Məhkəmə qərarları › İş №3(070)-52/2024

Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(070)-52/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(070)-52/2024 15.11.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X3 müdafiəçisi Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 25 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 müdafiəçisi Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 25 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolunda qeyd edilənlərə əsasən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilən ərazilərə iş icazəsi alınmış X9 xx.xx.2024-cü il tarixindən hazırkı tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Protokola əsasən "xxxx" MMC-nin direktoru X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi nəticəsinə gəlinmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X7 Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara görə direktor X5 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməlin (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) törədilməsinə görə təqsirli hesab olunmuşdur. Həmçinin, eyni əsasla X7 Xidməti X3 direktoru olduğu hüquqi şəxs "xxxx" MMC barəsində tərtib etdiyi inzibati xəta haqqında MN1933250 nömrəli, xx.xx.2024-cü il tarixli protokol Xocalı Rayon Məhkəməsinin 3(070)- 34/2024 saylı, xx.xx.2024-cü il tarixli və 3(070)-42/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadları ilə X7 Xidmətinə geri qaytarılsa da, hazırda icraata qəbul edilmiş və araşdırma ərəfəsindədir. Qeyd olunanlara əsasən hesab edir ki, DƏMX tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, X7 Xidmətinin "xxxx" MMC-yə ünvanlandığı məktubda qeyd olunanın əksinə bildirir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmır. Azərbaycan Respublikasında iş icazəsi yalnız əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün alınır və o da xüsusi ərazi ilə məhdudlaşmır. “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə şəxslərin adı həmin əraziyə maneəsiz giriş-çıxış məqsədilə daxil edilir. DƏMX tərəfindən tərtib edilən protokolda qeyd edilir ki, guya sözügedən şəxs "xxxx" MMC-də qeyri-qanuni olaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. Halbuki, bu hal heç bir halda öz təsdiqini tapmır. Belə ki, X9 xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də fəhlə kimi işə qəbul edilmişdir. İş yeri Qarabağ rayonu ərazisində olduğundan onun həmin zonaya keçməsi məqsədilə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən F.Hacıyev üçün tərəfindən giriş-çıxış icazəsi alınmışdır. Bir müddət çalışdıqdan sonra F.Hacıyev öz ərizəsi ilə xx.xx.2024-cü il tarixdə işdən azad edilmişdir. Həmin tarixdən F.Hacıyev Qarabağ ərazisini tərk etmiş, həmçinin şirkətlərində hər hansı əmək fəaliyyəti ilə məşğul olmamışdır. Buna baxmayaraq “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi “Əmək və Məşğulluq” altsistemi ilə inteqrasiyası olmadığından F.Hacıyev üçün alınmış icazə bugünədək aktiv olaraq qalmışdır. Nəticədə Müfəttişlik ehtimallar əsasında belə qərara gəlmişdir ki, guya giriş-çıxış icazəsi aktiv olduğundan X3 direktoru olduğu "xxxx" MMC qanunsuz olaraq əmək müqaviləsi olmadan işçiləri işə cəlb edir. Müfəttişlik ehtimalını onunla əsaslandırır ki, əgər “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində F.Hacıyevin icazəsi mövcuddursa, demək ki, o, orda əmək fəaliyyəti ilə məşğuldur. Təbii ki, qeyd edilənlər yalnız fərziyyədir və həqiqətə uyğun deyil. İnzibati orqan şəxsi mülahizələri əsasında əsassız və sübutsuz heç bir şəxsi məsuliyyətə cəlb edilə bilməz. Bu qanuna ziddir. Lakin, anladığı qədər Əmək Müfəttişliyi bu qaydanı özünə aid etmir. Bugünədək "xxxx" MMC İXM-in 192.1-ci maddəsinin tələblərini pozduğuna görə məsuliyyətə cəlb edilməmişdir və bununla bağlı məhkəmə araşdırması davam edir. Hətta, məhkəmə araşdırması zamanı şahid kimi ifadəsinin verilməsi tələb edilən F.Hacıyev yazılı olaraq bildirmişdir ki, "xxxx" MMC-də qanunsuz olaraq fəaliyyət göstəməyib və daim əmək müqaviləsi əsasında çalışıb. Görünən odur ki, inzibati orqan heç hüquqi şəxsin məsuliyyətə cəlb edilib-edilmədiyini gözləmədən sübutsuz və əsassız olaraq Sabit İbrahimov barəsində qərar qəbul etmişdir. Qeyd edilənlər təsdiq edir ki, müvafiq orqanın niyyəti heç bir əsas olmadan vəzifəli şəxsi sadəcə məsuliyyətə cəlb etmək olmuşdur. Protokolda inzibati xətanın harada törədilməsi, yəni həmin fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hansı yerdə (iş yerində) və hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi qeyd edilməlidir. Lakin, bu qaydaya müvafiq orqan əməl etməmişdir. Bu situasiya bir daha sübut edir ki, heç bir əsaslandırma edə bilməməsinə, sübutlar təqdim edə bilməməsinə rəğmən vəzifəli şəxsə münasibətdə inzibati tənbeh vermə haqqında əsası olmayan qərar qəbul olunmuşdur. Hesab edir ki, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan sənəddir, bu səbəbdən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üçün əsas kimi qəbul edilə bilməz və bu hal qəbul edilmiş qərarı da əsassız edir. Səlahiyyətli orqan tərəfindən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminin məlumatları ətraflı təhlil edilmədən və dəqiq araşdırma aparılmadan sadəcə ümumi görünüş üçün protokol tərtib edilmiş və bu da əsassız yerə vəzifəli şəxsin barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbulu ilə nəticələnmişdir. Hətta, "xxxx" MMC barəsində tərtib edilmiş protokol əsasında aparılan araşdırma zamanı inzibati orqanın nümayəndəsi özü də etiraf etmişdir ki, Fəzail Hacıyevin "xxxx" MMC-dən ayrıldığı andan sonra şirkətdə real olaraq çalışmasını sübuta yetirən sübut mövcud deyildir. Hətta, ümumiyyətlə inzibati xətanın baş verib-verməməsi ilə bağlı onlara əlavə suallar verilmiş və inzibati orqanın ümumiyyətlə məsələdən xəbərsiz olduğu sübuta yetirilmişdir. Qeyd edir ki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən barəsində protokol tərtib edilmiş şəxs inzibati xətanın törədilib-törədilməməsini sübut etməli deyildir. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Sadalananlara əsasən hesab edir ki, Sabit İbrahimov tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olan əməl törədilməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, vətəndaş X9 məhkəməyə ünvanladığı ərizəsində bildirir ki, əmək müqaviləsi başa çatdıqdan sonra "xxxx" MMC-də işləməmişdir. X5 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsinə əsas o olmuşdur ki, X9 "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” üçün portalından keçirilmişdir. Həmin portalda icazənin müddəti iki aydır. Vətəndaşları da işəgötürənlər iki aylıq və ya daha az müddətə müqavilə ilə işə götürürlər. İşi başa çatanlar gedir, lakin, adları portaldan çıxarılmır. Bu da qanunvericilikdəki və yaxud hər hansı sənədləşmədəki boşluqdur. İşəgötürənlər müqaviləsi başa çatmış işçilərin adlarının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin işğaldan azad olunmuş ərazilərə giriş portalından çıxarılmasına cəhd göstərmirlər. Bu da belə problemlərin yaranmasına səbəb olur. Verilmiş suallara cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi Nümayəndə bildirdi ki, vətəndaşların əmək müqaviləsinə xitam verildikdən sonra onların adlarının portaldan çıxarılması məsələsinin işəgötürənin vəzifəsi olub-olmamasını konkret deyə bilmir. Lakin, əmək müqaviləsinə xitam verilmiş işçilərin adlarının portaldan çıxarılması işəgötürənlərin də xeyrinə olar ki, belə vəziyyətlər, yəni inzibati məsuliyyətə cəlb edilmə halları yaranmaz. X1 əmək müqaviləsinə xitam verildikdən sonra onun "xxxx" MMC tərəfindən işə cəlb edilməsi ilə bağlı hər hansı bir fotoşəkil və ya başqa sübut yoxdur. Əmək müfəttişliyi olaraq onların yerində araşdırma aparmaq ixtiyarı yoxdur. Onlara hər hansı şikayət və ya dövlət qurumundan müraciət daxil olan zaman məsələ araşdırılır. Ümumiyyətlə bu cür hallarda işəgötürənlərə və zərərçəkənlərə məktublar ünvanlanır ki, onlar yaxın DOST şöbələrinə və yaxud xidmətin şöbələrinə gələrək məsələyə aydınlıq gətirsinlər. Əksər vaxt nə işəgötürənlər, nə də zərərçəkənlər gəlir. İşəgötürənlərin gəlməmələri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən vətəndaşların işə cəlb edilməsinin əksini sübut etməyən hal kimi qəbul olunur və barələrində icraat başlanılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən X3 və X6 ünvanına məktub göndərilmiş, lakin, onlar gəlməmişlər. Bu səbəbdən də araşdırma aparılan zaman onların izahatları alınmamışdır. Yekunda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi Nümayəndə şikayətin təmin edilməməsi və 25 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şikayətə baxılmanın yeri və vaxtı barədə X5 və onun müdafiəçisi Vəkil məlumat verilmiş, lakin onlar məhkəmə iclasında iştirak etməmişlər. X3 müdafiəçisi Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, səhhətində olan problemlərə görə uzun məsafələrdə olan məhkəmə iclaslarında müvəqqəti olaraq iştirak edə bilmir. Xocalı Rayon Məhkəməsinin icraatında olan 3(070)-48/2024 saylı iş üzrə Sabit İbrahimovun rəhbərlik etdiyi "xxxx" MMC barəsində başlanılmış icraata xitam verilmişdir. Qeyd edilən 3(070)-48/2024 saylı iş üzrə araşdırmanın mahiyyəti hazırda icraatda olan inzibati xəta üzrə hüquqi şəxsin məsuliyyətə cəlb edilməsi ilə bağlı olmuşdur. 3(070)-48/2024 saylı iş üzrə keçirilən məhkəmə iclaslarında iş üzrə şahid qismində cəlb edilən X9 tərəfindən məhkəməyə ərizə ünvanlanaraq bildirilmişdir ki, rəsmi olaraq Hacıyev Fəzail işdən ayrıldığı tarixdən sonra heç zaman "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olmamışdır. Hesab edir ki, qeyd edilən məlumat Sabit İbrahimovun inzibati məsuliyyətə cəlb edilməsini istisna etdiyindən hazırda icraatda olan 3(070)-52/2024 saylı iş üzrə də əlavə edilməlidir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq 3(070)-48/2024 saylı iş materiallarından X6 məhkəməyə ünvanladığı ərizənin surətinin götürülərək hazırkı iş materiallarına əlavə edilməsini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və 3(070)-52/2024 saylı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə X5 və onun müdafiəçisi Vəkil iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı Xocalı rayonu, Sığnaq kəndidir, qanuni təmsilçisi X4r; xx.xx.2024-cü il tarixli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, X9 fəhlə kimi xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-də işə götürülmüşdür; "xxxx" MMC-nin direktoru X5 tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli, 14 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmrdən görünür ki, "xxxx" MMC-də fəhlə vəzifəsində işləyən X9 ilə bağlanmış 2M2AD9N000100 nömrəli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a)” bəndinə əsasən xitam verilmişdir; DİN-in məlumat portalından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək X6 işğaldan azad edilmiş ərazilərə giriş üçün icazəsi olmuş və həmin icazə "xxxx" MMC-nin müraciəti əsasında verilmişdir; xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati xəta haqqında protokol”dan görünür ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X9 xx.xx.2024-cü il tarixdən hazırkı tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X2 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında qərar”dan görünür ki, vətəndaş X9 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X2 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 3000 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; X9 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, hal-hazırda çoban işlədiyindən xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edə bilməmişdir. Hazırda proses ona görə xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. İşinin daim heyvanlara nəzarət etməkdən ibarət olduğunu nəzərə alaraq onları sahibsiz saxlayıb üzrlü səbəbdən məhkəməyə gələ bilməyəcəkdir. İşin mahiyyəti ilə bağlı onu bildirir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək "xxxx" MMC-də daşların üzünü yonmaqla məşğul olmuşdur. İşə başlayanda əmək haqqının ona yetəcəyini düşünmüşdür. Sonra əmək haqqının az olduğunu görmüş və bundan sonra Bərdə rayonunda çoban işləməklə bağlı təklif almışdır. Ona görə də doğulduğu rayona qayıtmışdır. İşini bitirdiyi xx.xx.2024-cü il tarixdən sonra Qarabağ zonasında, "xxxx" MMC-də olmamış, daim Bərdə rayonunda olmuşdur. Qeyd etdiklərinin nəzərə alınmasını və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta hadisəsi olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 25 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin: 4-1-ci bəndinə əsasən əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir; 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır; 49-cu maddəsinin: 1-ci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir; 5-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir; 312-ci maddəsinə əsasən əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər fiziki şəxslər İXM-də nəzərdə tutulmuş hallarda müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. İXM-in 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələbindən göründüyü kimi işçi ilə işəgötürən arasında əmək münasibətləri yaranmalı və onlar arasında bu münasibətin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini müəyyən edən əmək müqaviləsi bağlanmalıdır. Məhz əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda tərəflər arasında əmək münasibətləri yaranır. Əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi gücləndirilmiş elektron imza ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış hesab olunur və hüquqi qüvvəyə minir. Həmçinin, əmək müqaviləsinə xitam verilməsi barədə əmr işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir və bununla da tərəflər arasında əmək münasibətləri başa çatmış olur. Qanunvericiliyin bu tələbləri Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində nəzərdə tutulmuş əmək hüquqlarının etibarlı təminatını müəyyən edir, əmək müqaviləsi rəsmi qeydiyyata alınmadan işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini qadağan edir. Bu tələblərin pozulması isə müvafiq olaraq inzibati məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta formal tərkiblidir və fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi andan başa çatmış sayılır. Hazırkı halda da X3 əməlində həmin tərkib əlamətlərinin mövcud olub-olmaması nəzərə alınmalıdır. Belə ki, iş üzrə müəyyən olunduğu kimi "xxxx" MMC ilə X9 arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və bu müqaviləyə müvafiq əmrlə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş qurum X6 həmin tarixdən sonra, yəni xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-də hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qənaətinə isə həmin şəxsin işğaldan azad olunmuş yerlərə giriş icazəsinin olması səbəbindən gəlmişdir. Lakin, qeyd edilməlidir ki, bu hal özü-özlüyündə İXM-in 192.1-ci maddəsi ilə məsuliyyətə səbəb olmur. Belə ki, şəxsin işğaldan azad olunmuş yerlərə aktiv giriş icazəsinin olması onun hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi mənasına gəlmək üçün əsas ola bilməz. Yəni, İXM-in 192.1-ci maddəsinin tərkibinin yaranması üçün fiziki şəxslər əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməlidir ki, bu hal isə hazırda X3 hərəkətlərində mövcud deyildir. Bundan başqa inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında X6 əmək müqaviləsi olmadan işğaldan azad olunmuş ərazilərdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə dair material, sübutun olmamasını bildirmiş, həmçinin, vətəndaşın adının icazə portalından çıxarılmamasının vətəndaşın əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi ehtimalını yaratmasını qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki: - yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (İXM-in 3-cü maddəsi - İnzibati məsuliyyətin əsasları); - inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8-ci maddəsi - Təqsirsizlik prezumpsiyası prinsipi). Yəni, şəxs ehtimallar əsasında inzibati məsuliyyətə cəlb oluna bilməz, şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün yalnız onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmalıdır. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Həmçinin, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş qurum məsələ ilə bağlı bütün sübutları toplamamış, yəni X6 izahatını almamışdır. Bunun əksinə həmin şəxs məhkəməyə dəvət olunmuş, məhkəmədə iştirak etməsə də, ərizə formasında ("xxxx" MMC-nin İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair iş üzrə) məhkəməyə izahat təqdim etmiş, izahatında əmək müqaviləsinə xitam verildikdən sonra, yəni xx.xx.2024-cü il tarixdən sonra "xxxx" MMC-də müvafiq işlərin görülməsinə cəlb olunmadığını göstərmişdir. Məhkəmə, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş qurumun nümayəndəsinin izahatında göstərdiyi digər xüsusata, yəni X5 tərəfindən X6 əmək müqaviləsinə xitam verildikdən sonra sonuncunun işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin ləğv edilməməsi məsələsinə dair qeyd etməyi zəruri hesab edir ki, bu hal şəxsin əməlində İXM-in 192.1-ci maddəsinin tərkibini yaratmır, həmçinin işəgötürənin qanunla belə bir vəzifəsi (öhdəliyi) nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız Azərbaycan Respublikasının Konstitusiyası ilə və ya qanunla qoyula bilər. Heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz (Azərbaycan Respublikası Konstitusiyasının 72 və 79-cu maddələri). “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarına əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. İXM-in: 53.1 və 53.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunur; 135.1 və 35.1.5-1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, hadisənin baş verməməsi sübut olunduğundan, yəni inzibati xəta hadisəsi olmadığından şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 25 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 25 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar