Məhkəmə qərarları › İş №3(070)-2/2025

Xocalı Rayon Məhkəməsi Qərardad — İş №3(070)-2/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 3(070)-2/2025 06.01.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, X1 iştirakı ilə, xx.xx.2024-cü il tarixli, EQ 23974729 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün prosessual müddətin bərpa olunmasına dair X2 tərəfindən verilmiş vəsatətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixli, EQ 23974729 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. X1 qeyd edilən qərardan şikayəti, həmçinin şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatəti 27 dekabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında X2 bildirdi ki, xx.xx.2024-cü il tarixli, EQ 23974729 nömrəli protokol üzrə cərimə ödənilmişdir. Heç bir şikayəti yoxdur. Buna dair müvafiq ərizə təqdim edərək şikayət ərizəsinin ona geri qaytarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, inzibati xəta haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 122.7 və 122.7.1-ci maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın, yaxud istintaq və ya digər prosessual hərəkəti həyata keçirən şəxsin hərəkət və qərarından verilmiş şikayətləri şikayət verən şəxsin özü geri götürmək hüququna malikdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarına əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Qeyd olunanlara əsasən və İXM-in 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən xx.xx.2024-cü il tarixli, EQ 23974729 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar