Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(070)-13/2023 01.11.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X7 Çingiz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi, Xocalı Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Ağdam rayonunun, Mollalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Ağdam rayonunun, Quzanlı qəsəbəsində yaşayan. Şəxs barəsində Xocalı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 30 oktyabr 2023-cü il tarixdə idarə etdiyi “Ford Tranzit” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə müxtəlif növdə və sayda olan əşyaları işğaldan azad olunmuş ərazidən qanunsuz çıxarmaq istəmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşıması və ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xocalı Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis kapitanı X4 bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Xocalı rayonun, Əsgəran qəsəbəsinin çıxışında yerləşən 1 nömrəli polis nəzarət buraxılış məntəqəsində xidmət aparakən Şəxs idarə etdiyi “Ford Tranzit” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman yük yerindən müxtəlif növdə və sayda avtomobil ehtiyyat hissələri və məişət əyaları aşkar edilmişdir. Bundan sonra o, raportla Xocalı rayon Polis şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış və həmin şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, o, "xxxx" MMC şirkətində sürücü işləyir və işi ilə əlaqədar olaraq tez-tez işğaldan azad edilmiş ərazilərə getmişdir. 29 oktyabr 2023-cü il tarixdə təxminən bir neçə gün ondan əvvəl tanıdığı Tağı Əsgərov adlı Daxili Qoşunların hərbi qulluqçusu ona mobil telefonla zəng vuraraq işğaldan azad edilmiş ərazilərdə müxtəlif sayda məişət əşyaları və avtomobil ehtiyat hissələri yığdıqlarını bildirib, həmin əşyaları onun avtomobili ilə çıxarmaq istədiklərini bildirmişdir. Onunla qiymət razılaşması aparmış və ona da həmin ehtiyat hissələrindən müəyyən növlərindən verəcəklərini söz vermişdir. Növbəti gün yəni 30 oktyabr 2023-cü il tarixdə saat təxminən 14 radələrində yaşadığı ünvandan işlədiyi şirkətə məxsus “Ford Tiranzit” markalı, **-ED-*** dövlət qeydiyat nişanlı avtomobillə Şuşa rayonun, Malıbəyli kəndinə getmişdir. Həmin kənddə yolun kənarında yerləşən avtodayanacaqda həmin hərbiçilərlə görüşmüşdür. Onlar onun avtomobilinə müxtəlif növdə və sayda məişət əşyaları və maşın ehtiyat hissələri yükləmişlər, razılaşma əsasında o həmin əşyaları yaşadığı evə aparmaq üçün yola düşmüşdür. Polis postuna yaxınlaşdıqda polis əməkdaşları avtomobili saxladılar və yük yerini yoxlayan zaman həmin əşyaları aşkar etdilər və o, RPŞ-nə dəvət edilmişdir. Hazırda səhvini başa düşür, əməlindən peşmandır. Məhkəmə iclasında iştirak edən şahid X3 bildirmişdir ki, işğaldan azad edilmiş ərazilərə daxil olan hər bir vətəndaşa polis əməkdaşları tərəfindən ərazidən heçnə götürməmələri barədə xəbərdarlıq edilirlər. İşdə olan 01 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inizibati xəta törətmişdir. İşdə olan Məhkəmə iclası zamanı müəyyən edildi ki, Şəxs qanunsuz olaraq işğaldan azad olunmuş ərazilərə DİN-nin xüsusi icazəsi olmadan daxil olmuşdur. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsində təqsiri, özünün etirafı və işin digər materialları ilə tam təsdiq edilmişdir. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə 34.3. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Maddə 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində daha ciddi sanksiya nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni 01 noyabr 2023-cü il tarixdən saat 17:35-dən hesab edilsin. Qərarın icrası Xocalı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(070)-13/2023
Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(070)-13/2023
01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver