Məhkəmə qərarları › İş №3(070)-22/2025

Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(070)-22/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(070)-22/2025 22.04.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin Qarabağ regional X3 İdarəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin Qarabağ regional X3 İdarəsinin DYNŞ-nin inspektoru X2 tərəfindən Şəxs MMC barəsində İXM-in 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı, ******* nömrəli, 07 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Xocalı rayonu ərazisində yerləşən Şəxs MMC tərəfindən icarəyə götürülmüş mağazada plan üzrə keçirilən YTM zamanı YTQ 01-2001 6.1 bəndinin, YTQ 03-2002 2.2.17 və 6.7.2 bəndlərinin tələblərinin pozulması müəyyən olunmuşdur. Nəticədə Şəxs MMC İXM-in 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin və inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndələri məhkəmə iclasına gəlməmişlər. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin Qarabağ regional X3 İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Əhəd İsmayılov məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini qeyd etmiş və müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin və inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, KY252274353 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”dan görünür ki, yoxlayıcı orqan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 Xidməti tərəfindən Xocalı rayonu ərazisində yerləşən Şəxs MMC-də xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək plan üzrə (növbəti) müayinə keçirilməlidir. Yoxlamanın hüquqi əsasını “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi təşkil edir. Yoxlama zamanı Elektrik qurğularına dair yanğın təhlükəsizliyi tələblərinin (YTQ № 01-2001 bənd 6.1-6.10), Ticarət, ictimai iaşə müəssisələrinin, yarmarkaların, bazaların və anbarların bina və otaqlarının yanğın təhlükəsizliyi tələblərinə uyğun saxlanılmaması (YTQ № 03-2002 bənd 2.2-2.2.17), Ticarət, ictimai iaşə müəssisələrində, yarmarkalarda, bazalar və anbarlarda yanğın texnikasının və rabitə vasitələrinin saxlanılma vəziyyəti (YTQ № 03- 2002 bənd 6.1-6.7.5) ilə bağlı tələblərin yerinə yetirilməməsi müəyyən olunmuşdur; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 Xidməti tərəfindən tərtib edilmiş “Yanğın-texniki müayinənin aparılması haqqında” xx.xx.2025-ci il tarixli, 604 nömrəli Qərardan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin Qarabağ regional X3 İdarəsi tərəfindən Xocalı rayonu ərazisində yerləşən Şəxs MMC-də planlı yoxlama aparılmışdır. Həmin sahibkarlıq subyektində keçmişdə yoxlama keçirilməmişdir. Müayinə müddəti xx.xx.2025-xx.xx.2025; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin xx.xx.2025-ci il tarixli, 604 nömrəli “Yanğın-texniki müayinə aktı”ndan görünür ki, Xocalı rayonu ərazisində yerləşən Şəxs MMC-də aparılan yoxlama zamanı obyektin elektrik xətlərinin EQQQ-yə uyğun quraşdırılmaması və elektrik xətlərinin yoxlanılması barədə izolyasiya protokolunun tərtib olunmaması (YTQ 01-2001 bənd 6.1), obyektin yanğın xəbər verici siqnalizasiya ilə təmin edilməməsi (YTQ 03-2002 bənd 2.2.17), obyektdə olan ilkin odsöndürən balonların qaydalara uyğun asılmaması (YTQ 03-2002 bənd 6.7.2) aşkar olunmuşdur; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin “Yoxlama materiallarına baxılmasının nəticələri üzrə” xx.xx.2025-ci il tarixli, 0604 nömrəli Qərarından görünür ki, Xocalı rayonu ərazisində yerləşən Şəxs MMC-də aparılan yoxlama zamanı mağazada yanğın xəbər verici qurğunun quraşdırılmaması (YTQ 03-2002 B-2.2.17), mağaza elektrik qurğularının EQQQ-ya uyğun quraşdırılmaması (YTQ 01-2001 B-6.1), mağazada olan odsöndürən balonların qaydalara uyğun asılmaması (YTQ 03-2002 B- 6.7.2) aşkar olunmuşdur. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin İXM-in 518.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs MMC həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Hüquqi əsaslandırma: “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin: 5-ci bəndinə əsasən yanğın təhlükəsizliyi tələbləri - yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərtdir; 6-cı bəndinə əsasən yanğın təhlükəsizliyi tələblərinin pozulması - yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsidir; 6-cı maddəsinin İİ hissəsinin 1, 4, 5-ci bəndlərinə əsasən yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək, yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək, yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq yanğın təhlükəsizliyi sahəsində müəssisələrin vəzifələrinə aiddir; 13-cü maddəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində normativ-hüquqi tənzimləmə səlahiyyətli dövlət orqanları tərəfindən yanğın təhlükəsizliyinə dair normativ-hüquqi aktların (normativ sənədlərin) qəbul edilməsindən ibarətdir. Yanğın təhlükəsizliyinə dair normativ sənədlərə yanğın təhlükəsizliyi standartları, normaları və qaydaları, təlimatlar, yanğın təhlükəsizliyi tələblərinin göstərildiyi başqa aktlar aiddir; 25-ci maddəsinin İ hissəsinə əsasən X3 dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X3 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Sahibkarlara münasibətdə X3 “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir; 36-cı maddəsinə əsasən bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası DİN BDYTİ-nin xx.xx.2001-ci il tarixli, 85 nömrəli əmri ilə təsdiq edilmiş (3 may 2001-ci il, Qeydiyyat № 2693) “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları Azərbaycan Respublikası ərazisində yanğın təhlükəsizliyi tələblərini müəyyən edir. Bu qaydaların tələblərinə riayət edilməsi təşkilatı hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, təşkilatlar, müəssisələr, birliklər, digər hüquqi şəxslər, onların vəzifəli şəxsləri Azərbaycan Respublikası vətəndaşları, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər üçün məcburidir; 1.2-ci bəndinə əsasən yanğın təhlükəsizliyi təmin edilərkən bu Qaydalarla bərabər, standartlar, tikinti norma və qaydaları, texnoloji layihələşdirmə normaları, həmçinin müəyyən edilmiş qaydada təsdiq olunmuş digər normativ sənədlər rəhbər tutulmalıdır; 1.6-cı bəndinə əsasən yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qüvvədə olan qanunvericiliyə əsasən məsuliyyət daşıyırlar; 1.9, 1.9.1, 1.9.4, 1.9.5-ci bəndlərinə əsasən yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, Azərbaycan Respublikasının Dövlət X1 vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanunu tələblərini yerinə yetirmək, yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlər üçün istifadə olunmasına yol verməmək, yanğından mühafizə bölmələrini qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslərin (müəssisələrin) yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinin təmin edilməsi sahəsində vəzifələrinə aiddir. İXM-in 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarından göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC tərəfindən yanğın təhlükəsizliyi qaydalarının tələbləri pozulmuş, yəni hüquqi şəxs tərəfindən Xocalı rayonu ərazisində yerləşən mağazada elektrik xətləri EQQQyə uyğun quraşdırılmamış və elektrik xətlərinin yoxlanılması barədə izolyasiya protokolu tərtib olunmamış, obyekt yanğın xəbər verici siqnalizasiya ilə təmin edilməmiş, obyektdə olan ilkin odsöndürən balonlar qaydalara uyğun asılmamışdır. Sözügedən hal isə Şəxs MMC-nin İXM-in 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32 və 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə İXM-in 31.3-cü maddəsində sadalanan halları nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə İXM-in 518.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. İXM-in: 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3-540.5, 541-544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır; 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur; 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir; 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Məhkəmə, həmçinin eyni inzibati xətanın Şəxs MMC tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallarının olmamasını (əsas: iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 Xidməti tərəfindən tərtib edilmiş “Yanğın-texniki müayinənin aparılması haqqında” xx.xx.2025-ci il tarixli, 604 nömrəli Qərardan göründüyü kimi Şəxs MMC-də keçmişdə yoxlama keçirilməmişdir) nəzərə alaraq inzibati cərimənin şərti olaraq tətbiq edilməsini, əlavə vaxtın tələb olunması baxımından hüquqpozmanın aradan qaldırması üçün 2 (iki) ay müddətin müəyyən olunmasını qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC İXM-in 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, İXM-in 116.1-ci maddəsinə əsasən Şəxs MMC-yə həmin Məcəllənin 518.1-ci maddəsi ilə tətbiq edilmiş inzibati cərimə şərti tətbiq edilməli və Şəxs MMC-yə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 2 (iki) ay müddət təyin edilməli, Şəxs MMC-yə İXM-in 116.4-cü maddəsinin tələbləri izah edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən Şəxs MMC-yə həmin Məcəllənin 518.1-ci maddəsi ilə tətbiq edilmiş inzibati cərimə şərti tətbiq edilsin və Şəxs MMC-yə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 2 (iki) ay müddət təyin edilsin. Şəxs MMC-yə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.4-cü maddəsinin tələbləri izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar