Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(070)-8/2025 11.02.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xocalı RPŞ-nin İTB-nin polis sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xocalı rayonunda qeydiyyatda olan, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayan, FİN: xxxxxxx Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xocalı rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xocalı RPŞ-nin İTB-nin polis sahə rəisi Nümayəndə tərəfindən Şəxs barəsində İXMin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, işğaldan azad olunmuş ərazilərə elektron icazəsinin ləğv edilməsinə baxmayaraq Şəxs xx.xx.2025-ci il tarixdə həmin ərazilərə daxil olaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır.Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xocalı RPŞ-nin İTB-nin polis sahə rəisi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Xocalı RPŞ-nin əməkdaşları xx.xx.2025-ci il tarixdə Xocalı rayonu, Təzəbinə kəndi ərazisində Şəxs idarə etdiyi “Opel Astra” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı minik avtomoblinin yük yerindən alüminium metal aşkar etmişlər. Daha sonra polis əməkdaşları araşdırma aparmaq üçün Şəxs RPŞ-yə dəvət etmişlər. Xocalı RPŞ-də olan zaman müəyyən olunmuşdur ki, Şəxs işğaldan azad edilmiş ərazilərə giriş icazəsi 2024-cü ildə ləğv edilmişdir. Buna baxmayaraq Şəxs alternativ üsullardan istifadə etməkdə işğaldan azad edilmiş ərazilərə keçmiş, bununla da polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Yekunda Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini, lakin bu zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin 2 azyaşlı uşağının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2025ci il tarixində tanışının ev almaq məqsədi ilə Xocalı rayonu ərazisinə getdiyini öyrənmişdir. O da Xocalı rayonuna getmək istədiyindən tanışının nəqliyyat vasitəsinə əyləşmişdir. İşğaldan azad edilmiş ərazilərin girişində quraşdırılmış nəzarət postlarından yayınmaq məqsədi ilə yolda nəqliyyat vasitəsinin yük yerində gizlənmiş və bu üsulla yoxlanışdan kənar postdan keçmişdir. Daha sonra alüminium yığmaq məqsədilə Xocalı rayonu, Təzəbinə kəndi ərazisinə getmiş və oradan təxminən 100 kiloqram metal yığmışdır. Bundan sonra Xocalı RPŞ-nin polis əməkdaşları ona yaxınlaşmış və məsələnin araşdırılması üçün onu RPŞ-yə dəvət etmişlər. RPŞ-də olan zaman məlum olmuşdur ki, onun işğaldan azad edilmiş ərazilərə giriş icazəsi 2024-cü ildə ləğv edilmişdir. Hazırda etdiyi əməldən peşmandır. Belə ki, işğaldan azad edilmiş ərazilərə nəzarətdən kənar keçməməli idi. Evlidir, 2 azyaşlı uşağı vardır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin ləğv edilməsindən məlumatı olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xocalı RPŞ-nin İQ-nin müstəntiqi Zahid Məmmədli tərəfindən Xocalı RPŞ-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Xocalı rayonu, Təzəbinə kəndində idarə etdiyi “Opel Astra” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin salon və yük yerindən alüminium metal hissələri aşkar edilmiş Şəxs barəsində aparılan araşdırma zamanı sonuncunun işğaldan azad olunmuş ərazilərə daxil olmaq üçün olan müvafiq icazəsinin ləğv olunmasına baxmayaraq yenidən portal icazəsi olmadan işğaldan azad olunmuş Xocalı rayonu ərazisinə daxil olması müəyyən edilmişdir; xx.xx.2025-ci il tarixli, AZA 020224 nömrəli “İnzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs həmin tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur; “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 atası Şəxsdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol və digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs müvafiq icazəsinin ləğv edildiyini bildiyi halda işğaldan azad edilmiş ərazilərə nəzarət postundan kənar icazəsiz keçmiş, bununla da polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində 2 azyaşlı uşağının olmasını (əsas: iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarış) onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən etmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(070)-8/2025
Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(070)-8/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver