Məhkəmə qərarları › İş №3(070)-110/2025

Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(070)-110/2025

08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(070)-110/2025 08.01.2026 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 7 saylı X5 nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 262.2.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 7 saylı X3 daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 7 saylı X3 daxil olmuş MN seriyalı, ******* nömrəli, 22 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 22 dekabr 2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Xocalı rayonu, Əsgəran qəsəbəsi ərazisində Şəxs MMC-yə məxsus qum-çınqıl karxanasında formalaşan tullantı sularının təyinatsız olaraq kənara axıdılması müəyyən edilmişdir. Bununla da Şəxs MMC barəsində İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xocalı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 7 saylı X5 nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, 22 dekabr 2025-ci il tarixdə Xocalı rayonu, Əsgəran qəsəbəsi ərazisində Suların İstifadəsinə və X2 Xidmətinin 7 saylı X5 22 dekabr 2025-ci il tarixli, 38 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Su Məcəlləsinin və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə nəzarət tədbirləri keçirilmişdir. Tədbir vaxtı Xocalı rayonu, Əsgəran qəsəbəsi ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus qum-çınqıl karxanasının fəaliyyəti zamanı formalaşan tullantı sularının təyinatsız axıdılması faktına rast gəlinmişdir. Keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-yə məxsus qum-çınqıl karxanasının fəaliyyəti zamanı formalaşan tullantı suları heç bir təmizləmə prosesindən keçmədən birbaşa ətrafa (çölə) axıdılır. Qum-çınqıl karxanasının nümayəndəsi Hakim Cəfərovla əlaqə saxlanılmış və tullantı sularının ətrafa axıdılması faktı ona izah olunmuşdur. Qum-çınqıl karxanasının nümayəndəsi Hakim Cəfərov şifahi olaraq bildirmişdir ki, karxananın fəaliyyəti zamanı formalaşan tullantı suları heç bir təmizləmə prosesindən keçmədən birbaşa ətrafa (çölə) axıdılır. Bununla da Şəxs MMC-yə məxsus qum-çınqıl karxanasının fəaliyyəti zamanı formalaşan tullantı sularının heç bir təmizlənmə prosesindən keçmədən ətrafa (çölə) axıdılması zamanı Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinin və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 7 saylı X5 nümayəndəsi Nümayəndə bildirdi ki, iş materallarına əlavə olunmuş fotoşəkillər hadisə vaxtı, yəni 22 dekabr 2025-ci il tarixdə çəkilmişdir. Həmin vaxt Şəxs MMC-nin nümayəndəsi X6 inzibati xətanı etiraf etmiş və yazılı izahat vermişdir. X1 tərəflərindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 001439 nömrəli aktı da imzalamışdır. İşə baxılmasının yeri və müddəti barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə vaxtında bildirilmiş, lakin, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, həmçinin işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 64.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 7 saylı X5 22 dekabr 2025-ci il tarixli, 38 nömrəli Sərəncamından görünür ki, Xocalı rayonunun inzibati ərazisində 3 (üç) iş günü müddətində nəzarət tədbirlərinin aparılması qərara alınmışdır; Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 7 saylı X5 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 001439 nömrəli aktdan görünür ki, həmin tarixdə Xocalı rayonu, Əsgəran qəsəbəsi ərazisində Suların İstifadəsinə və X2 Xidmətinin 7 saylı X5 22 dekabr 2025-ci il tarixli, 38 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Su Məcəlləsinin və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı Xocalı rayonu, Əsgəran qəsəbəsi ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus qum-çınqıl karxanasının fəaliyyəti zamanı formalaşan tullantı sularının təyinatsız axıdılması faktına rast gəlinmişdir. Keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-yə məxsus qum-çınqıl karxanasının fəaliyyəti zamanı formalaşan tullantı suları heç bir təmizləmə prosesindən keçmədən birbaşa ətrafa (çölə) axıdılır. Qum-çınqıl karxanasının nümayəndəsi Hakim Cəfərovla əlaqə saxlanılmış və tullantı sularının ətrafa axıdılması faktı ona izah olunmuşdur. Qum-çınqıl karxanasının nümayəndəsi Hakim Cəfərov şifahi olaraq bildirmişdir ki, karxananın fəaliyyəti zamanı formalaşan tullantı suları heç bir təmizləmə prosesindən keçmədən birbaşa ətrafa (çölə) axıdılır. Bununla da Şəxs MMC-yə məxsus qum-çınqıl karxanasının fəaliyyəti zamanı formalaşan tullantı sularının heç bir təmizlənmə prosesindən keçmədən ətrafa (çölə) axıdılması zamanı Azərbaycan Respublikası Su Məcəlləsinin 103cü maddəsinin və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Ərazidən çəkilmiş fotoşəkillər akta əlavə olunmuşdur; Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 7 saylı X5 əməkdaşları tərəfindən 22 dekabr 2025-ci il tarixdə keçirilmiş nəzarət tədbirləri zamanı çəkilmiş və xx.xx.2025-ci il tarixli, 001439 nömrəli akta əlavə edilmiş fotoşəkillərdən aydın olur ki, qum-çınqıl karxanasının fəaliyyəti zamanı formalaşan tullantı suları heç bir təmizlənmə prosesindən keçmədən ətrafa (çölə) axıdılır; X4 izahatından görünür ki, o, Xocalı rayonu ərazisində yerləşən Şəxs MMC-yə məxsus qum-çınqıl karxanasında sahə rəisi vəzifəsində işləyir. Həmin karxanada istehsal zamanı əmələ gələn tullantı suları hal-hazırda ətrafa axıdılır. Həmin nöqsanın aradan qaldırılması üçün lazım olan su təmizləyici qurğunun alınmasına görə şirkət tərəfindən sifariş verilmişdir. Hüquqi əsaslandırma: “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən tullantı suları - istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə əsasən su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. İXM-in 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunla içməli, məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması qadağan olunmuş və buna görə məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müəyyən olunduğu kimi qanunun göstərilən tələbi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC tərəfindən pozulmuşdur, yəni Xocalı rayonu, Əsgəran qəsəbəsi ərazisində Şəxs MMC-yə məxsus qum-çınqıl karxanasında fomalaşan tullantı suları təyinatsız olaraq kənara axıdılmışdır. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar