Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(070)-17/2023 25.12.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Kərimov Namiq Saleh oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xocalı RPŞ-nin İTQ-nin polis sahə rəisi X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Yevlax rayonunun Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Yevlax rayonunun Aran qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xocalı Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xocalı RPŞ-nin İTQ-nin polis sahə rəisi X13 tərəfindən Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 25 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 25 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisində idarə etdiyi “VAZ 2106” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilindən aşkar edilmiş 4,28 qram qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmiş və saxlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xocalı RPŞ-nin İTQ-nin polis sahə rəisi X13 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Xocalı RPŞ-nin İTQ-nin polis sahə rəisi Məqsəd Abbasov şöbə rəhbərliyinə raportla müraciət edərək həmin tarixdə Xocalı rayonu, Əsgəran qəsəbəsində yerləşən blok postda saxlanılan Şəxs idarə etdiyi, X3, X6 və X1 qismində əyləşdiyi “VAZ 2106” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil yoxlanılan zaman avtomobilin salonundan bir ədəd sellofan torbaya bükülmüş halda narkotik maddəyə oxşar kütlənin aşkar edilməsini bildirmişdir. Daha sonra həmin maddə ekspertiza tədqiqatına göndərilmiş və xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Yekunda Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, işləmək üçün Xankəndi şəhərinə getmiş və burada olan zaman yerdən sellofan torbaya bükülmüş maddə tapmışdır. Əvvəllər bir neçə dəfə narkotik vasitədən istifadə etdiyi üçün həmin torba onun diqqətini cəlb etmiş və onu götürərək idarə etdiyi “VAZ 2106” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoymuşdur. Bundan sonra o, postdan keçən zaman idarə etdiyi avtomobil yoxlanılmış və sellofan bükümdə olan maddə aşkar edilmişdir. Daha sonra həmin maddə qablaşdırılaraq götürülmüş və ekspertiza tədqiqatına göndərilmişdir. Etdiyi əməldən peşmandır. Himayəsində 2 uşağı vardır. Həmin uşaqlardan biri serebral iflic xəstəliyindən əzab çəkir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X10 izahatında göstərdi ki, o, tanışları Rafiq Həsənov, Rüstəm Rüstəmov və Şəxsla birlikdə işləmək üçün Xankəndi şəhərinə getmişdir. xx.xx.2023-cü il tarixdə işləri yekunlaşdığı üçün yaşadıqları Yevlax rayonuna getmək qərarına gəlmişlər. Bu zaman iş yoldaşları Şəxs özünə məxsus “VAZ 2106” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş və onlar Xocalı rayonu, Əsgəran qəsəbəsində yerləşən polis postundan keçən zaman avtomobilə baxış keçirilmişdir. Həmin vaxt avtomobilin salonundan içərisində narkotik vasitəyə bənzər sellofan torba aşkar edilərək götürülmüşdür. Daha sonra onlar polis əməkdaşları tərəfindən şöbəyə gətirilmişdir. Onun həmin narkotik vasitədən xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Baxış və götürmə aparılması haqqında” 26 noyabr 2023-cü tarixli protokoldan görünür ki, Şəxs idarə etdiyi “VAZ 2106” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilin salonunda yerləşən ön sürücü oturacağının alt hissəsində yerləşən rezin ayaqaltının üzərində 1 (bir) ədəd üzəri şəffaf rəngli içərisində narkotik vasitəyə oxşar kütlə olan sellofan torba aşkar edilərək götürülmüşdür; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 16/1213 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, “xx.xx.2023-cü il tarixdə Xocalı rayonu, Əsgəran qəsəbəsində Şəxs idarə etdiyi Vaz - 2106 markalı 11 BD-782” qeydiyyat nişanlı minik avtomobilinin salonundan sellofan torba ilə birlikdə ümumi çəkisi 14,33 qram narkotik maddəyə oxşar kütlə..” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf polietilen torbada tütün hissəcikləri və təmiz çəkisi 4,28 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 32,4 (otuz iki manat qırx qəpik) manatdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri X2 məcburi-narkoloji tibbi yoxlama haqqında 29 noyabr 2023-cü il tarixli, 1961 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür; “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 06 dekabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış HK-1/380 nömrəli material üzrə Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-in 206-cı maddəsinin tərkibi olduğundan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat açılması məqsədilə qərarının surətinin aidiyyəti üzrə Xocalı RPŞ-nin İTQ-yə verilməsi qərara alınmışdır; Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 114229 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Şəxs ilə X7 arasında nikah 19 aprel 2016-cı il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 98 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra sonuncuya “Abışova” soyadı verilmişdir; Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 754254 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2015-ci ildə Bakı şəhərində doğulmuşdur, atası Şəxs, anası X5r; Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 658279 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2022-ci ildə Yevlax şəhərində doğulmuşdur, atası Şəxs, anası X8r; Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənəddən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X14 hemiplegik spastik serebral iflic, hemiplegik spastik serebral iflic xəstəliyindən əzab çəkir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı ilə yanaşı işdə olan ekspert rəyi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarışəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. İş materiallarından göründüyü kimi iş üzrə Şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 4,28 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Şəxs inizbati məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən törətdiyi inzibati xətanı etiraf edib peşman olmasını, himayəsində 1-i azyaşlı olmaqla 2 yetkilik yaşına çatmayan uşağının olmasını, uşaqlarından birinin serbral iflic xəstəliyindən əzab çəkməsini Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. İXM-in 33-cü maddəsinə əsasən Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri X2 məcburi-narkoloji tibbi yoxlama haqqında 29 noyabr 2023-cü il tarixli, 1961 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. İXM-in 55.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 32,4 (otuz iki manat qırx qəpik) dövlət hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 30, 40.0.1, 43, 48-51, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 32,4 (otuz iki manat qırx qəpik) dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(070)-17/2023
Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(070)-17/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver