Məhkəmə qərarları › İş №3(070)-13/2024

Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(070)-13/2024

03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(070)-13/2024 03.04.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Kərimov Namiq Saleh oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xocalı RPŞ-nin İTQ-nin polis sahə rəisi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Laçın rayonunun Çorman kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Laçın rayonunun Çorman kəndində qeydiyyatda olan, Oğuz rayonu, M.Müşfiq küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xocalı rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xocalı RPŞ-nin İTQ-nin polis sahə rəisi X11 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixdə ərazidən çıxarılaraq polis əməkdaşları tərəfindən xəbardarlıq edilməsinə baxmayaraq polisin qanuni tələbinə qəsdən tabe olmayıb müvafiq portal icazəsi olmadan polis postundan kənaralternativ yolla işğaldan azad ediliş əraziyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xocalı RPŞnin İTQ-nin polis sahə rəisi X11 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 09:00 radələrində 2 (iki) nəfər tanımadığı şəxsin Əsgəran qəsəbəsi ərazisində piyada hərəkətdə olduğunu müşahidə etmişdir. Daha sonra həmin şəxslərin xx.xx.1980-ci il təvəllüdlü X8, xx.xx.1979cu il təvəllüdlü Şəxs olduqları və hər iki vətəndaşın Xocalı rayonuna daxil olmaq üçün müvafiq portal icazələrinin olmadığı müəyyən edilmişdir. Bundan sonra həmin şəxslərin Əsgəran qəsəbəsi ərazisində yaşadıqları fərdi yaşayış evinə baxış keçirərkən həmin evdə Tehran İsmayılovun arvadı xx.xx.1984-cü il təvəllüdlü X4 və oğlu xx.xx.2005-ci il təvəllüdlü X5 qanunsuz yaşadıqları müəyyən edilmişdir. Daha sonra həmin şəxslər işğaldan azad edilmiş ərazilərdən çıxarılması üçün məlumatlandırılmışdır. Digər şəxslər ərazini tərk etsələr də Şəxs ərazidə yük avtomobilinin qaldığını bildirmişdir. Avtomobilini götürməsi üçün Şəxs postdan geriyə qaytarılmışdır. Buna baxmayaraq qayıdan zaman Şəxs onlara yalan dediyini bildirmiş, yəni ərazidə avtomobilinin qalmadığını demişdir. Onlar Şəxs xx.xx.2024-cü il tarixdə ərazidən çıxarmışlar. Buna baxmayaraq xx.xx.2024cü il tarixdə Şəxs yenidən postdan kənar yolla işğaldan azad ediliş əraziyə daxil olmuşdur. Bu barədə onlar xx.xx.2024-cü il tarixdə məlumat almışlar. Daha sonra xx.xx.2024-cü il tarixdə Şəxs Əsgəran qəsəbəsində saxlanılmış və o, Polis Şöbəsinə dəvət edilmişdir. Lakin, Şəxs buna etiraz etmiş, “öz ata yurduma qayıtmışam, məndən nə istəyirsiniz” deyərək onların qanuni tələblərinə qəsdən tabe olmamış, yəni ərazini tərk etmək istəməmişdir. Polis Şöbəsinin inzibati binasında olan zaman da Şəxs onların qanuni tələblərinə tabe olmamış, onun barəsində icraat başlayacaqları təqdirdə şikayət edəcəyini demiş, həmçinin onları hədələmişdir. Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, təxminən 3 ay əvvəl Xocalı rayonuna işləmək üçün getmişdir. O, özünə məxsus “Kamaz” markalı, **- BB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Xocalı rayonunda fəaliyyət göstərən "xxxx" MMC-də işləmişdir. xx.xx.2024-cü il tarixdə Xocalı rayonuna daxil olmaq üçün olan müvafiq portal icazəsinin müddəti bitmişdir. xx.xx.2024-cü il tarixdə səhər saat 09:00 radələrində tanışı, onunla birgə Xocalı rayonuna işləməyə gələn Tehran İsmayılovla birgə Əsgəran qəsəbəsində piyada hərəkətdə olarkən polis əməkdaşları onlara yaxınlaşaraq onlardan sənədlərini tələb etmişlər. Yoxlama zamanı portal icazələrinin olmadığı müəyyən edilmiş və onlara ərazidən çıxmaları ilə bağlı xəbərdarlıq edilmişdir. Bundan sonra polis əməkdaşları onu və digər şəxsləri ərazidən çıxartmışdır. Lakin, buna baxmayaraq o, televizorda səhvən portalın ləğv olunduğunu eşitmiş və yenidən həmin əraziyə qayıtmaq istəmişdir. O, xx.xx.2024-cü il tarixdə polis postundan kənar gizli yolla işğaldan zad edilmiş ərazilərə keçmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən Əsgəran rayonu ərazisində saxlanılmışdır. Bu zaman o, etiraz edərək polisin qanuni tələblərinə tabe olmamışdır. Belə ki, polis əməkdaşları onu Polis Şöbəsinə dəvət etdikdə o, buna etiraz edərək öz ata yurduna qayıtdığını bildirmişdir. Hazırda etiyi əməli dərk edir və əməllərindən peşmandır. Belə ki, işğaldan azad edilmiş ərazilərə postdan kənar keçməməli idi. Anası və arvadı xəstədir. Evlidir, 3 uşağı vardır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Portalın ləğv olunduğunu eşitdiyini bildirsə də bununla bağlı verilmiş suala cavab olaraq niyə məhz gizli yolla işğaldan azad edilmiş ərazilərə keçdiyinə aydınlıq gətirə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xocalı RPŞ-nin İTQ-nin polis sahə rəisi X12 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 09:00 radələrində onlar 2 nəfərin Əsgəran qəsəbəsi ərazisində piyada hərəkətdə olduğunu müşahidə etmişdir. Daha sonra həmin şəxslərin xx.xx.1980-ci il təvəllüdlü X8, xx.xx.1979-cu il təvəllüdlü Şəxs olduqları və hər iki vətəndaşın Xocalı rayonuna daxil olmaq üçün müvafiq portal icazələrinin olmadığı müəyyən edilmişdir. Bundan sonra həmin şəxslərin Əsgəran qəsəbəsi ərazisində yaşadıqları fərdi yaşayış evinə baxış keçirərkən həmin evdə Tehran İsmayılovun arvadı xx.xx.1984-cü il təvəllüdlü X4 və oğlu xx.xx.2005-ci il təvəllüdlü X5 qanunsuz yaşadıqları müəyyən edilmişdir. Daha sonra həmin şəxslər işğaldan azad edilmiş ərazilərdən çıxarılması üçün məlumatlandırılmışdır. Digər şəxslər ərazini tərk etsələr də Şəxs ərazidə yük avtomobilinin qaldığını bildirmişdir. Avtomobilini götürməsi üçün Şəxs postdan geriyə qaytarılmışdır. Buna baxmayaraq qayıdan zaman Şəxs onlara yalan dediyini bildirmiş, yəni ərazidə avtomobilinin qalmadığını demişdir. Onlar Şəxs xx.xx.2024-cü il tarixdə ərazidən çıxarmışlar. Buna baxmayaraq xx.xx.2024-cü il tarixdə Şəxs yenidən postdan kənar yolla işğaldan azad ediliş əraziyə daxil olmuşdur. Bu barədə onlar xx.xx.2024-cü il tarixdə məlumat almışlar. Daha sonra xx.xx.2024-cü il tarixdə Şəxs Əsgəran qəsəbəsində saxlanılmış və o, Polis Şöbəsinə dəvət edilmişdir. Lakin, Şəxs buna etiraz etmiş, “öz ata yurduma qayıtmışam, məndən nə istəyirsiniz” deyərək onların qanuni tələblərinə qəsdən tabe olmamış, yəni ərazini tərk etmək istəməmişdir. Polis Şöbəsinin inzibati binasında olan zaman da Şəxs onların qanuni tələblərinə tabe olmamış, onun barəsində icraat başlayacaqları təqdirdə şikayət edəcəyini demiş, həmçinin onları hədələmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xocalı RPŞ-nin XÜ baş inspektoru Arif Əliyev tərəfindən Xocalı RPŞ-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 09:00 radələrində 2 (iki) nəfər tanımadığı şəxsin Əsgəran qəsəbəsi ərazisində piyada hərəkətdə olduğunu müşahidə etmişdir. Daha sonra həmin şəxslərin xx.xx.1980-ci il təvəllüdlü X8, xx.xx.1979-cu il təvəllüdlü Şəxs olduqları və hər iki vətəndaşın Xocalı rayonuna daxil olmaq üçün müvafiq portal icazələrinin olmadığı müəyyən edilmişdir. Bundan sonra həmin şəxslərin Əsgəran qəsəbəsi ərazisində yaşadıqları fərdi yaşayış evinə baxış keçirərkən həmin evdə Tehran İsmayılovun arvadı xx.xx.1984-cü il təvəllüdlü X4 və oğlu xx.xx.2005-ci il təvəllüdlü X5 qanunsuz yaşadıqları müəyyən edilmişdir; Xocalı RPŞ-nin İTQ-nin polis sahə rəisi X12 tərəfindən Xocalı RPŞ-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 09 radələrində 01 (bir) nəfər tanımadığı şəxsin Əsgəran qəsəbəsi ərazisində piyada hərəkətdə olduğunu müşahidə etmişdir. Daha sonra həmin şəxsin xx.xx.1979-cu il təvəllüdlü Şəxs olduğu və vətəndaşın Xocalı rayonuna daxil olmaq üçün müvafiq portal icazəsinin olmadığı müəyyən edilmişdir. Bundan başqa Vidadi İsmayılovun xx.xx.2024-cu il tarixdə portal icazəsi olmadığı üçün barəsində araşdırma aparılması, daha sonra izahatının alınaraq ərazidən çıxarılması, lakin, yenidən portal icazəsi olmadan Xocalı rayonu ərazisinə daxil olması müəyyən edilmişdir; xx.xx.2024-cü il tarixli, AZA 020242 nömrəli “İnzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs həmin tarixdə saat 11:15-də inzibati qaydada tutulmuşdur; “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 atası Şəxsdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahid izahatı, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 02 aprel 2024-cü tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını və 3 yetkinlik yaşına şatmayan uşağının olmasını (əsas: iş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarış) onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən etmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 02 aprel 2024-cü il tarixdən, saat 11:15-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar