Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(070)-19/2025 03.03.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, xx.xx.1978-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Xocalı rayonunda qeydiyyatda olan, FİN: xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq qərar qəbul edilməsi üçün məhkəməyə göndərilmişdir. Tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədilməsinə görə xx.xx.2024-cü il tarixli, EQ 22672579 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da o, İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Xocalı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(070)- 9/2025 nömrəli qərarından görünür ki, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs inzibati məsuliyyətdən azad edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 53.1 və 53.1.7-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi Şəxs aid eyni fakt üzrə məhkəmənin ləğv edilməmiş qərarı vardır və bu əsas inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallara aiddir. İXM-in: 106.0 və 106.0.4-cü maddələrinə əsasən işin icraatını rədd edən halların mövcud olub-olmamasını müəyyən etmək hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xətalar haqqında işlərə baxarkən həll etdiyi məsələlərə aiddir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, hesab edirəm ki, Şəxs aid eyni fakt üzrə məhkəmənin ləğv edilməmiş qərarı olduğundan iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs aid eyni fakt üzrə məhkəmənin ləğv edilməmiş qərarı olduğundan iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(070)-19/2025
Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(070)-19/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver