Məhkəmə qərarları › İş №3(070)-17/2024

Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(070)-17/2024

25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(070)-17/2024 25.04.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Kərimov Namiq Saleh oğlunun katibliyi, Xocalı rayon prokurorluğunun nümayəndəsi X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Yaroslavl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Xocalı rayonunda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon prokurorluğundan daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xocalı rayon prokurorunun köməkçisi Hikmət Əsədov tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 28 mart 2024-cü il tarixli qərarla toplanmış 10C- 24 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Xocalı rayon prokuroru Əvəz Əliyev tərəfindən “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 24 aprel 2024-cü il tarixli qərarla Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 24 aprel 2024-cü il tarixli qərardan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan X3 məxsus “VAZ 2106” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xocalı rayonunun Təzə Binə kəndindən rayonun mərkəzi hissəsinə hərəkətdə olarkən yolun döngəli hissəsində öz hərəkət zolağından çıxaraq qarşı hərəkət zolağına meyil etmiş, yolun qarşı istiqamətindən öz hərəkət zolağı ilə gələn “JBC” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı ekskavatorun qovuş hissəsinin sol künc nahiyəsinə dəyməsi nəticəsində yanında əyləşmiş sərnişin X5 yüngül dərəcəli bədən xəsarətləri almış, bununla da İXM-in 332.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xocalı rayon prokurorluğunun nümayəndəsi X4 bildirdi ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan X3 məxsus “VAZ 2106” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xocalı rayonunun Təzə Binə kəndindən rayonun mərkəzi hissəsinə hərəkətdə olarkən yolun döngəli hissəsində öz hərəkət zolağından çıxaraq qarşı hərəkət zolağına meyil etmiş, yolun qarşı istiqamətindən öz hərəkət zolağı ilə gələn “JBC” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı ekskavatorun qovuş hissəsinin sol künc nahiyəsinə dəyməsi nəticəsində yanında əyləşmiş sərnişin X5 yüngül dərəcəli bədən xəsarətləri almışdır. Toplanmış material əsasında araşdırma aparılmış, nəticədə cinayət işinin başlanması rədd edilmiş və inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Müəyyən olunmuşdur ki, Şəxs əməlində İXM-in 332.4-cü maddəsinin tərkib əlamətləri vardır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 332.4-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, onun sürücülük hüququ yoxdur. Buna baxmayaraq xx.xx.2024-cü il tarixdə X3 məxsus “VAZ 2106” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xocalı rayonunun Təzə Binə kəndindən rayonun mərkəzi hissəsinə hərəkətdə olarkən yolun döngəli hissəsində öz hərəkət zolağından çıxaraq qarşı hərəkət zolağına meyil etmiş, yolun qarşı istiqamətindən öz hərəkət zolağı ilə gələn “JBC” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı ekskavatorun qovuş hissəsinin sol künc nahiyəsinə dəyməsi nəticəsində yanında əyləşmiş sərnişin X5 yüngül dərəcəli bədən xəsarətləri almışdır. Həmin vaxt o, Xocalı RPŞ-də işləsə də, hazırda tutduğu vəzifəsindən azad edilmişdir. Zərərçəkmiş şəxslər barışmış və ona vurulmuş ziyanı tam ödəmişdir. Etdiyi əməldən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs X3 məxsus “VAZ 2106” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə o, yüngül dərəcəli bədən xəsarətləri almışdır. Şəxs ilə barışmış və ona vurulmuş ziyanı tam ödəmişdir. Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənlərə dair ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyi publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 150 nömrəli rəyindən görünür ki, vətəndaş X2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - alın nahiyəsinin sol yan səthinin əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; Xocalı RPŞ-nin xx.xx.2024-cü il tarixli, 3-13-81/2-2278/2024 nömrəli məktubundan görünür ki, Xocalı RPŞ-nin DYPB-nin mərkəzi məlumat sistemində yoxlanılan zaman RPŞ-nin PPXB-nin polis nəfəri Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun (sürücülük vəsiqəsinin) olmadığı müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 21 fevral 2024-cü il tarixdə “VAZ 2106” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətməsi və bunun nəticəsində X2 yüngül dərəcəli bədən xəsarətləri alması, bununla da İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir; 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar