Məhkəmə qərarları › İş №3(069)-55/2023

Xocavənd Rayon Məhkəməsi Qərar — İş №3(069)-55/2023

20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 3(069)-55/2023 20.11.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Xocavənd Rayon Polis X1 Bölməsinin polis sahə rəisi polis mayoru X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Beyləqan rayonu, Yuxarı Aran kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işsiz, Füzuli rayonu, Alxanlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan. Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində Xocavənd rayonu, Çartar kəndi ərazisində polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, Füzuli rayonunun Alxanlı kəndində yaşayır. Bir neçə gün bundan əvvəl N saylı hərbi hissənin hərbiçisi kimi tanıdığı X10 ona zəng edərək, işğaldan azad olunmuş ərazilərə keçərək, qənimət gətirməyə getmək istədiyini bildirmiş və oda razılaşmışdır. xx.xx.2023-cü il tarixdə tanışı Füzuli rayonu Horadiz şəhər sakini X5 ilə birlikdə işğaldan azad olunmuş ərazilərə icazələri olduğu üçün öz şəxsi avtomobilləri ilə Füzuli rayonu, Alxanlı kəndində olan polis postundan keçərək işğaldan azad olunmuş ərazilərə daxil olaraq Xocavənd rayonu, Çartar kəndinə getmişdir. Orada biraz gəzdikdən sonra 4 ədəd boşqab dəsti, 1 ədəd akkumuliyator, 1 ədəd tikiş maşını, 1 ədəd mikser, 16 ədəd qab-qacaq dəsti və 1 ədəd su qızdırıcı termosu “VAZ 2106” markalı **-DN-*** dövlət nömrə nişanlı avtomobilinə yığmışdır. Onunla birlikdə gedən Qalib Baxşaliyev isə “QAZ 3110” markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobilinə müxtəliv məişət avadanlıqları və təxmini çəkisi 45 kq mis, alminium metalı yığmışdır. Onlar həmin ərazidən uzaqlaşmaq istəyərkən, polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edib işğaldan azad olunmuş ərazilərdən hər hansı bir əşyaların çıxarılmasını qanunsuz olduğunu nəzərinə çatdırmış və RPŞ-nə dəvət etmişlər. Onlar RPŞ-nə getməkdən imtina edərək, polis əməkdaşlarına öz narazılığını və etirazını bildirərək onu buraxmaqlarını bildirmiş, lakin polis əməkdaşları onu RPŞ-yə aparmışlar. Hazırda əməlindən peşimandır. Ona görə də, qeyd etdiklərini nəzərə alıb, ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında Xocavənd Rayon Polis X1 Bölməsinin polis sahə rəisi polis mayoru X8 inzibati xəta haqqında protokolu müdafiə edib izahatında göstərmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində Xocavənd rayonu, Çartar kəndi ərazisində polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib, barəsində inzibati qaydada həbs verilməsini xahiş etmişdir. Belə ki, protokola əlavə edilmiş Xocavənd RPŞ-nin CAQ-nun əməliyyat müvəkkili polis leytenantı İsmayıl Şirinovun raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində KTQ-nin baş inspektoru kiriminalist polis kiçik leytenantı Səfyarlı Sultanov ilə birlikdə Xocavənd rayonunun işğaldan yeni azad edilmiş Çartar kəndində xidmətdə olarkən, Şəxs idarə etdiyi “VAZ 2106” markalı **-DN-*** dövlət nömrə nişanlı minik avtomaşını və X2 idarə etdiyi “QAZ 3110” markalı **-BD-*** dövlət nömrə nişanlı minik avtomaşının saxlayarkən, həmin avtomaşında hərbiçi X6 vardır. Maşına baxış keçirərkən məlum olmuşdur ki, sürücülərin Xocavənd rayonuna daxil olmaları üçün elektron portal icazələri yoxdur və maşınlarında müxtəlif adlarda əşyalar, mis və aliminum aşkar edildiyindən onlar barəsində tədbir görülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZA № 019357 saylı inzibati qaydada tutma haqqında protokoldan göünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:00da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan göünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində Xocavənd rayonu, Çartar kəndi ərazisində polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İş materiallarına əlavə edilmiş Xocavənd Rayon Polis Şöbəsinin XÜ rəis müavini polis polkovnik leytetantı X11, Xocavənd Rayon Polis şöbədinin NH-nin məsul növbətçisi polkovnik leytenantı X13, növbətçi köməkçisi X7, Füzuli rayon Horadiz şəhər sakini X3, Füzuli rayonu, Alxanlı kənd sakini Şəxs iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Q.H.Baxşəliyevin idarə etdiyi “QAZ 3110” markalı **-BD-*** dövlət nömrə nişanlı minik avtomaşınından 2 ədəd böyük maşın radiatoru, 25 kq mis, 1 ədəd mis qazan, 1 ədəd somavar, 20 kq aliminium, 50 metr kabel, Şəxs idarə etdiyi “VAZ 2106” markalı **-DN-*** dövlət nömrə nişanlı minik avtomaşınından 4 ədəd boşqab dəsti, 1 ədəd akumulyator, 1 ədəd tikiş maşını, 1 ədəd qaynaq aparatı, 1 ədəd mator karobka ilə birlikdə, 1 ədəd mikser, 16 ədəd qab-qacaq dəsti, 1 ədəd su qızdırıcı termoz götürülərək RPŞ-də saxlanılmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati həbs növündə cəza tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 106, 110, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 18 noyabr 2023-cü il tarixdən, saat 22:00-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Yarıyev X9 RPŞ-nin X12 saxlanılsın. Qərarın icrası Beyləqan RPŞ-nə və Xocavənd RPŞ-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar