Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-1/2024 16.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Telman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs ASC barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs ASC 18000,00 ABŞ dolları məbləğində olan vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş, 2 il müddətin keçməsinə baxmayaraq, 18000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmişdir. Xəta xx.xx.2023-cü il tarixdə törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC -nin nümayəndəsi X2 protokola etiraz edərək bildirdi ki Şəxs ASC tərəfindən ümumilikdə 175000.00 ABŞ dolları dəyərində olan düzəldici transformator, enerjiyə qənaət edən sürətli ərimə avadanlığı və soyutma qülləsi alınması üçün avans şəklində qabaqcadan 18000.00 ABŞ dolları məbləğində pul vəsaiti 21 oktyabr 2020-ci il tarixdə Rusiya Federasiyasına köçürülmüş, həmin vəsait hesabına alınan mallar isə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasına idxal edilmişdir. Lakin, həmin dövrdə müəyyən səbəblərdən bu barədə banka məlumat verilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs ASC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş Pasha Bank ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən məktuba əlavə olunan siyahıda qeyd olunan müştərinin apardığı qabaqcadan ödəniş günündən 2 (iki) il keçib, lakin malın ölkəyə daxil olduğu haqqında sənədlər Banka təqdim olunmayıb. Qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər və müştəri siyahısı məktuba əlavə edilməklə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli İNVOİCE əsasında Şəxs ASC tərəfindən 175000.00 ABŞ dolları məbləğində vəsait “X3 Energy Technology CO., LTD” Şirkətinin Rusiya Federasiyasında “Transkapitalbank” olan bank hesabına köçürülmüşdür. İş materiallarında olan DFBY20211008 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilənin 4.2-ci bəndindən görünür ki, müqavilənin hər iki tərəfi müqaviləni imzaladıqdan sonra alıcı müavilə məbləğinin 10 %-ni əvvəlcədən ödəyir, sonra 15 gün ərzində müqavilə məbləğinin 30 %-ni ödəyir. İş materiallarında olan **********9969 nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, “X3 Energy Technology CO., LTD” Şirkəti tərəfindən Şəxs ASC -nin ünvanına göndərilmiş 25411,80 manat dəyərində olan mallar xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına idxal edilmişdir. İş materiallarında olan **********8320 nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, “X3 Energy Technology CO., LTD” Şirkəti tərəfindən Şəxs ASC -nin ünvanına göndərilmiş 57761,49 manat dəyərində olan mallar xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına idxal edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Şəxs ASC ilə “X3 Energy Technology CO., LTD” Şirkəti arasında ümumi dəyəri 175000.00 ABŞ dolları olan düzəldici transformator, enerjiyə qənaət edən sürətli ərimə avadanlığı və soyutma qülləsi alınması üçün müqavilə bağlanmış, satıcı şirkətin tələbinə əsasən Şəxs ASC xx.xx.2021-ci il tarixdə alınmış malların dəyərinin bir hissəsini, yəni 18000.00 ABŞ dolları qabaqcadan Rusiya Federasiyasınn satıcı şirkətin bank hesabına ödəmiş, alqısatqı müqaviləsinə əsasən alınmış 175000.00 ABŞ dolları dəyərində mallar isə xx.xx.2021-ci il tarixdə, yəni avans kimi pulun köçürüldüyü vaxtdan 9 ay sonra ölkəyə idxal edilmişdir. Qanunvericiliyə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 il müddətində müvafiq mallar ölkəyə idxal edilmədikdə, şəxsin əməlində İXM-nin 430.4-cü maddəsinin tərkibi yaranır. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Şəxs ASC -nin əməlində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs ASC -nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-1/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-1/2024
16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver