Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 3(069)-52/2023 15.11.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Xocavənd Rayon Polis X2 Bölməsinin polis sahə rəisi polis mayoru X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Beyləqan rayonu, Əhmədli kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, deməsinə görə məhkum olunmamış, Beyləqan rayonu, Əhmədli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan. Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Xocavənd rayonu, Böyük Tağlar kəndində polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə sinif yoldaşı Nurlanla birlikdə ona məxsus “VAZ 2107” markalı **- BO-*** dövlət nömrə nişanlı avtomobili ilə Beyləqan rayonu, Əhmədli kəndindən çıxaraq iş axtarmaq məqsədi ilə Şuşa şəhərinə yola düşmüşlər. İşğaldan azad edilmiş Xocavənd rayonu, Böyük Tağlar kəndi ərazisində yerləşən polis postunda saxlanılmışlar. Onlar yoxlanılarkən elektron icazə portalları olmadığı aşkar olunmuşdur. O, polis əməkdaşlarına öz narazılığını və etirazını bildirərək onu buraxmaqlarını bildirmiş, bir neçə dəqiqə söhbət etdikdən sonra polis əməkdaşları onu RPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq, RPŞ-nə getməkdən imtina etmişdir. Hazırda əməlindən peşimandır. Ona görə də, qeyd etdiklərini nəzərə alıb, ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında Xocavənd Rayon Polis X2 Bölməsinin polis sahə rəisi polis mayoru X5 inzibati xəta haqqında protokolu müdafiə edib izahatında göstərmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Xocavənd rayonu, Böyük Tağlar kəndində polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib, barəsində inzibati qaydada həbs verilməsini xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Xocavənd rayonu, Böyük Tağlar kəndində polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokola əlavə edilmiş Xocavənd RPŞ-nin PPXT-nin polis nəfəri Polis serjantı Taleh Vəlizadənin raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Böyük Tağlar kəndi ərazisində yaradılmış stasionar polis postunda PPXT-nın polis nəfəri, polis serjantı Pərvin Novruzovla xidmətdə olan zaman xx.xx.1998-ci ildə Beyləqan rayonu, Əhmədli kəndində anadan olmaqla, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, işsiz, Şəxs idarə etdiyi “VAZ” 2107 markalı **-BO-*** nömrə nişanlı avtomobil saxlanılmış, nəzarət qaydasında yoxlanılarkən xx.xx.1997-ci ildə Beyləqan rayonu, Əhmədli kəndində anadan olmaqla, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan X1 olması və hər iki vətəndaşın işğaldan azad edilmiş ərazilərə daxil olmaq üçün elektron icazə portallarının olmadığı müəyyən edilmiş, Şəxs Füzuli rayonu, Alxanlı kəndi ərazisində yerləşən stasionar polis postundan etibarsız hərbi vəsiqə göstərərək əraziyə daxil olduqları və Şuşa şəhərinə guya iş axtarmağa getmələri məlum olmuşdur. Odur ki, tərtib olunmuş raportun araşdırılması üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati həbs növündə cəza tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 106, 110, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 15 noyabr 2023-cü il tarixdən, saat 16:40-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Əliyev X6 RPŞ-nin X7 saxlanılsın. Qərarın icrası Beyləqan RPŞ-nə və Xocavənd RPŞ-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №3(069)-52/2023
Xocavənd Rayon Məhkəməsi Qərar — İş №3(069)-52/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver