Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(070)-85/2025 24.11.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X6 Aydın oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xocalı rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Xocalı rayonu, Xocalı şəhərində qeydiyyatda olmaqla Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Xocalı rayon İcra və probasiya şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Xocalı rayon İcra və probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 24 noyabr 2025-ci il tarixdə Xocalı Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xocalı rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən tərtib edilmiş 24 noyabr 2025-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-137/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Şəxs 2610 manat aliment borcu vardır. Borclu Şəxs borcun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Xocalı rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə izahat verərək bildirdi ki, icraatında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-137/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 17 sentyabr 2024-cü il tarixdən başlayaraq 15 avqust 2020-ci il təvəllüdlu X1 üçün borclu Şəxs tələbkar X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,69 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi 31 yanvar 2025-ci il tarixdə icraatına daxil olmuşdur. Tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul olunmuş və bildirişlə birlikdə borclunun yaşadığı ünvana göndərilmişdir. Tələbkar Quliyeva (Kanalova) Güllü Elşad qızı 10 oktyabr 2025-ci il tarixli ərizə ilə müraciət edərək bildirmişdir ki, borclu Şəxslə aralarında olan razılaşmaya əsasən ona 150 manat hər ay aliment ödəməli olsa da, axırıncı ödənişi avqust ayında etmiş, lakin sonradan heç bir ödəniş etməmişdir. Bu səbəbdən də, icra sənədi üzrə məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Borclu ilə telefon danışığı aparılmış, icra şöbəsinə yaxınlaşması tələb ediləs də, o, hazırda Bakı şəhərində olduğunu bildirmişdir. Bu səbədən xx.xx.2025-ci il tarixdə borclu barəsində axtarış qərarı qəbul edilmiş, icrası üçün Xocalı RPŞ-nə göndərilmişdir. Hazırda borclunun 2610 manat aliment borcu vardır. Polis əməkdaşlarının köməkliyi ilə borclu şöbəyə gətirilmişdir. Borclunun izahatı alınmışdır. Borclu borcunu tam şəkildə ödəyə bilməyəcəyini bildirmişdir. Göstərilənlərə əsasən borclunun İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahat verərək bildirdi ki, icra sənədi üzrə borcunu inkar etmir və təqsirli olduğunu etiraf edir. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Bir müddət əvvəl Bakı şəhərində taksi sürücüsü kimi fəaliyyət göstərmiş olsa da, hazırda işləmir. Qeyd edilənləri nəzərə alaraq, barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tələbkar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-137/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, 17 sentyabr 2024-cü il tarixdən başlayaraq 15 avqust 2020-ci il təvəllüdlu X1 üçün borclu Şəxs tələbkar X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,69 misli həddində sabit pul məbləgində aliment tutulmalıdır; Xocalı rayon İcra və probasiya şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan və həmin tarixli tələbin könüllü icrası haqqında e16644/2025-80-5 nömrəli bildirişdən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-137/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Xocalı rayon İcra və probasiya şöbəsi tərəfindən qəbul edilmiş “borclunun axtarışı haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-137/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu, xx.xx.1996-cı il təvəllüdlü Xocalı rayonu, Xocalı şəhəri ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmiş və qərar icra edilməsi üçün Xocalı Rayon Polis Şöbəsinə göndərilmişdir; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək icra sənədinin icrasını təmin etməmişdir. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Beləliklə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, icra sənədi üzrə ödənilməmiş borcun məbləğini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsin əvvəli 24 noyabr 2025-ci il, saat 15:20-dən hesablansın. Qərarın icrası Goranboy rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(070)-85/2025
Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(070)-85/2025
24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver