Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(070)-29/2024 25.06.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Xocalı RPŞ-nin İTQ-nin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Kəlbəcər rayonunun Cəmilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Kəlbəcər rayonunun Cəmilli kəndində qeydiyyatda olan, Goranboy rayonunun Qaraçinar kəndində yaşayan, FİN: xxxxxxx Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xocalı rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xocalı RPŞ-nin İTQ-nin polis sahə rəisi X7 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 24 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə müvafiq portal icazəsi olmadan qeyri-qanuni alternativ yolla Xocalı rayonu ərazisinə daxil olmuş, Xocalı RPŞ-də olarkən səs-küy salaraq şöbənin iş rejimini pozmuş, polisin qanuni tələbinə qəsədən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xocalı RPŞnin İTQ-nin polis sahə rəisi X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Xocalı RPŞ-nin NH-nin məsul növbətçisi Ramal Pənayev raportla şöbənin rəhbərliyinə müraciət edərək xx.xx.2024-cü il tarixdə, saat 19:55-də İTB-də olan araşdırma ilə bağlı RPŞ-yə dəvət olunmuş X4, X9, Şəxs və X5 RPŞ-də olan zaman barələrində aparılan araşdırmadan narazılıq əlaməti kimi səs-küy salaraq şöbənin iş rejimini təxminən 15-20 dəqiqə ərzində pozduğunu, həmin şəxslərin onları nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadıqlarını bildirmişdir. Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Qaraçinar kəndi ərazisində olan zaman qonşusu Babək İsmayılovla söhbət edərkən sonuncudan Ağdərə rayonuna nə zaman gedəcəyini soruşmuşdur. Babək İsmayılov ona xx.xx.2024-cü il tarixdə gecə saatlarında Ağdərə rayonu ərazisinə gedəcəyini demiş və onlar birlikdə getmək barədə razılıq əldə etmişlər. Onlar xx.xx.2024-cü il tarixdə, təxminən saat 02:00 radələrində yaşadıqları ünvanı tərk edərək yol maşını ilə Ağdərə rayonuna getmişlər. Bu zaman onların yanında Zahid İsmayılov və Zabil İsmayılov da olmuşdur. Ağdərə rayonu ərazisinə portalları olduğu üçün onlar polis postunu keçmişlər. Ağdərə rayonunun rayon mərkəzini keçdikdən sonra yolda maşından düşərək at tutub aparmaq məqsədilə piyada polis postundan gizli olaraq qeyri-qanuni alternativ yolla Xocalı rayonu ərazisinə daxil olmuşlar. Bundan əvvəl Babək İsmayılov bir neçə dəfə gizli yollarla həmin əraziyə gəldiyi üçün həmin yerləri, yəni Ağdərə rayonundan Xocalı rayonuna keçidləri tanıyır. Babək İsmayılov onlara bələdçilik etmişdir. Onlar bir xeyli gəzdikdən sonra at tapa bilməmişlər. Yorğun olduqları üçün Xocalı rayonunun Meşəli kəndi ərazisində “Meydan yaylağı” deyilən yerdə sahibsiz fermanın yanındakı vaqonda yatıb dincəlmişlər. Aradan bir xeyli keçdikdən sonra polis əməkdaşları gələrək onların qeyri-qanuni yolla əraziyə girməklərinin qadağan olunduğunu onlara izah etmiş və onları polis şöbəsinə dəvət etmişlər. RPŞ-də olarkən əllərində oğurluq heç bir şey tutulmadığı halda RPŞ-yə gətirildikləri üçün əsəbiləşərək səs-küy salmışlar. Polis əməkdaşları onları nizam-intizama dəvət etsələr də əsəbi olduqları üçün polisin tələblərinə məhəl qoymamış və öz hərəkətlərinə davam etmişlər. Hazırda etdiyi əməldən peşmandır. İİ qrup əlildir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, onun Xocalı rayonu ərazisinə keçmək üçün icazəsi olmamışdır. Birlikdə getdiyi şəxslərdən yalnız X13 rayonu ərazisinə keçmək üçün portalı olmuşdur. Onların məqsədi at oğurlamaq olmuşdur. Oğurluq etmək təklifi Babək İsmayılovdan gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xocalı RPŞ-nin xidmət üzrə rəis müavini X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Xocalı rayonunun Meşəli kəndi ərazisində “Meydan yaylağı” adlanan əraziyə qanunsuz yolla keçən vətəndaşlar X4, X10, X9 və Şəxs polis əməkdaşları tərəfindən saxlanılmış və PPXB-nin manqa komandiri Asim Bəhrəmov bu barədə raportla şöbə rəhbərliyinə müraciət edərək vətəndaşlar barəsində araşdırma aparılmasını xahiş etmişdir. Araşdırma ilə bağlı adları qeyd olunan vətəndaşlar RPŞ-nin inzibati binasında olarkən saat 19:00 radələrində öz qanunsuz əməllərinə haqq qazandırmaq üçün səs-küy salmağa başlamış, əllərində oğurluq hər hansı əşya tutulmadığını əsas gətirərək RPŞ-yə dəvət olunmalarına etiraz etmişlər. O və digər polis əməkdaşları həmin şəxsləri nizam-intizama dəvət etməklərinə baxmayaraq onlar səs-küy salmaqda davam etmiş və şöbənin iş rejimini təxminən 15-20 dəqiqə ərzində pozmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xocalı RPŞ-nin MSY-nin polis nəfəri X12 və Xocalı RPŞ-nin İTB-nin polis sahə rəisi X6 iş üzrə digər şahid X1 izahatına uyğun izahat verdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xocalı RPŞ-nin PPXB-nin manqa komandiri Asim Bəhrəmov tərəfindən Xocalı RPŞnin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Xocalı rayonunun Meşəli kəndində xidmətdə olan zaman saat təxminən 7 radələrində Meşəli kəndi ərazisində Meydan adlanan yerdə dörd nəfər şəxsin at aparmaq istədiklərini müəyyən etmişdir. Daha sonra həmin şəxslərin xx.xx.1975-ci il təvəllüdlü X10, xx.xx.1985-ci il təvəllüdlü Şəxs Yusif oğlu, xx.xx.1978-ci il təvəllüdlü X9 və xx.xx.1980-ci il təvəllüdlü X4 olması məlum olmuşdur; Xocalı RPŞ-nin NH-nin məsul növbətçisi Ramal Pənayev tərəfindən Xocalı RPŞ-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19:55-də İTB-də olan araşdırma ilə bağlı RPŞ-yə dəvət edilmiş vətəndaşlar X4, X9, Şəxs və X10 RPŞ-də olarkən barələrində olan araşdırmadan narazılıq əlaməti kimi səs-küy salaraq şöbənin iş rejimini təxminən 15-20 dəqiqə ərzində pozmuş, onun və RPŞ-də olan digər polis əməkdaşlarının həmin vətəndaşları nizam-intizama dəvət etməklərinə baxmayaraq onlar polisin qanuni tələblərinə qəsdən tabe olmadan qanunsuz hərəkətlərinə davam etmişlər. Odur ki, vətəndaşlar X4, X9, Şəxs və X10 barəsində qanuni tədbir görülməsi üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur; Xocalı RPŞ-nin İTQ-nin polis sahə rəisi X7, Xocalı RPŞ-nin xidmət üzrə rəis müavini X2, NH-nin məsul növbətçisi Ramal Pənayev, İTB-nin polis sahə rəisi Coşqun Mustafayev, NH-nin məsul növbətçi əvəzi Ramin Bağırov və MSY-nin sürücüsü Cavid Quliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, saat 19:55-də İTB-də olan araşdırma ilə bağlı RPŞ-yə dəvət edilmiş vətəndaşlar X4, X9, Şəxs və X10 RPŞ-də olarkən barələrində olan araşdırmadan narazılıq əlaməti kimi səs-küy salaraq şöbənin iş rejimini təxminən 15-20 dəqiqə ərzində pozmuş, polis əməkdaşlarının həmin vətəndaşları nizam-intizama dəvət etmələrinə baxmayaraq onlar polisin qanuni tələbinə qəsdən tabe olmadan qanunsuz hərəkətlərinə davam etdimişlər; xx.xx.2024-cü il tarixli, AZA 020239 nömrəli “İnzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs həmin tarixdə saat 20:15-də inzibati qaydada tutulmuşdur; “Elektron Məhkəmə” İnformasiya Sistemindən xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Şəxs İİ qrup əlildir. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahidlərin izahatları, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə ictimai yerdə, yəni Xocalı RPŞ-nin inzibati binasında səsküy salmış, şöbənin normal iş fəaliyyətini pozmuş və bu hərəkətləri ilə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 24 iyun 2024-cü tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən etmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin İXM-in 30.2, 31.4-1-ci maddələrinin tələblərini nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin tələbini nəzərə alaraq daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(070)-29/2024
Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(070)-29/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver