Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 3(069)-50/2023 14.11.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Xocavənd Rayon Polis X1 Bölməsinin polis sahə rəisi polis mayoru X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Gəncə şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işsiz, deməsinə görə məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan. Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Xocavənd rayonu, Böyük Tağlar kəndində polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, təxminən 2 ildən artıqdır ki, “Kolin” şirkətində sürücü işləyir. 29 oktyabr 2023-cü il tarixdə, saat 17:00 radələrində Xocalı rayonunun ərazisində olan adını bilmədiyi bir kəndə getmiş və bir baş quzu tapıb gətirib işdə yemək üçün kəsmək istəmişdir. Həmin vaxt yaşayış olmayan evlərin birinin həyətində “Mitsubishi Pajero” markalı minik avtomobili görmüş və həmin avtomobilə yaxınlaşarkən, açarların avtomobilin üzərində olduğunu görmüşdür. O, avtomobili işə salmaq istəmiş, lakin avtomobilin yanacağı olmadığı üçün avtomobil işə düşməmişdir. O, iş yerinə qayıdaraq 10 litr yanacaq götürüb gətirib avtomobilin yanacaq çəninə tökmüş və avtomobili işə salaraq həmin kəndin meşəlik ərazisinə sürərək, orada gizlətmişdir ki, sonra gəlib aparsın. 30 oktyabr 2023-cü il tarixdə şirkətdə arendada olan qohumuna məxsus “Ford” markalı avtomobilin üzərində olan **-MF-*** dövlət qeydiyyat nömrə nişanını açaraq meşədə gizlətdiyi “Mitsubishi Pajero” markalı minik avtomobilinin üzərinə bağlamışdır ki, polislər şübhələnməsin və maşını postdan keçirib yaşadığı Gəncə şəhərinə apara bilsin. O, avtomobili gizlətdiyi yerdən çıxardaraq yola düşmüş və Xocavənd rayonunun, Böyük Tağlar kəndinin ərazisində yerləşən polis postunda polislər onu saxladaraq, baxış keçirən zaman avtomobilin ona məxsus olmadığı müəyyən olunmuşdur. O, polis əməkdaşlarına öz narazılığını və etirazını bildirərək onu buraxmaqlarını bildirmiş, bir neçə dəqiqə söhbət etdikdən sonra polis əməkdaşları onu RPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq, RPŞ-nə getməkdən imtina etmişdir. Hazırda əməlindən peşimandır. Ona görə də, qeyd etdiklərini nəzərə alıb, ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında Xocavənd Rayon Polis X1 Bölməsinin polis sahə rəisi polis mayoru X3 inzibati xəta haqqında protokolu müdafiə edib izahatında göstərmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Xocavənd rayonu, Böyük Tağlar kəndində polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib, barəsində inzibati qaydada həbs verilməsini xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Xocavənd rayonu, Böyük Tağlar kəndində polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Protokola əlavə edilmiş Xocavənd RPŞ-nin TQ-nun təhqiqatçısı, polis mayoru Şamil Əliyevin raportundan görünür ki, Xocavənd RPŞ-nin PPXT-nin polis nəfəri, polis serjantı Ömər Quliyev xx.xx.2023-cü il tarixdə raportla məruzə edərək bildirmişdir ki, Xocavənd rayonu, Böyük Tağlar kəndininin ərazisində yerləşən stasionar polis postunda xitmətdə olarkən “Mitsubishi Pajero” markalı **-FM-*** dövlət nömrə nişanlı avtomobilə saxlama əmri verilsə də, sürücü Şəxs avtomobili saxlamamış və polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Odur ki, Şəxs barəsində qanunla müəyyən edilmiş qaydada tədbir görülməsi üçün aidiyyatı üzrə göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati həbs növündə cəza tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 106, 110, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 14 noyabr 2023-cü il tarixdən, saat 15:40-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Salahov X4 RPŞ-nin X5 saxlanılsın. Qərarın icrası Beyləqan RPŞ-nə və Xocavənd RPŞ-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №3(069)-50/2023
Xocavənd Rayon Məhkəməsi Qərar — İş №3(069)-50/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver