Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 3(069)-55/2024 05.11.2024 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, “X12 Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində dəmirçisi X1 xx.xx.2024-cü il tarixdə xəsarət almasında əməyin mühafizəsi üzrə standartların normalarını və qaydalarını SƏTƏM üzrə mütəxəssis Şəxs tərəfindən əməl olunmaması nəticəsində dəmirçi X5 az ağır xəsarət almasına səbəb olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, “X12 Sanayi ve Ticarət Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyində SƏTƏM üzrə mütəxəssis vəzifəsində işləyir. X11 Xidmətinin İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tələblərinin tərəfindən pozulması ilə bağlı tərtib etdiyi inzibati xəta haqqında protokola etiraz edir və özünü təqsirli bilmir. Belə ki, şirkət əməkdaşı X2 xəsarət almasında onun heç bir təqsiri yoxdur. İşçi tam fəaliyyət qabiliyyətlidir, yetkinlik yaşına çatmış və işçinin xəsarəti yalnız özünün ehtiyatsızlığı ilə bağlıdır. O, qanunla öz üzərinə düşən bütün öhdəliklərini icra etmişdir. Həmçinin işçinin xəsarət alması ilə bağlı olaraq Xocavənd rayon prokurorluğu tərəfindən müfəssəl araşdırılma aparılmış və zəruri ekspertiza təyin edilmişdir. Hadisənin araşdırılması ilə bağlı olaraq Xocavənd rayon prokurorluğu tərəfindən xx.xx.2024-cü il tarixdə “cinayət işi başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilmişdir. Həmin qərarda istinad edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 10/6598 nömrəli ekspert rəyi ilə hadisənin təqsirkarı işçi X3 olması müəyyən olunmuşdur. Həmçinin qərarda baş vermiş hadisədə hər hansı şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 198-ci və digər maddələrinin tərkib əlamətlərinin olmaması qeyd edilmişdir. Göründüyü kimi baş vermiş hadisə ilə bağlı onun barəsində DƏMX tərəfindən inzibati xəta haqqında protokol tərtib edilməsi əsassız və qanunsuzdur. Ona görə də, X2 xəsarət alması ilə bağlı olaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərarı tərtib edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi işə baxılmasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan inzibati materiala baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertiza və X6” X13 Ağcabədi rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 505 nömrəli canlı şəxsin ekspertizası rəyinin surətindən görünür ki, 1992-ci il təvəllüdlü X4 bədənində olan xəsarət - sağ gözünün travmasından sonra sağ gözdə görmə itiliyinin 0.2 olması - küt əşyanın (əşyaların) təsirindən törətmişdir, qərarın təsviri hissəsində göstərilən qaydada əmələ gələ bilrdi, yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birindən az hissəsinin (20%) dayanaqlı (daimi) itirilməsi ilə nəticələnmiş və bu əlamətə görə sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respubliaksı İXM-nin 198.3-cü maddəsinə əsasən, bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İnzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, Şəxs İXM-nin 198.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, barəsində cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 30, 31.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu və 198.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinsin və inzibati tənbeh olaraq 1.500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №3(069)-55/2024
Xocavənd Rayon Məhkəməsi Qərar — İş №3(069)-55/2024
05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver