Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(070)-71/2025 23.09.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Xocalı rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, onun vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Xocalı rayonunun Kosalar kəndində qeydiyyatda olan, Xocalı rayonunun Ballıca kəndində yaşayan, FİN: xxxxxxx Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Xocalı rayon İcra və probasiya şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 23 sentyabr 2025-ci il tarixdə Xocalı rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. 23 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(054)-525/2022 nömrəli icra sənədi üzrə borclu Şəxs qalıq borc 34048 manat alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Şəxs borcu tam ödəməkdən, bununla da icra məmurunun qanuni tələbini yerinə yetirməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Xocalı rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə izahatında göstərdi ki, icraatında olan Oğuz Rayon Məhkəməsinin 2(054)-525/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 35148 manat alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraatına daxil olmuş, qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və bildirişlə bərabər tərəflərə göndərilmişdir. Həmin tarixdə icra işi ərazi aidiyyəti üzrə Oğuz rayon İcra və probasiya şəbəsinə göndərilmişdir. Oğuz rayon İcra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq Oğuz Rayon Məhkəməsinin 8(054)-65/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhdudlaşdırılmışdır. Həmçinin Şəxs Oğuz Rayon Məhkəməsinin 3(054)-13/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən İXM-in 528.1-ci maddəsinin tələbinə əsasən 8 (səkkiz) gün, Oğuz Rayon Məhkəməsinin 3(054)-103/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən isə İXM-in 528.1-1-ci maddəsinin tələbinə əsasən 15 (on beş) gün müddətində inzibati həbs edilmişdir. Oğuz Rayon Məhkəməsinin 8(054)-53/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Şəxs mülkiyyətində olan “Moskviç 2140” minik markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, "xxxx" MMC-nin QMX/3696 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əsasən qeyd olunan nəqliyyat vasitəsi 2800 (iki min səkkiz yüz) manat dəyərində qiymətləndirilmiş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin tələbinə uyğun olaraq 276357/2023- 31-5-11 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla tələbkara təklif edilmişdir. Tələbkarın həmin təklifdən imtina etməsi barədə Oğuz rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə akt tərtib olunmuşdur. İcra sənədi xx.xx.2025-ci il tarixdə Oğuz rayon İcra və probasiya şöbəsi tərəfindən borclu Şəxs Xocalı rayonunun Ballıca kəndində yaşaması əsas götürülərək icra olunması üçün ərazi aidiyyəti üzrə Xocalı rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi xx.xx.2025-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. Həmin tarixdə borcluya xəbərdarlıq və SMS vasitəsilə çağırış göndərilmişdir. xx.xx.2025-ci il tarixdə borclunun izahatı alınmışdır. Borclu icra sənədinin icrasından boyun qaçırmadığını, lakin imkanı olmadığı üçün tam şəkildə borcunu ödəyə bilməyəcəyini, hər ay 200 manat borcundan ödəyə biləcəyini izahatında bildirmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun mülkiyyətində olan “Moskviç 2140” minik markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2025ci il tarixdə elektron hərracda satılması üçün “İxtisaslaşdırılmış müəssisəyə-hərrac təşkilatına sifariş göndərilmişdir. İlkin hərrac xx.xx.2025-ci il tarixdə, təkrar hərrac xx.xx.2025-ci il tarixdə və ikinci təkrar hərrac xx.xx.2025-ci il tarixdə keçirilmişdir. Elektron hərracdan daxil olmuş məlumatdan görünür ki. alıcı olmadığından hərrac baş tutmamışdır. 25 avqust 2025-ci il tarixdə “Moskviç 2140” minik markalı, **-HE-*** dövlət deydiyyat nişanlı nəqliyyat vasitəsi tələbkar Zərərçəkmiş şəxs təklif olunsa da, tələbkar əmlakdan imtina etmiş və pulunun tam şəkildə alınıb ona verilməsini bildirmişdir. Həmçinin borclu tərəfindən bu günə kimi 1100 manat pul vəsaiti Xocalı rayon İcra və probasiya şöbəsinin depozit hesabına ödənilmişdir. Göstərilənlərə əsasən borclu Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq Xocalı rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə bildirdi ki, qətnamənin hissə-hssə icra edilməsinə dair məhkəmə qərarı yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 3 azyaşlı uşağı vardır. Borcunu ödəməkdən boyun qaçırmır. İcra məmuru dəvət etdiyi vaxt gəlmişdir. Təzəlikcə Xocalı rayonuna köçmüşdür və orada yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. Belə ki, ona Xocalı rayonu ərazisində yer ayrılmışdır və o, maşın yumaqla məşğul olur. Borcundan hər ay 200 manat ödəniş edə bilər. Hazırda borcunu tam ödəyə bilmir. Çünki başqa yerdən gəliri və əmlakı yoxdur. Yekunda göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, cəmi 1100 manat tələbkara ödəniş etsə də, həmin vəsait tələbkar tərəfindən qəbul edilməmişdir. Qətnamənin hissə-hissə icra edilməsini tələbkara təklif etmiş, lakin sonuncu razılaşmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs izahatında göstərdi ki, aralarında olan razılaşmaya uyğun olaraq qulluq etməsi üçün 81 baş iribuynuzlu mal-qara alaraq Rasimə vermişdir. Rasim isə həmin mal-qaranı satmışdır. Nəticədə ona maddi zərər dəymişdir. Səhhətində problemlər yaranmışdır. Ona ödəniləcək məbləğin tam şəkildə ödənilməsini istəyir. Yekunda Şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs bildirdi ki, borclu indiyə qədər heç bir ödəniş etməmişdir. Hissə-hissə ödəniş edilməsinə razı deyildir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs nümayəndəsi (vəkil) Vəkil izahatında göstərdi ki, hissə-hissə ödənişlə bağlı heç bir əsas yoxdur. Ən azından hissəhissə ödənişlə bağlı məhkəmə qərarı olmalıdır. Borclu iki məhkəmə qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Hesab edir ki, borclu barəsində ən ağır inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(054)-525/2022 nömrəli icra sənədindən görünür ki, cavabdeh Şəxs hər birinin dəyəri 537,5 manat olan 40 baş iribuynuzlu inək, hər birinin dəyəri 400 manat olan 15 baş buzov, həmin əmlaklar olmaqdıqda isə onların dəyəri olan 27500 manat, nağd olaraq verilmiş 7000 manat, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 500 manat və məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 244 manat məbləğin 148 manatdan ibarət hissəsi alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir; Xocalı rayon İcra və probasiya şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan və həmin tarixli tələbin könüllü icrası haqqında 276357/2023-80-5 nömrəli bildirişdən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(054)- 525/2022 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Xocalı rayon İcra və probasiya şöbəsi tərəfindən qəbul edilmiş “İcra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(054)-525/2022 nömrəli icra sənədi icra edilməsi üçün aidiyyəti üzrə Oğuz rayon İcra və probasiya şöbəsinə göndərilmişdir; Oğuz rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 276357/2023-31-5-006 nömrəli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(054)-525/2022 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Həmin bildiriş şəxsən Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir; Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(054)-65/2023 nömrəli qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(054)-525/2022 nömrəli icra sənədi üzrə borc tam ödənilənədək məhdudlaşdırılmışdır; Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(054)-13/2024 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 528.1-ci madəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 8 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir; Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(054)-103/2024 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 528.1-1-ci madəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir; Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(054)-53/2024 nömrəli qərardadından görünür ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(054)-525/2022 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs mülkiyyətində olan “Moskviç 2140” minik markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur; Oğuz rayon İcra və probasiya şöbəsi tərəfindən qəbul edilmiş “İcra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(054)-525/2022 nömrəli icra sənədi icra edilməsi üçün aidiyyəti üzrə Xocalı rayon İcra və probasiya şöbəsinə göndərilmişdir; “İlkin hərracın baş tutması barədə” 03 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(054)-525/2022 nömrəli icra sənədi üzrə borclu Şəxs məxsus “Moskviç 2140” minik markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair keçirilmiş hərrac iştirakçı olmadığından baş tutumamışdır; “Təkrar hərracın baş tutması barədə” 14 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(054)-525/2022 nömrəli icra sənədi üzrə borclu Şəxs məxsus “Moskviç 2140” minik markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair keçirilmiş hərrac iştirakçı olmadığından baş tutumamışdır; “Təkrar hərracın baş tutması barədə” 24 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(054)-525/2022 nömrəli icra sənədi üzrə borclu Şəxs məxsus “Moskviç 2140” minik markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair keçirilmiş hərrac iştirakçı olmadığından baş tutumamışdır; “Elektron məhkəmə” informasiya sitemindən çıxarışdan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X3 atası Şəxsdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, bununla da icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş, yəni İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır (əsas: iş materiallarında olan “Elektron məhkəmə” informasiya sitemindən çıxarış). Məhkəmə iclasında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli Qərarına əsasən İXM-in 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını, tələbkarın mənafeyini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 23 sentyabr 2025-ci il tarixdən, saat 15:20-dən hesablansın. Qərarın icrası Goranboy rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(070)-71/2025
Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(070)-71/2025
23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver