Məhkəmə qərarları › İş №3(070)-57/2025

Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(070)-57/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(070)-57/2025 01.08.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X5 Əliyar oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 7 saylı X2 nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən müqavilə ilə işlətdiyi Xocalı rayonu Şuşakənd kənd ərazisində yerləşən kafenin tullantı sularını su obyektlərinə axıdılması faktı aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 7 saylı X3 tərəfindən MN seriyalı ******* saylı 23 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 7 saylı X2 nümayəndəsi Nümayəndə məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, keçirilən nəzarət tədbirləri zamanı Xocalı rayonu Şuşakənd kəndi ərazisində Daşaltı çayının sol sahilində fəaliyyət göstərən “Zərrinin Bağı” adlı iaşə obyektində formalaşan tullantı suların təyinatsız olaraq Daşaltı çayına axıdılması faktına rast gəlinmişdir. Qeyd olunan fakt əsasında inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan X4 məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, Xocalı rayonu Şuşakənd kənd ərazisində yerləşən kafeni müqavilə ilə icarəyə götürüb işlədir. İşlətdiyi kafedən axıdılan məişət tullantı suları kafenin yanından keçən daşaltı çayına axıdır. Son olaraq törətdiyi əməldən peşman olduğunu bildirməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 04 saylı, 21 iyul 2025-ci il tarixli sərəncamdan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 7 saylı X2 əməkdaşlarına Xocalı rayon inzibati ərazisndə 3 (üç) iş günü müddətində nəzarət tədbirlərinin aparılması tapşırılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 001404 saylı 22 iyul 2025-ci il tarixli aktdan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 7 saylı X3 tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xocalı rayonu Şuşakənd kəndi ərazisində Daşaltı çayının sol sahilində fəaliyyət göstərən “Zərrinin Bağı” adlı iaşə obyektində formalaşan tullantı suların təyinatsız olaraq Daşaltı çayına axıdılması faktına rast gəlinmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN seriyalı ******* saylı 23 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Xocalı rayonu Şuşakənd kənd ərazisində müqavilə ilə onun icarəliyinə verilən kafenin tullantı sularını özbaşına su obyektlərinə axıdılması faktı aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şəxs izahatından görünür ki, Xocalı rayonu Şuşakənd kənd ərazisində yerləşən kafeni müqavilə ilə icarəyə götürüb işlədir. İşlətdiyi kafedən axıdılan məişət tullantı suları kafenin yanından keçən daşaltı çayına axıdılır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş BFM xx/xx/00067-80017 saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ ilə Şəxs arasında 1(bir) il müddətinə müqavilə bağlanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamədən görünür ki, Şəxs xx.xx.2021-ci il tarixindən Şuşu rayon Vergilər şöbəsində qeydiyyatdadır. (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, protokolu tərtib etmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xocalı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar