Məhkəmə qərarları › İş №3(069)-57/2023

Xocavənd Rayon Məhkəməsi Qərar — İş №3(069)-57/2023

21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 3(069)-57/2023 21.11.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X7, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, , xx.xx.1992-ci ildə Beyləqan rayonu, Haramı ərazisində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, deməsinə görə məhkum olunmamış, Xocavənd rayonu, Salakətin kəndində qeydiyyatda olmaqla, Xocavənd rayonu 500 ailəlik qəsəbə ev 134-də yaşayan. Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Beyləqan rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Beyləqan rayon İcra və Probasiya Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs Xocavənd Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(069)-62/2012 saylı icra vərəqəsi üzrə olan 1.000 manat aliment borcunu ödəməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(069)-62/2012 saylı icra sənədinə əsasən, bir uşağının saxlanılması üçün ondan hər ay 87 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulmuşdur. O, aliment pulunu hər ay mütəmadi olaraq əlilliyinə görə aldığı pensiyadan 110 manat tələbkarın hesabına ödəmişdir. Lakin 2022-ci ilin mart ayından ona ayrılan pensiya dayandığı üçün 1.540 manat borc yaranmışdır. Bundan isə xəbəri olmamış və tələbkar bunu ona bildirməmişdir. xx.xx.2023-cü ildə o, borcundan 540 manat təlbkarın hesabına ödəmişdir. Hal hazırda heç bir yerdə işləmədiyi üçün alimentlə bağlı yaranmış borcunu tələbkarın hesabına tam şəkildə ödəyə bilmir. Alimentin ödənilməsi üçün icra məmuru tərəfindən ona zəng olunmuş və alimentin tələbkarın hesabına ödənilməsi ona bildirilmişdir. Daha sonra icra məmuru ona təkrarən zəng edərək, icra şöbəsinə gəlməyini bildirmişdir. İcra məmurunun xəbərdarlığını almış, lakin borcunu ödəyə bilməmiş, hazırda 1.000 manat ödənilməmiş borcu yaranmışdır. Ödəniş edə bilməməyinin səbəbi maddi vəziyyəti ilə bağlıdır, borcunu gələcəkdə hissə-hissə ödəyə bilər. Hüquq və vəzifələri icra məmuru tərəfindən ona izah edilmişdir. Ona görə də, qeyd etdiklərini nəzərə alıb, ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında Beyləqan rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X8 inzibati xəta haqqında protokolu müdafiə edib, izahatında göstərmişdir ki, borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və üzərinə qoyulan tələbi yerinə yetirməmişdir. Belə ki, hazırda Şəxs Xocavənd Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(069)-62/2012 saylı icra vərəqəsinə əsasən, 1.000 (bir min) manat aliment borcu yaranmışdır. Lakin borclu heç bir yerdə işləməməsini əsas gətirərək, qərəzli olaraq icra sənədi üzrə ödəniş etməkdən yayınmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, Şəxs barəsində tərtib olunmuş protokola baxılıb ona inzibati qaydada həbs verilməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və Beyləqan rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X7 izahatı, iş materiallarında olan 21 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, protokola əlavə edilmiş Xocavənd rayon İcra Qrupunun 21 noyabr 2023-cü il tarixli, 6608/2012 saylı arayışından müəyyən edilir ki, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(069)-62/2012 saylı icra sənədinə əsasən, Şəxs bir uşağın saxlanılması üçün 87 manat sabit pul məbləğində aliment alınaraq, X4 verilməsi göstərilmişdir. Hazırda Şəxs 1.000 (bir min) manat ödənilməmiş aliment borcu vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən, onun məsuliyyətini yüngülləşdirən halların olmasını müəyyən etmədi. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cəza təyin edərkən, onun icra məmurunun hüquqazidd hərəkəti dayandırmağı tələb etməsinə baxmayaraq, qanuni qüvvəsini almış məhkəmə aktlarının icrasından qəsdən boyun qaçırmasını İXM-nin 33.1.1-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, onun barəsində inzibati həbs növündə cəza tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 106, 110, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 21 noyabr 2023-cü il tarixdən saat 18:20-dən hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Şəxs Beyləqan RPŞ-nin X5 saxlanılsın. Qərarın icrası Beyləqan RPŞ-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar