Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(070)-54/2024 30.11.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Xocalı RPŞ-nin İTB-nin polis sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Laçın rayonunun Nurəddin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentində fəhlə işləyən, Laçın rayonunun Nurəddin kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, FİN: xxxxxxx Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xocalı rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xocalı RPŞ-nin İTB-nin polis sahə rəisi Nümayəndə tərəfindən Şəxs barəsində İXMin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 30 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Xocalı-Xankəndi yolunda polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xocalı RPŞnin İTB-nin polis sahə rəisi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Xocalı RPŞ-nin PPXB-nin polis nəfəri Fərid Məmmədli raportla şöbənin rəhbərliyinə müraciət edərək xx.xx.2024-cü il tarixdə PPXB-nin polis nəfəri Akif Əhədzadə ilə birlikdə xidmətdə olarkən Xocalı-Xankəndi yolunda “Mercedes” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirərkən oradan 6 kisə taxıl aşkar edildiyini, həmin avtomobilin sürücüsü Şəxs RPŞ-yə dəvət olunarkən sonuncunun onların qanuni tələblərinə qəsdən tabe olmadığını və ünvanlarına nalayiq ifadələr işlətdiyini bildirmişdir. Daha sonra Şəxs Xocalı RPŞ-yə dəvət olunmuşdur. Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, özünü polis əməkdaşlarının ünvanına 1 dəfə nalayiq ifadə işlətməkdə (söyüş söyməkdə) təqsirli bilir. Belə ki, xx.xx.2024-cü il tarixdə Xocalı- Xankəndi yolu ilə idarə etdiyi “Mercedes” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən polis əməkdaşları onu saxlatmış və yük yerinə baxmalı olduqlarını ona bildirmişlər. O, işğaldan azad olunmuş ərazidən heç kimə məlumat vermədən 6 kisə taxıl götürmüş və onu avtomobilinə qoymuşdur. Əvvəllər də həmin ərazidən 1 dəfə 2 kisə taxıl aparmışdır. O, əvvəlcə avtomobilin yük yerini baxış üçün təqdim etmiş və daha sonra yoluna davam etmək istəmişdir. Bu zaman polis əməkdaşları avtomobilin yük yerində olan ehtiyat təkər hissəsinə və salonuna da baxmalı olduqlarını ona bildirmişlər. Lakin, o, buna etiraz edərək maşınına tərəf gedərək oradan uzaqlaşmaq istəmişdir. Bu zaman polis əməkdaşları ona mane olmuş və avtomobili baxış üçün tam təqdim etməli olduğunu ona bildirmişlər. Həmin vaxt o, təkrarən avtomobilinə əyləşib oradan uzaqlaşmaq istəmiş, lakin polis əməkdaşları ona imkan verməmişlər. Bundan sonra o, əsəbiləşərək polis əməkdaşlarının ünvanına 1 dəfə nalayiq ifadə işlətmişdir (söyüş söymüşdür). İşlətdiyi nalayiq ifadəyə (söyüşə) görə sonradan, yəni Xocalı RPŞ-də olan zaman polis əməkdaşlarından üzr istəmişdir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xocalı RPŞ-nin PPXB-nin polis nəfəri X4 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə PPXB-nin polis nəfəri Akif Əhədzadə ilə birlikdə xidmətdə olarkən Xocalı-Xankəndi yolunda hərəkətdə olan “Mercedes” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yük yerinin aşağı olması diqqətlərini cəlb etmiş və onlar həmin avtomobili saxlatmışlar. Onlar avtomobilin yük yerini təqdim etməyi sürücü Şəxs xahiş etdikdə sonuncu əvvəl buna etiraz etməmişdir. Avtomobilə baxış keçirilən zaman orada 6 kisə taxıl olduğunu görmüşlər. Daha sonra onlar sürücü Şəxs avtomobilin digər yerlərini, yəni ehtiyat təkər olan hissəsini və salonunu baxış üçün təqdim etməyi xahiş etsələr də sürücü buna etiraz edərək avtomobilinə əyləşib oradan uzaqlaşmaq istəmişdir. Bu zaman onlar Şəxs mane olmuş və bir daha avtomobili baxış üçün təqdim etməyi sonuncudan xahiş etmişlər. Lakin Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamış və onların ünvanına nalayiq ifadə işlətmişdir. Daha sonra Şəxs Xocalı RPŞ-yə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xocalı RPŞ-nin PPXB-nin polis nəfəri X5 iş üzrə digər şahid X1 izahatına uyğun izahat verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xocalı RPŞ-nin PPXB-nin polis nəfəri Fərid Məmmədli tərəfindən Xocalı RPŞ-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə PPXB-nin polis nəfəri Akif Əhədzadə ilə birlikdə “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillə xidmətdə olarkən Xocalı-Xankəndi yolunda “Mercedes” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirərkən oradan 6 kisə taxıl aşkar edilmişdir. Avtomobilin sürücüsü Şəxs RPŞ-yə dəvət olunarkən qanuni tələblərinə qəsdən tabe olmamış və ünvanlarına nalayiq ifadələr işlətmişdir; xx.xx.2024-cü il tarixli, AZA 020230 nömrəli “İnzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs həmin tarixdə saat 17:50-də inzibati qaydada tutulmuşdur; Xocalı RPŞ-nin xx.xx.2024-cü il tarixli, 3-13-81/2-8436/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06 mart 2024-cü il tarixli, 3- 13/Ə148/2024 nömrəli əmrinə əsasən Xocalı RPŞ-nin bütün qüvvə və vasitələri daimi xidmət yerinə - Xocalı rayonuna dislokasiya edilmişdir. Hazırda Xocalı RPŞ-də müvəqqəti saxlama yerinin fəaliyyət göstərmədiyinin nəzərə alınması xahiş olunur. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi inzibati xəta haqqında protokol, şahidlərin izahatları, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə ictimai yerdə nalayiq ifadə işlətmiş və bu hərəkətləri ilə İXMin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 29 noyabr 2024-cü tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin tələbini nəzərə alaraq daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə Xocalı RPŞ-də müvəqqəti saxlama yerinin fəaliyyət göstərmədiyini nəzərə alır (əsas: iş materiallarında olan Xocalı RPŞ-nin xx.xx.2024-cü il tarixli, 3-13- 81/2-8436/2024 nömrəli məktubu) və hesab edir ki, Şəxs tətbiq edilmiş inzibati həbs növündə tənbeh tədbirinin icrası Goranboy RPŞ-nin MSY-yə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 29 noyabr 2024-cü il tarixdən, saat 17:50-dən hesablansın. Qərarın icrası Goranboy RPŞ-nin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(070)-54/2024
Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(070)-54/2024
30.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver