Məhkəmə qərarları › İş №3(071)-102/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-102/2023

18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-102/2023 18.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızı katibliyi ilə, Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X4 Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair X4 Baş Gömrük İdarəsində 14000- 00160/23 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün material ilə birlikdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, X4 Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli raportunun araşdırılması zamanı müəyyən edilmişdir ki, Hacıqabul rayonu Muğan qəsəbəsində qeydiyyatda olan Şəxs MMC-nin ünvanına gələn 1(bir) ədəd 2014-cü il buraxılışlı, “YV2RTY0AFB718207” şassi nömrəli, “Volvo FH” markalı yəhərli dartıcı yük nəqliyyat vasitəsi X4 Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə **********5665 nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə X4 Baş Gömrük İdarəsində (Bakı şəhəri) bəyan edilmişdir. Sənədlərin araşdırılması zamanı X4 Baş Gömrük İdarəsində (Bakı şəhəri) aşkar olunmuşdur ki, Şəxs MMC-nin ünvanına 1(bir) ədəd 2014-cü il buraxılışlı, “YV2RTY0AFB718207” şassi nömrəli, “Volvo FH” markalı yəhərli dartıcı nəqliyyat vasitəsi daxil olan yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron qaydada qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda yuxarıda qeyd olunan MMC tərfindən bu təmin olunmamış və bununlada gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Qeyd olunan faktla bağlı X4 Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə, 14000-00160/23 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Hacıqabul rayonu Muğan qəsəbəsi ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində aparılan araşdırma ilə əlaqədar olaraq MMC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixdə X4 Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat Şöbəsinə dəvət olunmuş, Şəxs MMC-nin nümayəndəsi X1 izahatında qanuni təmsilçisi olduğu Şəxs MMC-nin ünvanına 1 ədəd 2014-cü il buraxılışlı “Volvo FH” markalı nəliyyat vasitəsi gətiridiyini, lakin məlumatları olmadığından qısa idxal bəyannaməsini tərtib etmədiklərini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Dövlət Gömrük Komitəsinin X4 Baş Gömrük İdarəsinin və Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən və onlardan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığından, məhkəmə səlahiyyətli orqanın və hüquqi şəxsin nümayəndələrinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan **********5665 nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına “Samur” gömrük postundan 1(bir) ədəd 2014-cü il buraxılışlı, “YV2RTY0AFB718207” şassi nömrəli, “Volvo FH” markalı yəhərli dartıcı yük nəqliyyat vasitəsi gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına gələn 1 ədəd buraxılış ili 2014-cü il olan “YV2RTY0AFB718207” şassi nömrəli, “Volvo FH” markalı yəhərli dartıcı “Samur” gömrük postundan ölkə ərazisinə daxil olarkən qısa idxal bəyənnaməsi təqdim edilməmiş və bununla Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, xx.xx.2016-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC tərəfindən onun ünvanına gələn yük gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsi gömrük orqanına təqdim olunmamışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 485.2-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar