Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 3(069)-69/2025 21.10.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Xocavənd Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Xocavənd rayonu, Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbində fiziki tərbiyyə müəllimi işləyən, Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, Beyləqan rayonu, 20 yanvar küçəsi bina 16, mənzil 7-də yaşayan Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23 radələrində rayonun Çartar kəndi ərazisində polisin qanuni tələbinə tabesizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə tanışı X2 ilə birlikdə onun idarə etdiyi “Toyota Hilux” markalı, **-QV- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xocavənd rayonunun işğaldan azad edilmiş Çartar kəndi ərazisində Sabir Zalovun əvvəlcədən topladığı 1000 kq dəmir metal, 30 kq aliminum və 2 ədəd avtomobil mühərrikini birlikdə avtomobilə yükləyərək, alternativ torpaq yol ilə işğaldan azad edilmiş ərazidən çıxararkən polis əməkdaşları tərəfindən saxlanılmış, bu zaman onlar polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərərək qaçmışlar. Lakin sonradan saxlanılaraq RPŞ-nə aparılmışlar. Odur ki, barəsində qanuni qərar qəbul edilərək, yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Xocavənd Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X5 inzibati xəta haqqında protokolu müdafiə edib izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23 radələrində rayonun Çartar kəndi ərazisində polisin qanuni tələbinə tabesizlik göstərmişdir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib, qanunvericilikdə nəzərdə tutulan humanizm prinsiplərinə əsaslanaraq, yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Xocavənd rayon RPŞ-nin CAQ-nun əməliyyat müvəkkili polis baş leytenantı İsmayıl Şirinovun raportundan görünür ki, xx.xx.2025-cü il tarixdə, saat 23 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Çartar kəndi ərazisində xidmətdə olan zaman tərəfindən “Toyota Hilux” markalı, **-QV-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış, nəzarət qaydasında avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerindən 1000 kq dəmir metal, 30 kq aliminum və 2 ədəd avtomobil mühərriki aşkar edilmişdir. Bundan sonra avtomobilin sürücüsü X3 və sərnişin qismində olan Şəxs qaçaraq onun qanuni tələbinə tabesizlik göstərmiş, lakin sonradan tərəflərindən saxlanılaraq RPŞ-nə gətirilmişlər. Odur ki, tərtib olunmuş raportu araşdırılması üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23 radələrində rayonun Çartar kəndi ərazisində polisin qanuni tələbinə tabesizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb, ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 106, 110, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №3(069)-69/2025
Xocavənd Rayon Məhkəməsi Qərar — İş №3(069)-69/2025
21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver