Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-101/2023 18.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X2 iştirakı ilə, xx.xx.1955-ci il tarixdə Laçın rayonu Safiyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, təqaüdçü, ailəli, Sumqayıt şəhəri, məhəllə 18, ev 20/67, mənzi 13-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəxs sürücülük hüququ olmaqla idarə etdiyi özünə məxsus olan “Mercedes Benz E 220 CDİ” minik markalı, **-NY- *** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhəri, Bakı küçəsindən “Bayraq meydanı” tərəfdən Hacıqabul şəhəri istiqamətində hərəkətdə olarkən dəmir yolu keçidinin yaxınlığında onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “BMW X 5” markalı **-SS-*** qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq toqquşmuş, nəticədə“Mercedes Benz E 220 CDİ” minik markalı avtomobildə qabaq oturacaqda əyləşən sərnişin X1 almacıq sümüyü üzərinin əzilmiş-cırılmış yarası ilə nəticələnən yüngül dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs İXM-in 327.8-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə həyat yoldaşı X3 ilə özünə məxsus olan “Mercedes Benz E 220 CDİ” minik markalı, **-NY- *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa rayonuna nəvəsinin toy məclisinə gedərkən, yolun Hacıqabul şəhərindən keçən hissəsində “Bayraq meydanı” adlanan tərəfdən Hacıqabul şəhəri istiqamətində hərəkətdə olarkən dəmir yolu keçidinin yaxınlığında “Stop” işarəsi olduğunu görməmiş, diqqətsizliyindən ondan eyni istiqamətdə hərəkətdə olan və “Stop” nişanın qarşısında dayanmış “BMW X 5” markalı **-SS-*** qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq onun toqquşmuş, hadisə nəticəsində həyat yoldaşı Gülbəsti Xıdırov sifət nahiyyəsindən yüngül dərəcəli xəsarət almışdır. Törətdiyi əməlindən peşmandır. Zərər çəkmiş şəxslə barışmışdır. Odur ki, bunları nəzərə alaraq, barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında bildirdi ki, Şəxs onun həyat yoldaşıdır. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Şəxs məxsus olan “Mercedes Benz E 220 CDİ” minik markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa rayonuna nəvəsinin toy məclisinə gedərkən, Hacıqabul şəhərində dəmir yolu keçidinin yaxınlığında dayanmış “BMW X 5” markalı avtomobillə toqquşmuşlar. Hadisə nəticəsində o sifət nahiyyəsindən yüngül dərəcəli xəsarət almışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus olan “BMW X 5” markalı **-SS-*** markalı avtomobillə Hacıqabul şəhərindən keçən hissəsində “Bayraq meydanı” adlanan tərəfdən Hacıqabul şəhəri istiqamətində hərəkətdə olarkən dəmir yolu keçidinin yaxınlığında “Stop” işarəsini görüb dayanmış, bu vaxtı arxadan onun avtomaşının Şəxs idarə etdiyi “Mercedes Benz E 220 CDİ” minik markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil arxadan vuraraq, onun avtomobilinə maddi ziyan vurmuşdur. Avtomobilinin sığortası olsada da, müstəqil ekspertlərə müraciət edərək, avtomobilə dəyən ziyanın dəqiq hesablatdıracaqdır. Şəxs barəsində hansı qərarın qəbul ediləcəyini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan Hacıqabul rayon X7 Bölməsinin təhqiqatçısı, polis polkovnikleytenantı X6 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023–cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şəxs əməlində cinayət tərkibi olmadığından, onun barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Hacıqabul RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 19 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarət-sağ almacıq sümüyü üzərinin əzilmiş-cırılmış yarası. Yuxarıda qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti haisə gününə xx.xx.2023-cü il tarixə uyğundur. Qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Hacıqabul Rayon Mərkəzi X5 Şəxsinin həkim-narkoloqu tərəfindən tərtib edilmiş 22 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə aktından görünür ki, xx.xx.1955-ci il təvəllüdlü Şəxs oğlu spirtli içki qəbul etməmişdir. Material üzrə keçirilmiş məhkəmə-yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 8/340 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən Mercedes Benz E220 markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Xıdırov maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxslərin izahatları, ekspertiza rəyləri, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını və zərər çəkmiş şəxslə barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(071)-101/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-101/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver