Məhkəmə qərarları › İş №3(070)-6/2023

Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(070)-6/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(070)-6/2023 16.06.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi ilə, Muxtarov Şəxs barəsində Bakı şəhər Nizami Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında işə, açıq məhkəmə iclasında, Xocalı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdi: Muxtarov Şəxs barəsində Bakı şəhər Nizami Rayon Dövlət X2 tərtib edilmiş İXP ******* №-li, 26 may 2023-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd olunur ki, o, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da Şəxs Muxtarov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs Muxtarov həmin inzibati xətanı törətməsində təqsiri Bakı şəhər Nizami Rayon Dövlət X2 tərtib edilmiş İXP ******* №-li, 26 may 2023-cü il tarixli inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə təsdiq olunur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəxs Muxtarov məhkəməyə gəlmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Bakı şəhər Nizami Rayon Dövlət X2 tərtib edilmiş TP ******* №-li, 24 yanvar 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Muxtarov inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Mərkəzi İnformasiya sistemindən çıxarışın təsdiq edilmiş surətindəndən görünür ki, Muxtarov Şəxs cəriməni ödəmədiyi üçün həmin cərimənin üzərinə 60 manat məbləğdə peniya hesablanaraq 160 manat olmuşdur. Şəxs Muxtarov tərəfindən qeyd edilən cərimənin ödənilməsini təsdiq edən sənəd müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, bununla da Şəxs Muxtarov İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs Muxtarovun törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması inzibati tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Muxtarov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 9 (doqquz) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti icra olunması üçün Gəncə Şəhəri Regional Qeydiyyat İmtahan və X1 göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar