Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan şəhəri İş № 3(069)-50/2025 23.06.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Xocavənd Rayon Məhkəməsinin hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi ilə, "xxxx" MMC-nin direktoru X2 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən tərtib edilmiş 26 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə X2 şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: "xxxx" MMC-nin direktoru X6 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Qarabağ Regional Şöbəsinin 26 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayət məhkəməyə daxil olmuşdur. "xxxx" MMC-nin direktoru X6 şikayəti onunla əsaslandırmışdır ki, direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti işğaldan azad olunmuş ərazilərdə yol tikinti işləri ilə məşğuldur. Şirkətin işçisi X1 istifadəsində olan texnika xx.xx.2025-ci il tarixdə Füzuli-Şuşa yolunun 56-cı kilometrində minaya düşmüşdür. Sözügedən şəxs 2024-cü ilin oktyabr ayından etibarən aktiv əmək müqaviləsi əsasında hüquqi şəxsin Füzuli-Şuşa yolu layihəsində buldozer-operator vəzifəsində çalışmış, işə qəbul olunarkən əməyin mühafizəsi qaydaları ilə tanış edilmiş və xüsusi mühafizə vasitələri ilə təmin olunmuşdur. X3 xx.xx.2025-ci il tarixdə səhər saatlarında iş icraçısı X4 göstərişi ilə şirkətə məxsus buldozerlə yerin hamarlanması işini həyata keçirərkən tank əleyhinə minaya düşmüş, hadisə baş verərkən vaxtında texnikanı tərk etdiyindən heç bir xəsarət almamışdır. Ərazidə “ANAMA” nın heç bir xəbərdarlıq plakatı olmamışdır. Həmin gün “ANAMA” əməkdaşlarının köməkliyi ilə hadisə yerindən çıxmış, xəstəxanaya aparılmış, lakin sağlamlığına heç bir ziyan dəymədiyi müəyyən edilmişdir. X3 hal-hazırda başqa texnika ilə şirkətdə vəzifəsinə davam edir. Buna baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Qarabağ Reginal Şöbəsinin 26 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə hüquqi şəxsin direktoru olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinmiş və onun barəsində 1.000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Ona görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Qarabağ Regional Şöbəsinin 26 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə elektron sistemindən edilmiş çıxarışdan görünür ki, "xxxx" MMCnin icraçı direktoru X6 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə, hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul olunur. Göründüyü kimi "xxxx" MMC-nin icraçı direktoru X6 ünvan 2 ünvanında qeydiyyatda olmasına baxmayaraq, səhvən şikayət baxılması üçün Xocavənd Rayon Məhkəməsinə göndərilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə əsasən, yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.4-cü maddəsinə əsasən, şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Hesab edirəm ki, "xxxx" MMC-nin icraçı direktoru X6 ünvan 2 ünvanında qeydiyyatda olduğundan, "xxxx" MMC-nin direktoru X2 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən tərtib edilmiş 26 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə X2 şikayəti baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 129-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: "xxxx" MMC-nin direktoru X2 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən tərtib edilmiş 26 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə X2 şikayəti baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №3(069)-50/2025
Xocavənd Rayon Məhkəməsi Qərardad — İş №3(069)-50/2025
23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver