qərar — İş №3(069)-45/2023

25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 3(069)-45/2023 25.10.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Xocavənd Rayon Polis X2 Bölməsinin polis sahə rəisi polis kapitanı X6, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Ağdam rayonu, Muğanlı kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işsiz, deməsinə görə məhkum olunmamış, Ağdam rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu Mahruzlu kəndində yaşayan. Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Xocavənd rayonu, Qarakənd kəndində polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, təxminən 6-7 ildir ki, özünə məxsus “Ford” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu ərazisində yük daşımaqla məşğul olur. 09 oktyabr 2023-cü il tarixdə əvvəldən tanıdığı Yusif adlı şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində hərbiçiyə məxsus yükün olduğunu və yükü Xocavənd rayonu ərazisindən çıxarmamaq şərti ilə başqa bir əraziyə aparacağını demiş və o, da Yusiflə razılaşmışdır. Bundan sonra Yusif ona Ağdam rayonu, Ergi adlanan ərazisinə gəlməyini demiş və o, da ora getmişdir. O, deyilən əraziyə gedən zaman orada sahəlikdə Yusif Pikap markalı avtomobili ilə onu gözlədiyini görmüşdür. Onlar orada olarkən, qara rəngli “VAZ 2106” markalı avtomobil onlara yaxınlaşıb siqnal vermiş və onlar onun arxasınca getmişlər. Həmin avtomobil onun tanımadığı yollarla onları Xocavənd rayonunun ərazisinə aparmış və yolda hərəkət edərkən qara rəngli avtomobil yolun kənarında onu gözləyən ağ rəngli “VAZ 21011” markalı avtomobilə yaxınlaşmış və qara rəngli avtomobildən bir nəfər düşüb “VAZ 21011” markalı avtomobilə minərək hərəkətə davam etdirmişlər. Bundan sonra təxminən 3-5 kilometr yol getdikdən sonra avtomobilləri yolun kənarında saxlamış, həmin tanımadığı şəxslər onun avtomobilinin yük yerinə 10 baş iribuynuzlu heyvan yığmışlar və onları gözləməyini demişlər. Onlar onunla ora bir gedən digər yük avtomobilinə yük yığmaq üçün getmək istəyərkən, polis əməkdaşları onları saxlamışdır. Polis əməkdaşları rəsmi icazəsinin olub-olmadığını yoxlamış və icazəsinin olmadığı müəyyən olunmuşdur. O, polis əməkdaşlarına öz narazılığını və etirazını bildirərək onu buraxmalarını bildirmiş, onlar bir neçə dəqiqə söhbət etdikdən sonra polis əməkdaşları onu RPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq, RPŞ-nə getməkdən imtina etmişdir. Hazırda əməlindən peşimandır. Ona görə də, qeyd etdiklərini nəzərə alıb, ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında Xocavənd Rayon Polis X2 Bölməsinin polis sahə rəisi polis kapitanı X11 inzibati xəta haqqında protokolu müdafiə edib izahatında göstərmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Xocavənd rayonu, Qarakənd kəndində polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib, barəsində inzibati qaydada həbs verilməsini xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan göünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Xocavənd rayonu, Qarakənd kəndində polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Protokola əlavə edilmiş Xocavənd RPŞ-nin ƏİÜ rəis müavini polis mayoru Nicat Hümbətalıyevin raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Xocavənd RPŞ-nin əməkdaşları rayonun işğaldan azad edilmiş Qarakənd kəndi ərazisində patrul xidməti aparan zaman xx.xx.1981-ci ildə Ağdam rayonunda anadan olmuş X3, xx.xx.1982-ci ildə Ağdam rayonu, Mahrızlı kəndində anadan olan X12, xx.xx.1984-cü il ildə Ağdam rayonu, Mahrızlı kəndində anadan olan Şəxs saxlanılmış, həmin şəxslərin yanında olan 2 nəfər hərbi qulluqçu idarə etdikləri “VAZ 21011” markalı, **-CE-*** nömrə nişanlı avtomobili qoyaraq qaçmışdır. B.Qurbanov, Y.Qənbərov və Şəxs idarə etdikləri “Fort” markalı, **-CC-*** nömrə nişanlı yük qazelində 10 ədəd iribuynuzlu heyvanlar (4 ədəd inək, 6 ədəd buzov), “Toyota Pikap” markalı 02- BE-020 nömrə nişanlı avtomobil və “Fort Transit” markalı **-XC-*** nömrə nişanlı avtomobildə 1 ədəd elektron tərəzi, 1 ədəd Qazan dəsti, 2 ədəd Generator, 300 litr spirtli içki (araq və konyak), 1 ədəd qaz balonu, 1 ədəd pirimus, 1 ədəd paltaryuyan, 1 qutu bıçaq-çəngəl dəsti, 1 ədəd naçnik, 12 qutu boşqab, 30 metr kabel, 1 ədəd elektron manqal, 1 ədəd kabel kəsən qayçı, 1 ədəd gidromator, 2 ədəd tozsoran, 1 ədəd nağara, 2 ədəd kompyuter kalonkası aşkar edilmişdir. Həmin 10 baş iri buynuzlu malları hərbiçilərin satmaları müəyyən edilmişdir. Hərbiçilər özləri qaçsalarda idarə etdikləri avtomobil rayon polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan 19 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X12, Şəxs və X3, X13, X10 və X4 barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, X12, Şəxs və X1 barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul olunmuş qərarın surəti Xocavənd Rayon Polis X2 Bölməsinə göndərilmiş, Şəxs idarə etdiyi “Fort Transit yük" markalı, “Bortlu” tipli **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən aşkar edilmiş ümumi sayı 10 baş iribuynuzlu mal-qaranın Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azəraqrar İstehsalat və Emal Birliyi MMC-in Qarabağ Şərqi-Zəngəzur İdarəsinə təhvil verilməsi nəzərə alınmış, X8 idarə etdiyi “X19" markalı, Pikab tipli, **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən aşkar edilmiş 1 ədəd elektron tərəzi, 1 ədəd qazan dəsti, 2 ədəd generator, 1 ədəd qaz balonu, 1 ədəd pirimus, 1 ədəd paltaryuyan, 1 qutu bıçaq-çəngəl dəsti, 1 ədəd elektirik çırağı, 12 qutu boşqab, 30 metr kabel, 1 edəd elektron manqal, 1 edəd kabel kəsən qayçı, 1 ədəd gidromator, 2 ədəd tozsoran, 1 edəd nağara, 2 edəd kompüter kalonkası saxlanılması üçün RPŞ-nin inzibati binasının saxlanc otağına təhvil verilməsi nəzərə alınmış, həmçinin həmin avtomobildən aşkar edilmiş 300 litr istifadəyə yararsız mənşəyi bilinməyən içkilərin araşdırma bitdikdən sonra məhv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati həbs növündə cəza tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 106, 110, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 25 oktyabr 2023-cü il tarixdən, saat 16:30-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Əhmədov X5 RPŞ-nin X9 saxlanılsın. Qərarın icrası Beyləqan RPŞ-nə və Xocavənd RPŞ-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar