Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 3(069)-48/2023 01.11.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Xocavənd Rayon Polis X2 Bölməsinin polis sahə rəisi polis leytenantı X3 iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Lerik rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də birqadir işləyən, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə, Xocavənd rayonu, Böyük Tağlar kəndində yerləşən stasionar postda Şəxs idarə etdiyi avtomobilə baxış keçirilən zaman yük yerində bir ədəd 1970-ci ildə GEDR istehsalı olan, 12 kalibirli, 348 SP modelli, 15 DR-1, lülə, bala qundaq və böyük qundaq 2922 nömrəli, çaxmaqsız hamar, qoşa lüləli, odlu yivsiz və sənədsiz ov tüfəngi aşkar edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, yuxarda gösdərilən ünvanda yaşayır və Şuşa şəhərində qaz idarəsi üçün inzibati bina tikintisi ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə Şuşa şəhərindən qayıdarkən, Xocalı rayonu ərazisində yerləşən kəndlərdən birinə maraq üçün düşmüş və sahibsiz evlərin birinin içərisinə girmişdir. Həmin evin içərisində divardan asılmış vəziyyətdə olan bir ədəd ov tüfəngi görmüş və xoşu gəldiyi üçün həmin tüfəngi götürmüşdür. Bundan sonra otaqları gəzməyə başlamış, otaqlarda olan 1 ədəd qazan və 1 ədəd yorğanıda işdə istifadə üçün götürmüşdür. Həmin əşyaları etibarnamə ilə idarə etdiyi “Mersedes S-320” markalı **-ZY-*** nömrə nişanlı avtomobilin içərisinə qoymuşdur. Bundan sonra şirkətin yerləşdiyi Füzuli rayonu istiqamətində hərəkət etməyə başlamış, təxminən 30 km getdikdən sonra Xocavənd rayonu, Böyük Tağlar kəndi ərazisində yerləşən polis postunda polis əməkdaşları idarə etdiyi avtomaşını saxlayaraq, baxış keçirən zaman Xocalı rayonu, ərazisində olan adını bilmədiyi kəndlərdən birində sahibsiz evdən götürdüyü əşyaları aşkar edilmişdir. Bundan sonra onu Xocavənd Rayon Polis Şöbəsinə dəvət etmişlər. Qeyd etdiklərini nəzərə alıb, barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Xocavənd Rayon Polis X2 Bölməsinin polis sahə rəisi polis leytenantı X6 inzibati xəta haqqında protokolu müdafiə edib izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, Xocavənd rayonu, Böyük Tağlar kəndində yerləşən stasionar postda Şəxs idarə etdiyi avtomobilə baxış keçirilən zaman yük yerində bir ədəd 1970-ci ildə GEDR istehsalı olan, 12 kalibirli, 348 SP modelli, 15 DR-1, lülə, bala qundaq və böyük qundaq 2922 nömrəli, çaxmaqsız hamar, qoşa lüləli, odlu yivsiz və sənədsiz ov tüfəngi aşkar edilmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdiklərini nəzərə alıb, barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Xocavənd Rayon Polis Şöbəsinin Xocavənd RPŞ-nin PPXT-nın polis nəfəri, polis serjantı, X5 xx.xx.2023-cü tarixli raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Böyük Tağlar kəndi ərazisində yaradılmış, stasionar polis postunda xidmətdə olan zaman işğaldan azad edilmiş ərazilərə daxil olmaq üçün elektron icazə portalı olan Lerik rayon sakini Şəxs idarə etdiyi “Mersedes S 320” markalı **-ZY-*** dovlət qeydiyat nömrə nişanlı avtomobil saxlanılmış, baxış keçirilən zaman bir ədəd 1970-ci ildə GEDR istehsalı olan, 12 kalibirli, 348 SP modelli, 15 DR-1, lülə, bala qundaq və böyük qundaq 2922 nömrəli, çaxmaqsız hamar, qoşa lüləli, odlu yivsiz və sənədsiz ov tüfəngi, bir ədəd qazan və bir ədəd yorğan aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Xocavənd RPŞ-nin NH-nin məsul növbətçi əvəzi X3, Xocavənd RPŞ-nin NH-nin növbətçi köməkçisi əvəzi X1 və “ALP 2010” şirkətində briqadir vəzifəsində işləyən Şəxs iştirakı ilə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Şəxs idarə etdiyi “Mersedes S 320” markalı **-ZY-*** dovlət qeydiyat nömrə nişanlı avtomobildə aşkar edilmiş bir ədəd 1970-ci ildə GEDR istehsalı olan, 12 kalibirli, 348 SP modelli, 15 DR-1, lülə, bala qundaq və böyük qundaq 2922 nömrəli, çaxmaqsız hamar, qoşa lüləli, odlu yivsiz və sənədsiz ov tüfəngi, bir ədəd qazan və bir ədəd yorğan Xocavənd Rayon Polis Şöbəsi tərəfindən təhvil götürülərək saxlanc yerində saxlanılmışdır. Beləliklə də, Şəxs ov silahını müvafiq icazə sənədləri olmadan saxlaması və daşıması onun özünün etirafı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmaqla, Şəxs xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə təyin edilməli, aşkar edilmiş ov tüfəngi müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, bir ədəd 1970-ci ildə GEDR istehsalı olan, 12 kalibirli, 348 SP modelli, 15 DR-1, lülə, bala qundaq və böyük qundaq 2922 nömrəli, çaxmaqsız hamar, qoşa lüləli, odlu yivsiz və sənədsiz ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №3(069)-48/2023
Xocavənd Rayon Məhkəməsi Qərar — İş №3(069)-48/2023
01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver