Məhkəmə qərarları › İş №3(069)-5/2024

Xocavənd Rayon Məhkəməsi Qərar — İş №3(069)-5/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 3(069)-5/2024 06.02.2024 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, Xocavənd Rayon Polis X2 Bölməsinin polis sahə rəisi polis mayoru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Xocavənd rayonu, Tuğ kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xocavənd rayonu, Tuğ kəndində qeydiyyatda olmaqla, Xocavənd rayonu 500 ailəlik qəsəbə, ev 45-də yaşayan. Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:15 radələrində qanunsuz olaraq 40 manat pul qarşılığında narkotik vasitə əldə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, 2008-ci ildən ailə üzvləri ilə birgə Xocavənd rayonu 500 ailəlik qəsəbədə məskunlaşmış, 2017-ci ildən hərbi xidmətdən geri qayıtdıqdan sonra Bakı şəhərinə gedib orada bərbərlik fəaliyyəti ilə məşğul olmuşdur. 2019cu ildən Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində özünə məxsus olan bərbərxana açmış və orada fəaliyyətə başlamışdır. Qəsəbə ərazisində işlədiyindən bir çox şəxsi tanıyır və münasibəti var. 07 avqust 2023-cü il tarixdə, saat 21 radələrində işdən çıxıb evinə gedərkən yolun kənarında əyləşən əvvəldən tanıdığı Rəşad adlı şəxs onu, da öz oturduqları stola dəvət etmiş və onlarla birgə yemək yeməsini xahiş etmişdir. O, da onun xahişini nəzərə alaraq, onlarla birgə oturmuşdur. Həmin vaxt masada Rəşad, Ömər və Cavidan var idi. Onlar orada Ömərin yaşadığı evin yaxınlığında əyləşdiklərindən Ömər evlərindən müəyyən su və yeməklər gətirmişdir. Onlar çörək yeyən zaman Rəşada Mütalib adlı şəxs zəng edərək, ondan istifadə üçün narkotik vasitə istəmiş, Rəşad Mütalibə olmadığını və tapa bilmədiyini demişdir. Daha sonra masada oturanlara, yəni ona və Cavidana əlaqələrinin olubolmadadığını, narkotik vasitə tapa biləcəklərini soruşmuş, o, ilk olaraq tapa bilməyəcəyini demiş və Rəşad israr etdikdən sonra əvvəllər istifadə etdiyindən tanışı Ramil adlı şəxsə istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə zəng edərək, nəşə adı ilə tanıdığı narkotik vasitə olub-olmadığını soruşmuş və Ramil olduğunu demişdir. Bundan sonra Rəşad kimin üzərində kart olduğunu soruşduqda Cavidan üzərində kart olmasını bildirmiş, Rəşad kartı Cavidandan götürdükdən sonra telefonla zəng edərək, kartın nömrəsini demiş, sonra onlar Öməri evlərindən çağıraraq Cavidanla onu bankomata aparmasını demiş və Ömər onlarla razılaşıb Naz-lıfan markalı avtomobili ilə onları Xocavənd rayonu ərazisində yerləşən bankomata aparmışdır. Bundan sonra Cavidan avtomobildən düşərək bankomatdan pulu çıxardıb avtomobilə əyləşmiş, yolda olarkən Cavidan qəsəbə ərazisində yerləşən Murad adlı şəxsin mağazasına düşərək, oradan siqaret və qarpız almışdır. Bundan sonra üçü birlikdə 08 avqust 2023-cü il tarixdə, saat 00:00 radələrində Ramil adlı şəxsin Xocavənd rayonu 320 ailəlik qəsəbədə yaşadığı evin məhləsinin baş hissəsində Ömərdən avtomobili saxlamasını xahiş etmiş və Cavidan ona 2 ədəd 20 manatlıq olmaqla, ümumilikdə 40 manat vermişdir. O, avtomobildən düşərək təxminən 15-20 metr getdikdən sonra məhəllədə Ramillə görüşüb ondan bir ədəd sellofan bağlamda olan nəşə adı ilə tanıdığı narkotik vasitəni almışdır. Ramildən aldıqdan sonra Ömərin avtomobilinə minmiş və onlarla birgə Rəşadla əyləşdikləri yerə getmişlər və o, aldığı narkotik vasitəni Rəşada təqdim etmişdir. Bundan sonra o, onlarla sağollaşıb oradan ayrılmışdır. Əməlini səmimi etiraf edir, əməlindən peşmandır, bir daha belə hərəktələrə yol verməyəcəkdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Xocavənd Rayon Polis X2 Bölməsinin polis sahə rəisi polis mayoru X5 inzibati xəta haqqında protokolu müdafiə edib izahatında göstərmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:15 radələrində qanunsuz olaraq 40 manat pul qarşılığında narkotik vasitə əldə etmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, Şəxs ilk dəfə inzibati xəta törətməsini, yeni ailə həyatı qurmasını nəzərə alıb, barəsində tərtib olunmuş protokola baxılaraq, ona inzibati qaydada cərimə verilməsini xahiş etmişdir. Belə ki, inzibati xəta haqqında işə əlavə edilmiş, Xocavənd RPŞ-nin istintaq qrupunun baş müstəntiqi polis baş leytenantı Xəyyam Vəliyevin 13 oktyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərarından görünür ki, X6, X8, X4 və Şəxs barəsində Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Şəxs, X8 və X1 barəsində Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, X6 və Şəxs barəsində Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati icraat başlanması üçün material ayrılıb Xocavənd RPŞ-nin İTB-cə göndərilmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, ilk dəfə olaraq inzibati xəta əməli törətməsini nəzərə alıb, ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati cərimə tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə adından QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar