Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(070)-63/2025 01.08.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X7 Əliyar oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Xocalı RPŞ-nin İTB-nin polis sahə rəisi X2, Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili X3,, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, Ağdam rayonunun Saybalı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 208-ci maddələri ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 2025-ci ilin may ayının əvvəllərində Xocalı rayonunun Təzəbinə kəndi ərazisində usta kimi işlədiyi tərk edilmiş fərdi yaşayış evinin həyətyanı sahəsində yabani halda bitmiş və əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin kök sisteminə aqrotexniki qaydada az miqdarda qulluq edilmiş, həmçinin Xocalı rayonunun Təzəbinə kəndi ərazisində müvəqqəti yaşadığı fərdi yaşayış evində narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 208-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Xocalı rayon Polis şöbəsi tərəfindən 01 avqust 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Xocalı RPŞ-nin İTB-nin polis sahə rəisi X4 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs istifadə etdiyi narkotik vasitə qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarında olduğuna görə, həmçinin kultivasiya etdiyi çətənə (kannabis) bitkisi az miqdarda olduğuna görə onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsinə dair xx.xx.2025-ci il tarixli qərar qəbul edilmiş və həmin qərar əsasında da inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, Xocalı rayonunun Təzəbinə kəndində işlədiyi evin həyətində 2 (iki) ədəd yabani bitki görmüş və əvvəllər narkotik tərkibli bitkilərdən istifadə etdiyi üçün həmin bitkinin narkotik tərkibli olduğunu anlamışdır. Gələcəkdə istifadə etmək üçün həmin bitilərə qulluq etmiş və həmin bitkilərdən qopardıb istifadə etmişdir. Əlavə olaraq narkotik tərkibli bitkilərdən istifadə etmək məqsədi olduğunu, heç kimə satmaq, yaxud vermək məqsədinin olmadığını bildirmişdir. Son olaraq törətdiyi əməldən peşman olduğunu bildirməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilməsi, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 206 və 208-cı maddələrinin əlamətləri olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2025-ci il tarixli 16/450 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Xocalı rayonu Təzəbinə kəndi ərazisində yerləşənfərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilmiş maddi sübut kimi götürülmüş 4 (dörd) ədəd narkotik kollara oxşar bitki nümunələri” yazı və imzalar olan sintetik kisədəki ümumi sayı 4 (dörd) ədəd, ümumi təmiz çəkisi 105 qram olan bitki nümunələri, əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Təqdim olunmuş bitki nümunələrindən 2 (iki) ədədinə aqrotexniki qaydada qulluq olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə 22 may 2025-ci il tarixli 844 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən (marixuana) epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcbur müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Xocalı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli portaldan çıxarışdan görünür ki, Şəxs əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasının əsasən təmiz halda 5 qram qurudulmuş marixuana-kannabis şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Tərkibində narkotik maddələr olan bitkilər» adlı İİİ siyahının 1.2-ci qrafasının əsasən çətənə növlü bitkilər (onların hissələrinin) miqdarları 3-15 ədəd (6-30 hissə) olduqda xeyli miqdar hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 34.3. maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 208-ci maddəsinə əsasən Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə və ya yetişdirilməsinə) görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 208-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati protokolu tərtib etmiş şəxsin, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə 22 may 2025-ci il tarixli 844 nömrəli rəyindən görünür ki, Şəxsnnun yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 208-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 01 avqust 2025-ci il tarixdən, saat 12:25-dən hesablanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan marixuana məhv edilməli, ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 208-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 01 avqust 2025-ci il tarixdən, saat 12:25-dən hesablansın. İş üzrə maddi sübut Xocalı RPŞ-nin X1 saxlanılan 4 ədəd, ümumi təmiz çəkisi 105 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilsin. Şəxs ekspertiza tədqiqatlarının ümumi dəyərindən ibarət 30.40 (otuz manat qırx qəpik) manat məhkəmə məsrəflərindən tam şəkildə azad edilsin və həmin məbləğ Dövlət Büdcəsi vəsaiti hesabından ödənilsin. Şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Qərarın icrası müvafiq olaraq Bərdə rayon Polis Şöbəsinə və Xocalı rayon İcra və probasiya şöbəsinə tapşırılsın. X5 tərəfindən barəsində inzibati icraat aparılan şəxs Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi 11 (manat) manat hesab edilməklə, 1 (bir) iş saatına görə 11 (on bir) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Yevlax şəhəri Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xocalı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(070)-63/2025
Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(070)-63/2025
01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver