Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(070)-105/2025 30.12.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Şikayət vemiş şəxs X2 iştirakı ilə, X5 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/29966695 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/29966695 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işin yenidən araşdırılması üçün aidiyyəti orqana göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “CHANGAN” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. Həmin nəqliyyat vasitəsini qısa müddətli istifadə etməsi üçün mülkiyyətçi tərəfindən ona etibarnamə verilmişdir. O, nəqliyyat vasitəsini bir müddət istifadə etdikdən sonra mülkiyyətçiyə geri qaytarmış, bundan sonra qeyd etdiyi nəqliyyat vasitəsini faktiki olaraq mülkiyyətçisi idarə etməyə başlamışdır. Təxminən 2025-ci ilin iyul ayının sonlarında yol polisi əməkdaşı onun özünə məxsus nəqliyyat vasitəsini saxlayarkən ona bildirmişdir ki, “CHANGAN” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması zamanı törədilmiş yol hərəkəti qayda pozuntularına görə xüsusi texniki vasitənin Baş X10 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumat əsasında barəsində 14 ədəd inzibati tənbeh vermə haqqında elektron qərarlar çıxarılmışdır. O, həmin nəqliyyat vasitəsini idarə etmədiyini bildirərək dərhal elektron qaydada Azərbaycan Respublikası DİN-in Baş X10 İdarəsinə şikayət ünvanlayaraq həmin 14 ədəd inzibati tənbeh vermə haqqında elektron qərarların ona münasibətdə ləğv edilməsini xahiş etmişdir. Şikayətinə uyğun olaraq müvafiq araşdırma aparılmış və idarə tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasının nəticəsinə dair” 16/1-İ-166919, 16/1-İ-166920 nömrəli qərarla onun barəsində çıxarılmış 14 ədəd inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, həmin qərarlar vətəndaş X4 münasibətdə tətbiq edilmişdir. Qeyd etdiyi qərardan verdiyi şikayətlər üzrə araşdırma aparılarkən və həmin qərarlar ona rəsmi qaydada təqdim edilənədək onun özünün mülkiyyətində olan “CHANGAN CS 55 PLUS” minik markalı, **- AX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmişdir. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/29966695 nömrəli protokolu əsasında qəbul edilmiş elektron qərarla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 328.1-ci maddəsilə tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin həmin maddə üzrə 10 manat cərimə edilməli olduğu halda yuxarıda göstərdiyi 14 ədəd X4 münasibətdə tətbiq edilməli olan elektron qərarlar onun adında qaldığı üçün ona İXM-in 332.3-cü maddəsi tətbiq edilərək o, 400 manat cərimə edilmişdir. O, bir şəhid ailəsinin üzvü olaraq hər zaman öz məsuliyyətini dərk edir və avtomobil aldığı ilk gündən yol hərəkəti qaydaları ilə əlaqədar qəbul edilmiş bütün qayda və qanunlara ciddi riayət edir. Özünü və yaxınlarını hər gün yollarda baş verən ağır qəzalardan qorumağa çalışır. Yuxarıda qeyd etdiyi 14 ədəd qərarın ləğvinə nail olsa da, barəsində əsassız olaraq İXM-in 332.3-cü maddəsi üzrə tətbiq edilmiş qərarın həmin Məcəllənin müvafiq maddəsinə keçirilməsinə nail ola bilməmişdir. Bu isə onun hüquqlarını, eyni zamanda inzibati qanunvericiliyin norma və prinsiplərini kobud şəkildə pozan haldır. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayətin dəlillərinə uyğun izahat verərək təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq X5 bildirdi ki, qardaşı X3 törətdiyi inzibati xətaya görə səhvən onun adına tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilmiş və haqlı olaraq inzibati tənbeh X4 tətbiq edilmişdir. Lakin ilk əvvəl səhvən qərarlar onun barəsində qəbul edildiyindən onun sürücülük hüququ məhdudlaşdırılmışdır. Buna səbəb ona səhvən 20 və daha çox bal yazılması olmuşdur. Lakin göründüyü kimi sonradan onun barəsində tətbiq edilmiş inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilsə də, balın müəyyən olunması zamanı bu hal nəzərə alınmamışdır. Nəticədə əsassız olaraq onun sürücülük hüququ məhdudlaşdırılmışdır. Həmçinin sürücülük hüququnun məhdudlaşdırılmasından onun məlumatı olmamışdır. Belə ki, bununla bağlı ona nə məktub, nə də sms xəbərdarlıq gəlmişdir. Şikayətindən sonra sürücülük hüququna qoyulmuş məhdudiyyət aradan qaldırılmış, lakin qərarlar ləğv edilməmişdir. İXM-in 328.1-ci maddəsi ilə ona cərimə tətbiq edilməsini qəbul edir və həmin maddənin sanksiyasının tətbiq edilməsini istəyir. “CHANGAN” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı X3 mülkiyyətindədir. Sonuncu dəfə həmin avtomobili idarə etmək üçün ona etibarnamə verildiyinə görə bütün protokollar və ballar onun adına gəlmişdir. CHANGAN” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobili isə özü idarə edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/29966695 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “CHANGAN CS 55 PLUS” minik markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə, saat 12:58-də Bakı-Ələt-Qazax-Gürcüstan yolunda müəyyən edilmiş hərəkət sürəti 20 km/saat həddində aşılmışdır. X1 İXM-in 328.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasının nəticəsinə dair” xx.xx.2025-ci il tarixli, 16/1-İ-166919, 16/1-İ-166920 nömrəli qərardan görünür ki, “CHANGAN” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 istifadəsində olduğundan vətəndaş X5 barəsində çıxarılmış EQ29203020, EQ29203019, EQ29203016, EQ29203015, EQ29203011, EQ29203008, EQ29203009, EQ29203007, EQ29203006, EQ29203005, EQ29203004, EQ29203002, EQ29203001 və EQ29203000 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilmiş və inzibati tənbehlər X6 barəsində tətbiq edilmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Hüquqi əsaslandırma: İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 6-cı maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir (Qanunçuluq prinsipi); 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 135.1 və 135.1.5-ci maddələrinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - on manat məbləğində cərimə edilir; 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə -dörd yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi hazırki halda X5 barəsində xx.xx.2025-ci il tarixli, EQ/29966695 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə inzibati məsuliyyətin əsaslarını pozmuşdur. Belə ki, ilk növbədə inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Lakin, iş üzrə müəyyən olunduğu kimi X2 hərəkətlərində İXM-in 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyil. Həmçinin, X5 həmin inzibati xətanın subyekti olmamışdır. Bundan başqa inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan tərəfindən İXM-in qanunçuluq prinsipinin tələbləri də pozulmuşdur. Həmin prinsipin məzmununa uyğun olaraq inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilməlidir. Lakin, göründüyü kimi inzibati orqan inzibati tənbehi İXM-in tələblərinə uyğun tətbiq etməmişdir. Belə ki, X5 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/29966695 nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinsə də, onun barəsində həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməmişdir. Belə ki, həmin qərardan göründüyü kimi onun barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin nəzərə alınmalıdır ki, sözügedən maddənin sanksiyasında həmin məbləğdə inzibati cərimə nəzərdə tutulmamışdır. Ümumiyyətlə, xx.xx.2025-ci il tarixli, EQ/29966695 nömrəli inzibati tənbeh vermə haqqında qərarda X2 nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs olaraq nəqliyyat vasitəsini idarə etməsinə görə məsuliyyətə cəlb olunduğuna dair qeyd yoxdur. Beləliklə, X5 barəsində inzibati xətaya görə tənbeh İXM-ə uyğun tətbiq edilməmişdir. Bu halda nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarına əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Məhkəmə qeyd edir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmalı olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/29966695 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İXM-in: 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.5-2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 137.3-cü maddəsinə əsasən bu Məcəllənin 134.1.4-cü və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/29966695 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xocalı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(070)-105/2025
Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(070)-105/2025
30.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver