Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(070)-28/2025 17.04.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xocalı RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Bərdə rayonunun Soğanverdilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağdam rayonunun Sarıhacılı kəndində qeydiyyatda olan, Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan, FİN: xxxxxxx Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Xocalı Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 17 aprel 2025-ci il tarixdə Xocalı Rayon Polis Şöbəsindən Şəxs barəsində tərtib olunmuş 17 aprel 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 23 noyabr 2024-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da onun barəsində İXM-in 334-1.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan 17 aprel 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xocalı RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru Nümayəndə izahatında göstərdi ki, Şəxs xx.xx.2024cü il tarixdə tanışları Coşqun Əliyev və Habil Mehdiyevlə birlikdə idarə etdiyi “VAZ-2106” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yolumuz Qarabağa” elektron icazə sistemi vasitəsilə gəzmək üçün Xankəndi şəhərinə gəlmiş, şəhəri bir qədər gəzdikdən sonra həmin şəxslər birlikdə tərk edilmiş evlərə daxil olub qab-qacaq toplamaq fikrinə düşmüşlər. Həmin şəxslər birlikdə tərk edilmiş evlərin birinə daxil olub qab-qacaq axtaran zaman qonaq otağında olan stolun üstündə, yerdə dağınıq halda və quru vəziyyətdə olan narkotik tərkibli bitki görmüş və narkotik tərkibli bitkidən biraz toplayaraq hazırlayıb həmin evdə istifadə etmişlər. Bundan sonra həmin şəxslər qab-qacaq tapa bilmədikləri üçün yaşadıqları ünvana qayıtmaq məqsədilə yola çıxmışlar. Xocalı şəhəri ərazisindən keçən zaman yenidən qabqacaq toplamaq məqsədilə şəhər ərazisinə dönüb tərk edilmiş evlərin birinin həyətinə daxil olmuşlar. Həmin şəxslər birlikdə evin həyətindən müxtəlif sayda qab-qacaq toplayaraq Şəxs idarə etdiyi avtomobilin yük yerinə yığmış və onlar yola çıxmışlar. Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisinə çatan zaman o, Şəxs idarə etdiyi avtomobili saxlayaraq yoxlamış və Xocalı şəhəri ərazisindən götürdükləri müxtəlif sayda qab-qacağı aşkar etmişdir. Bundan sonra o, həmin şəxsləri polis şöbəsinə dəvət etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs, Coşqun Əliyev və Habil Mehdiyev birlikdə xx.xx.2024-cü il tarixdə narkotik vasitə marixuanadan istifadə etmişdir. Şəxs isə xx.xx.2024-cü il tarixdə narkotik tərkibli maddənin təsiri altında nəqliyyat vasitəsini idarə etmişdir. Nəticədə 19 mart 2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində İXM-in 334-1.1-ci maddəsinin tərkib əlamətləri olduğundan sonuncu barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Yekunda İİ qrup əlil olmasını nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs özünü İXM-in 334-1.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə tanışları Coşqun Əliyev və Habil Mehdiyevlə birlikdə idarə etdiyi “VAZ-2106” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yolumuz Qarabağa” elektron icazə sistemi vasitəsilə gəzmək üçün Xankəndi şəhərinə gəlmiş, şəhəri bir qədər gəzdikdən sonra həmin şəxslər birlikdə tərk edilmiş evlərə daxil olub qab-qacaq toplamaq fikrinə düşmüşlər. Həmin şəxslərlə birlikdə tərk edilmiş evlərin birinə daxil olub qab-qacaq axtaran zaman qonaq otağında olan stolun üstündə, yerdə dağınıq halda və quru vəziyyətdə olan narkotik tərkibli bitki görmüş və narkotik tərkibli bitkidən biraz toplayaraq hazırlayıb həmin evdə istifadə etmişlər. Bundan sonra onlar qabqacaq tapa bilmədikləri üçün yaşadıqları ünvana qayıtmaq məqsədilə yola çıxmışlar. Xocalı şəhəri ərazisindən keçən zaman yenidən qab-qacaq toplamaq məqsədilə şəhər ərazisinə dönüb tərk edilmiş evlərin birinin həyətinə daxil olmuşlar. Onlar birlikdə evin həyətindən müxtəlif sayda qab-qacaq toplayaraq onun idarə etdiyi avtomobilin yük yerinə yığmış və onlar yola çıxmışlar. Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisinə çatan zaman polis əməkdaşları onun idarə etdiyi avtomobili saxlayaraq yoxlamış və Xocalı şəhəri ərazisindən götürdükləri müxtəlif sayda qab-qacağı aşkar etmişlər. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişdir. O, xx.xx.2024-cü il tarixdə narkotik tərkibli maddənin təsiri altında nəqliyyat vasitəsini idarə etmişdir. İİ qrup əlildir. Törətdiyi əməldən peşmandır. Göstərilənləri nəzərə alaraq ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, o, inzibati qaydada tutulmamış, bugün, yəni xx.xx.2025-ci il tarixdə polis əməkdaşlarının dəvəti ilə gəlmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, 1305 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, müayinə zamanı Şəxs marixuanadan istifadə etməsi müəyyən olunmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 məcburi narkoloji-tibbi yoxlama haqqında 11 mart 2025-ci il tarixli, 373 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən (marixuana) sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür; “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 mart 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir; Xocalı RPŞ-nin xx.xx.2025-ci il tarixli, 3-13-81/2-3357/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06 mart 2024-cü il tarixli, 3- 13/Ə148/2024 nömrəli əmrinə əsasən Xocalı RPŞ-nin bütün qüvvə və vasitələri daimi xidmət yerinə - Xocalı rayonuna dislokasiya edilmişdir. Hazırda Xocalı RPŞ-də müvəqqəti saxlama yerinin fəaliyyət göstərmədiyinin nəzərə alınması xahiş olunur; Xocalı RPŞ-nin DYPB-nin rəisi Ramin Əliyev tərəfindən tərtib olunmuş arayışdan görünür ki, Xocalı RPŞ-nin TQ-dan daxil olmuş raport əsasında DİN-in BDYPİ-nin “Elektron portalı”nda sürücü Şəxs sürücülük hüququnun olub-olmaması, həmçinin **-BR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin kimə məxsus olması yoxlanılmışdır. Şəxs sürücülük vəsiqəsinin (nəqliyyat vasitəsini idarə etmək hüququ) olmadığı müəyyən edilmişdir. Bundan başqa **-BR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Şəxs məxsus olduğu müəyyən edilmişdir; “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs İİ qrup əlildir. Məhkəmə iclası zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 23 noyabr 2024-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi, bununla da İXM-in 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 334-1.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz; 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2 və 3.7-ci bəndlərinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə və 60 yaşından yuxarı olan kişilərə məcburi müalicə tətbiq oluna bilməz. Şəxs İİ qrup əlil olmasını, həmçinin yaşını nəzərə alaraq məhkəmə qeyd edir ki, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməməli, o narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin İXM-in 30.2-ci maddəsinin tələblərini nəzərə almaqla hesab edir ki, o, İXM-in 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(070)-28/2025
Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(070)-28/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver