Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(070)-7/2023 11.08.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xocalı RPŞ-nin təhqiqatçısı X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xocalı RPŞ-nin YPX-nin 11 iyul 2023-cü il tarixli, İPX5535699 saylı inzibati xəta haqqında qərarından "xxxx" MMC-nin direktoru X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xocalı RPŞ-nin YPX-nin 11 iyul 2023-cü il tarixli, İPX5535699 saylı inzibati xəta haqqında qərar ilə şirkətin mülkiyyətində olan Mersedes Benz markalı, ** JO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 50 manat məbləğində cərimə edilmişdir. Qərarla razı olmayan "xxxx" MMC-nin direktoru X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xocalı RPŞnin YPX-nin 10 iyul 2023-cü il tarixli, İPX5535699 saylı protokolun və həmin protokol əsasında tərtib olunmuş 11 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın ləğv edilməsi barədə məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xocalı RPŞ-nin YPX-nin xx.xx.2023-cü il tarixli, İXP5535699 saylı protokolu əsasında xx.xx.2023-cü il tarixdə şirkətin mülkiyyətində olan Mersedes Benz markalı, ** JO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X3 barəsində inzibati qərar qəbul edilmiş və İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat cərimələnmişdir. Qərar qəbul edilərkən inzibati orqan guya konstruksiyanın digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı qaydalarının sürücü tərəfindən pozulduğunu əsas gətirmişdir. Lakin işin faktiki halları ondan ibarətdir ki. Sürücü Xocalı rayonu Sığnaq qəsəbəsində nəqliyyat vasitəsini dayandırdıqdan sonra yolun maili vəziyyətdə olmasını nəzərə almadan əl əyləcindən istifadə etməmiş, təkərlərin altına tıxac qoymamış və nəticədə maşın hərəkət edərək maneə ilə toqquşaraq mülkiyyətimizdə olan nəqliyyat vasitəsinə ziyan dəymişdir. Nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Protokolun surəti, nə qərar barədə heç bir sənəd verilməmişdir. Şikayət sadəcə olaraq “SMS radar” proqramı vasitəsilə göndərilən məlumat əsasında tərtib edilmişdir. Həmin məlumata isə sadəcə inzibati cərimənin məbləği göstərilmişdir. Şikayət ərizəsinə əlavə edilən sürücü X2 izahatına əsasən o, nəqliyyat vasitəsini yolun maili hissəsində saxlanmış və əl əyləcindən istifadə etməmişdir. Həmçinin o, təkərlərin altına tıxac qoymamışdır. Lakin onun barəsində konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı qaydalarının sürücü tərəfindən pozulduğuna görə protokol və qərar tərtib olunmuşdur. Bu isə inzibati pozuntunun xarakterinə uyğun gəlmir. Eyni zamanda həmin yol nəqliyyat hadisəsi nəticəsində şirkətimizə zərər dəymişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, şikayətçi nümayəndəsinin iclasda iştirakını təmin etməmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə 75.0.1. inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; Maddə 76.1 İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Maddə 271. Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş 11 iyul 2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında qərar və verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən, habelə həmin qərar qəbul edilərkən inzibati xəta haqqında qanunvericiliyin tələblərinə riayət edilmişdir. Mübahisələndirilən qərarın ləğvi üçün əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xocalı RPŞ-nin YPX-nin 11 iyul 2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarından "xxxx" MMC-nin direktoru X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(070)-7/2023
Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(070)-7/2023
11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver